|
SƏNƏTŞÜNASLIQ
TELEVİZİYADA
REJİSSOR SƏNƏTİ
Elçin Əlibəyli
Sənətşünaslıq
namizədi

Televiziya
özünün
təşəkkül
dönəmində
konkret
konsepsiya
və
estetik
mahiyyətini
müəyyən
etmədiyindən,
kinematoqrafın
doğuluşunda
ona
qarşı
olan
münasibətlə
üzləşməli oldu və
yalnız
informasiya
vasitəsi
kimi
xəbərvermə
işinə
yaradığı
barədə
mülahizələr
irəli
sürülməyə
başlandı.
Televiziyanın
ictimai
vəzifələri
müəyyən
olunduqca,
onun yayımında
çeşidli
proqramlar
özünə
yer
aldıqca,
həmçinin
incəsənət
nümunələrinin
yayımına
yer
verdikcə
televiziya
estetik
prinsiplərini
müəyyən
etməyə
başladı.
«Artıq
kütləvi
informasiya
vasitəsi
kimi
TV-də və
onun
texniki
bazasında
televiziya
sənəti,
fenomeni
biçimlənir» (S.Freylix. Teoriya
kino:
ot
Gyzenşteyna
do
Tarkovskoqo.
Moskva,
2002,
str.17)
və
televiziya
sintetik
sənət növü
kimi
özünün
yaradıcı
məziyyətlərini,
müxtəlif
sənət
növləri
ilə
birgə
konseptual
əsaslara
söykənən
fərdi
xüsusiyyətlərini
ortaya
qoydu.
Getdikcə
televiziya
təkcə
bədii
filmləri,
teatr
tamaşalarını
yayımlamaqla
kifayətlənməyib,
özünün
texniki
bazasında
teletamaşalar,
bədii
və
sənədli,
elmi-kütləvi filmlər,
seriallar,
telekonsertlər
istehsal
etməyə
başladı.
Bundan
başqa
teleşəbəkənin
genişlənməsi
və
rəqabətin
tamaşaçıda
kanal
seçimi
etmək
imkanı
yaratdıqca,
daha
informasiyanın,
məlumatın
quru,
məntiqsiz
təsvir ardıcıllığı
ilə
verilməsi
arxada
qalmış
bir
mərhələ
kimi
dəyərləndirilməyə
və
yaradıcı
axtarışları:
kadrların
ifadəli
montajı,
quraşdırılması,
dinamikanın
müəyyən
olunması,
çəkiliş
texnikasına
kinematoqrafdan
gələn
bədiiliklə
televiziya
tələblərinin
simbiozunu
tətbiq
etmək,
məzmun,
janrından
asılı
olmayaraq
hər
bir
verilişin
estetik
həllinin
baxımlı,
templi,
zövqlü
və
dəyişkən
zaman
ruhuna
uyğunlaşdırmaq
və
digər
elementləri
cəsarətlə
tətbiq
etmək,
vəzifə kimi
meydana
çıxdı.
Hələ televiziyanın
ilk
yaranış
dönəmində,
peşəkar
kino
rejissorlarının
bu
yeni
sənətə cəlb
olunması
getdikcə
yuxarıda
dediyimiz
yaradıcı
prosesi
idarə
edən
telerejissor
sənətinin
yaranmasını
və
özünün
poetikasının,
estetik
əsaslarının
meydana
gəlməsini,
qaçılmaz
zərurət
kimi
ortaya
qoydu.
Televiziya texnikasının sürətlə mükəmməlləşməsi,
yeni texnologiyaların ortaya çıxması televiziya sənəti
qarşısında üfüqlər açdı və ötən əsrin
60-cı
illərindən TV-lər
arasında yaradıcı yenilikçilik,
uğurlar naminə rəqabət artmağa başladı.
Artıq televiziya kinomatoqrafı təqlid etmək və ya onun əsasında
yeni forma yaratmaq deyil,
özünün yaradıcı axtarışlarını ortaya qoydu.
Çəkiliş prosesinin ifadəli,
bədii elementlərlə zənginləşməsindən başlamış,
montaj masası arxasında effektlərin,
tapıntıların geniş işlənməsi ilə məzmunlu,
estetik cəhətdən təsirli görüntünün yaranması hər bir verilişin
səviyyəsini,
kamillik göstəricisini müəyyən etməyə başladı.
Bütün olanlar həqiqətdir ki,
və məzmunca eyni olan verilişləri məhz bu meyarlar fərqləndirir,
baxımlı edir,
reytinq yığır,
yayımlandığı kanala reklam gətirmək,
sponsor cəlb etmək yolu ilə kommersiya tələbini ödəmiş olur.
Televiziyada rejissor,
ideyanı gerçəkləşdirilmə işinə rəhbərlik edən,
onun estetik,
bədii həllini,
ekran dilinin ifadə elementləri vasitəsi ilə çatdırılmasına
rəhbərlik edərək,
ideya-məzmundan
irəli gələn formanın tapılmasına,
operatorun,
rəssamın,
montajçının və digər yaradıcı heyətin işini istiqamətləndirərək
yekunda məzmunla,
ədəbi materialla uzlaşan,
onun ideyasını çatdıran,
mükəmməl görüntü həlli olan,
ümumi kompozisiyaya malik audiovizual məhsulu ortaya çıxaran
başlıca yaradıcı simadır.
