Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif: vilkinson
Mövzu: Tunis
Müəllif: vilkinson
Mövzu: Tailand
Müəllif: vilkinson
Mövzu: Coğrafiya tarixi - 2
Müəllif: vilkinson
Mövzu: Ürək möcüzəsi
Müəllif:
Mövzu: Vətən
Müəllif: NEZ
Mövzu: TƏRAVİH NAMAZI
Müəllif: NEZ
Mövzu: Fotonlar
Müəllif: Aysel
Mövzu: Dəniz cərəyanları
Müəllif: xalid.nagiyev
Mövzu: Marsın Sirləri
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 0
Online yoxdur .

Qonaqlar: 1
Ümumi: 1

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Şahmat haqqında nə bilirsiniz?..

 

 

 

 

 

 

alt

   Şahmat haqqında müxtəlif rəvayətlər olsa da, bu sirli oyunun ilk dəfə bu eranın 570-ci ilində Hindistanda meydana gəldiyini güman edirlər.

Digər tərəfdən, şahmatla bağlı ilk yazılı sənədlər də Hindistanla bağlıdır. Daha sonra şahmat İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayıldı. Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi. Bizans İmperatorluğunun da şahmatın inkişafında rolu az olmadı.
Əvvəllər şahmat çox asta bir oyun idi. Ancaq 1400-cü illərin sonlarında iki uzaqmənzilli fiqurun (fil və vəzir) kəşf edilməsi oyunun sürətini artırdı. Şahmatla bağlı ilk kitabın müəllifi Luçena isə bu kitabda (1497-ci il) şahmatın yeni qaydalarını elan etdi. O vaxtdan indiyə qədər bu qaydalar olduğu kimi qalır.
İspaniyadan sonra İtaliya, Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları və Rusiyada da şahmat çox sürətlə yayılmağa başladı. 19-cu əsrin sonlarında isə artıq şahmatın ilk “ulduzları” məlum idi: Anderssen, Morfi, Rubinşteyn və Steynits. 1850-ci illərdən başlayaraq, ilk peşəkar turnirlər keçirilməyə başlandı. Nəticədə, 1886-cı ildə o dövrün ən güclü iki şahmatçısı Steynits və Sukertort arasında ilk dünya çempionatı keçirildi. Steynits bu çempionatda 10 qələbə, 5 heç-heçə və 5 məğlubiyyətlə qalib gəldi.
Bəzi sənədlər şahmatın hindistanlı bir alim tərəfindən kəşf olunduğunu göstərir. Alim bu oyunu kəşf etdikdən sonra şaha hədiyyə edir. Şah bu hədiyyədən razı qalır və: “Oyunu bəyəndim, buna görə məndən nə istəyirsən?” - deyə soruşur. Alim: “Bir qədər buğda istəyirəm”, - deyə cavab verir. Sonra isə: “Şahmat taxtasının birinci xanası üçün 1, 2-ci xanası üçün 2, 3-cü xanası üçün 4 və hər sonrakı xana üçün əvvəlkindən iki dəfə çox buğda istəyirəm”, - deyir. Şah onun kimi uca və qüdrətli bir hökmdardan bu qədər az buğda istədiyi üçün alimə qəzəblənir və ona dərs vermək üçün əyanlarına: “Onun dediklərini hesablayın və artıq bir dənə də buğda verməyin”, - deyə tapşırır. Hesablamaya başlayanda ilk xanalar rahat gedir: birinci xanaya bir, ikinci xanaya iki, üçüncü xanaya dörd buğda... Ancaq 10-cu xanaya çatanda 1023 buğda vermək lazım gəlir. Bu isə orta hesabla bir ovuc buğda demək idi. Əyanlar hesabın axıra kimi belə gedəcəyini və alimə ən çoxu bir kisə buğda verəcəklərini düşünürdülər. Çünki 15-ci xanaya cəmi bir kiloqram yarım buğda düşürdü. 25-ci xanaya bir ton yarım buğda düşəndə də əyanlar təəccüblənmədilər. Ancaq 31-ci xanaya çatanda bu işin heç də zarafat olmadığını başa düşdülər. Çünki onların alimə verməli olduqları buğdanin miqdarı 92 ton idi. 49-cu xanaya çatanda şahın verməli olduğu buğdanın miqdarı 24 milyon ton təşkil edirdi. Bu isə orta hesabla bir ölkənin illik buğda istehsalından təqribən 15 dəfə çox idi. 54-cü xanada artıq 771 milyon ton buğda lazım idi. Bu isə bütün dünyada il ərzində istehsal olunan buğdanın 1,5 misli demək idi. Hesablamaların sonunda (yəni 64-cü xanada) alimə veriləcək buğdanın miqdarının bugünkü rəqəmlərlə dünyanın 1500 illik buğda istehsalına bərabər olduğu məlum oldu. Üstəlik, bu qədər buğdanı yetişdirmək üçün dünyadan 64 dəfə böyük bir əraziyə ehtiyac var idi. Beləliklə, şah alimi təbrik etdi və onun elmi qarşısında nə qədər gücsüz olduğunu başa düşdü.


  • BİR AĞAC KƏSSƏK NƏ OLAR?
  • Dəniz cərəyanları
  • Qara dəliklər
  • TÜRK XALQLARININ COĞRAFİ KƏŞFLƏRİ
  • Güldürən düşündürən insan- Molla N& ...
  • İSKƏNDƏR MÜNŞİ
  • Marsın Sirləri
  • Beyin fırtınası və düşüncə tanklar& ...
  • Aslanın üç tükü
  • Suya da göz dəyərmiş?!
  • Dünyanın ən kiçik ölkəsi
  • Keçirici üzvi polimerlər
  • Ürək möcüzəsi
  • Qənaət
  • Ətraf mühitin təmizliyi
  •  (Səslər #: 8)

     
    Baxılıb: 4948 Müəllif: Admin 15 Sentyabr 2009 Şərhlər (6)

     

    1 Müəllif: special (16 Sentyabr 2009 21:32)
     
    cox gozel melumatdir
     

     

    2 Müəllif: melior girl (20 Sentyabr 2009 01:58)
     
    dogurdanda sirli oyundu hemde cetin.men bu oyunu bilmirem teessuf ki request
     

     

    3 Müəllif: Казанцев (7 Oktyabr 2009 17:06)
     
    Примного благодарен!
     

     

    4 Müəllif: Пыжалов (10 Oktyabr 2009 16:22)
     
    Благодарю за Ваш труд
     

     

    5 Müəllif: ryutton@mail.ru (20 Oktyabr 2009 13:29)
     
    А комментарии тут по-настоящему интересные. Будем следить за комментами и далее ;)



     

     

    6 Müəllif: ilqar kamil (11 Yanvar 2010 14:31)
     
    salam dostum.
    chox gozel ve maraqli eser idi amma bir xahishim var.
    bu yazilarda hansi menbeyden istifade etdiyinizi qeyd etseniz daha deqiq olar.
    menim fikrimce siz yazilarinizi mustened etseniz daha mukemmel olacaqsiniz.
    bu ish bir elmi yazi uchun zeruridir.
    minnetdaram!
     

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Vücudumuzda nə qədər qan var?
    » Gözlənilən xilaskar
    » Fotonlar
    » RƏQƏMLƏRLƏ İNSAN HÜCEYRƏL ...
    » Tunis
    » DİRSƏYİMİZ DƏYƏNDƏ NİY& ...
    » Balıqlar su içirmi?
    » Mahmud Zəncani
    » İnsan hesab verəcəkmi?
    » Azərbaycan ordusu dünənimizin, bu günü ...
     
    Təqvim
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters