|
BİR
XƏBƏR
BİR VAXTLAR VENERA,
YER KÜRƏSİ KİMİ İDİ
-
YENİ

Oksford
Universiteti elm adamları Nature (Təbiət) jurnalında dərc
etdikləri məqalədə, Veneranın bir vaxtlar Yer kürəsi kimi
yaşamalı yer olduğuna aid dəlilləri olduğunu açıqladılar.
Bir Avropa kosmos gəmisindən
alınan məlumata görə Venera planeti, Yer kürəsinə indiyə qədər
təxmin olunandan daha çox oxşayır. Planetin milyonlarla il əvvəl
atmosfer və yaşayış əlverişliliyi baxımından Yer kürəsinin bu
günkü vəziyyətini nəzərə aldıqda demək olar ki, “ekiz” kimi
olduqları ifadə olunur. Ancaq qazların təsiri, atmosfer
eroziyası, solar radiasiya və planetin fırlanmasının yavaş
olması nəticəsində Veneranın Yer kürəsindən fərqli inkişaf yolu
keçdiyi izah edilir.
Bu gün Venerada
su yoxdur və temperatur qurşunu əridəcək qədər yüksəkdir.
Planetdə tez-tez tayfun şiddətində küləklərə və şimşəklərə rast
gəlinir.
Oksford Universiteti
Fizika Kafedrasından Professor Fred Teylor,
əldə etdikləri məlumatların VIRTIS
adlı bir spektometr tərəfindən təmin olunduğunu söylədi.
VIRTIS-dən gələn şəkillər, Veneranın ekvatoru yaxınlığındakı
hava cərəyanının şiddətli, qütblərə doğru da yumşaq olduğunu
göstərir. Planetin səthində 50-55 km hündürlükdə də buluda oxşar
hadisələr müşahidə olunur.
Nature
jurnalında dərc olunan araşdırma məqaləsinə görə, elm adamları
Venera planetində şimşək çaxdığına dair ilk dəqiq hesablamalar
apardı.
Mənbə:
Ntvmsnbc
|