Rejissor,
ideya-bədii
cəhətdən yüksək səviyyədə verilişin yaranmasında yaradıcı-istehsalat
prosesinə rəhbərlik etməklə yenilikçi axtarışları,
yeni metodları öyrənərək onun tətbiq olunmasına çalışmalıdır.
Ədəbi materialın görüntü həllinin özünün müəyyən etdiyi bitkin
estetik formaya uyğun olması üçün studiyanın dizaynı,
verilişin başlığı,
arakəsməsi,
səs və işıq-rəng
həlli,
montaj,
qrafika işi kimi mühüm komponentlərin keyfiyyət etibarı ilə
yüksək olmasına,
yaradıcı cəhətdən mükəmməlliyə nail olmağa çalışaraq ekran
qarşısında verilişi izləyəcək tamaşaçının bədii-estetik
zövqünün yüksəlməsində,
onun dünya görüşündə,
həyat tərzində,
düşüncə tərzində TV-nin
oynadığı başlıca istiqamətverici,
rəyyaradıcı rolunu düzgün dəyərləndirməli və yaradıcı meyyarlara
uyğun zövqlü ekran məhsulunun yayımına çalışmalıdır.
Rejissor çəkiliş və sonrakı istehsalat prosesində yaradıcı
atmosferin biçimlənməsində,
bütün heyətin bədii cəhətdən,
psixoloji baxımdan hazırlıqlı olmasında oynadığı başlıca rolla
bərabər,
verilişin ekran qarşısında oturan tamaşaçıya olan təsirini,
yaratdığı ab-havanı,
etdiyi təsiri bilməli,
bundan istifadə edərək özünün yaradıcı və vətəndaşlıq borcunu
ləyaqətlə yerinə yetirməlidir.
Həmçinin,
televiziya yaradıcılığında olan axtarışları,
dünya ekranlarında gedən prosesləri düzgün dəyərləndirməklə,
onların ideya-məzmuna
uyğun formaya tətbiqi,
rejissorun qarşısında duran başlıca tələbdir.
Rejissor texniki vərdişlərə məharətlə yiyələnərək ideyanın bədii
təqdimatında ondan səmərəli istifadə etməlidir.
ABŞ rejissoru Alen Rezental,
rejissor qarşısında
6
başlıca texniki tələbi qoyur.
İlk əvvəl kameranın hərəkətini,
mənzərə planlarını,
şaquli hərəkəti,
operator arabası və onun hərəkətini önə çəkən müəllif,
sonrakı tələb kimi eksplikasiya-kadrlar
və epizodların düzgün,
bədii cəhətdən birləşdirilməsini qoyur.
Həmçinin,
onun fikrincə tamaşaçının motivləşdirilməsi,
yəni hadisənin bir nöqtədən deyil,
bütün rakurslardan verilərək bitkin rəyin yaradılmasına imkan
verməsi əsas qayda sayılmalıdır.
Zamanın daha effektiv istifadə olunması və mürəkkəb epizodun
fokuslaşmasında böyük əhəmiyyəti olan ara planların yetərincə
çəkilməsi,
rakurs seçimi yolu ilə emosional effektin əldə olunması və
görüntünün düzgün optik həllə nail olunması,
müəllifin qoyduğu əsas tələblərdir.
Beləliklə,
televiziya rejissoru hazırladığı proqramın ideya-məzmun
tələbinə uyğun düzgün forma seçimi etməli,
janr tələblərinin qorunmalı,
görüntünün kamilliyinə nail olmaq üçün estetik,
yaradıcı bilgilərlə barəbər,
texniki vərdişlərə də yiyələnməli,
onun tələblərindən irəli gələn yaradıcı axtarışları audiovizual
əsərin yaranmasına tətbiq etməlidir.
Azərbaycan teleməkanında rejissor işindən danışarkən bir mühüm
amili yada salmalıyıq ki,
ölkəmizdə bu sahədə mütəxəssislərin yetişdirilməsi işinin tarixi
elə də böyük deyil və bir çox halda ciddi kadr çatışmazlığı
telekanallar qarşısında problem kimi ortaya çıxır.
Ölkə teleməkanında özünün böyük yaradıcı ənənələri olan AzTV-nin
efirində bu gün normal televiziya rejissurasından uzaq,
heç bir bədii yük daşımayan,
bir çox halda düzgün seçilməyən görüntü həlli,
ifadəsiz montaj və digər ən primitiv problemlərin görünməsi
ölkəmizdə telerejissor yaradıcılğının real mənzərəsinin
aydınlaşmasına imkan verir.
Təəssüflə deməliyik ki,
istər informasiya,
publistik,
istərsə də maarifçi-əyləncəli,
mədəni-maarif,
uşaq,
idman,
əyləncə verilişlərində rejissor işinin olmaması onların görüntü
və estetik həllini məzmunsuz,
və baxımsız edir.
«Xəbərlər»
informasiya proqramında düzgün seçilməyən studiya tərtibatının
yorucu,
solğun,
süjetlərin montajında
«çirklilik»;
«Sən
bir nəğmə»
oyunun mebel mağazasından yayımlanması,
düzgün montaj həllinin olmaması;
çeşidli adlarla efirə çıxan və qüsurları ilə bir-birinə
bənzəyən digər verilişlərdə nəzərə çarpacaq qədər ciddi qüsurlar
kanalın ümumi yaradıcı səviyyəsinə təsir edir,
tamaşaçını televizor qarşısından uzaqlaşdırır.
Deyilən kifayət qədər iri miqyas daşıyan və dövlət kanalının
işinə xələl yetirən qüsurlarla bərabər yaradıcı rejissor
münasibəti seçilən,
maraqlı axtarışlarla yadda qalan
«Səhər»
musiqi-informasiya
proqramını,
xüsusi ilə qeyd etmək gərəkdir.
Buradakı yaradıcı ab-hava,
görüntünün ifadəliliyi,
dinamika,
nəinki kanalın digər verilişlərində,
həm də anoloji səhər proqramlarından fərqlənir.
Kommersiya kanallarında telerejissor işi problemindən danışarkən
onların yaradıcı ənənələrinin yenicə biçimləndiyi və bir çoxunda
vaxtı ilə AzTV-də
maraqlı işlərlə yadda qalan rejissorların çalışması faktını qeyd
etməliyik.
Lakin bununla bərabər bir çox verilişlərdə rejissor işinin
ümumiyyətlə olmadığı dərhal nəzərə çarpır.
İnformasiya proqramlarında söz ardınca düşərək təkrar kadrların,
ümumi və məzmun daşımayan planların təkrar verilməsi,
keçidlərin yorucu olması;
əyləncəli verilişlərdə düzgün həllini tapmayan mizankadr,
dinamikanın duyulmaması,
tok-şou
və miqyaslı teleoyunlarda kameraların düzgün yer təyini və
onlara vaxtında keçmələrin olmaması,
tempo-ritm
və dinamikanın bir kənarda qalması çağdaş teleməkanın
gerçəkliyidir.
Montajçı ilə iş prinsipində rejissorun forma tələblərinə uyğun
bədii məziyyətlərin tətbiqi,
effektlərin,
rəng,
qrafika həllinin köməkçi vasitələr kimi tətbiq olunmasını tələb
etməsi görüntüyə lazımi gözəlliyi bəxş edir.
Lakin çağdaş teleməkanda əksər verilişlərdə ən primitiv montaj
elementlərindən istifadə olunması,
kadr dəyişkənliyinin,
dinamikanın duyulmaması rejissor işinin qeyri-kamil
olmasından xəbər verir.
Televiziyanın başlıca ifadə dili görüntüdür,
məhz görüntü onu digər KİV-dən
fərqləndirən elementdir.
Görüntünün məzmunsuz,
biçimsiz olması evdə yerləşdirilən mavi ekranlı qutunu
radioqəbulediciyə çevirə bilər.
Tamaşaçı isə görmək,
zövqünə və deyilən informasiyanın əhvalına uyğun dinamikanı
duymaq arzusundadır.
Görüntü həllinin qüsurlu olması verilişə olan tamaşaçı marağını
azaldır,
onun kanal axtarışına çıxmasına rəvac verir.
Kommersiya kanalı üçün isə bu yolverilməz haldır.
Reytinqi olmayan kanalda heç bir şirkət reklam yerləşdirmək
arzusunda olmur.
Lakin heç də hər şey kommersiya maraqları ilə bitmir,
burada daha bir başlıca şərt nüfuz amilidir.
Heç bir kanal tamaşaçı yanında özünün nüfuzdan düşməsinə imkan
verməməli və onun axtardığının məhz bu dalğada olduğunu,
inam və etibar hissini aşılamalıdır.
Əgər görüntü tamaşaçını cəlb etmirsə,
deməli o bu kanalı izləməyəcək,
verilişdə deyiləni dinləməyəcək.
Buradan belə bir nəticə hasil olur ki,
rəqabət dönəmində kanallar görüntünün başlıca element olmasını
nəzərə alaraq onun keyfiyyətinin,
bədii məziyyətlərinin artırılması üçün rejissor işinə xüsusi
diqqət ayırmalı,
bu işi nəzarətdə saxlamalıdılar.
Ölkə teleməkanında deyilən qüsurlarla bərabər özünün forma və
görüntü zənginliyi ilə seçilən verilişlərin olması,
peşəkar telerejissuranın uğuruna inanmağa imkan verir.
«Çal-çağır»
(ATV),
«Xeyli
xəbər+»,
«And
yerimiz Vətən»,
«Sabahın
xeyir,
Vətən»
(Lider),
«Aztelefilm»
(AzTV)
və
«Azərbaycan»
redaksiyasının
(Lider)
istehsalı olan televiziya filmləri telerejissuranın uğurlu
işləri kimi qeyd olunmalıdır.
Belə qənatə gəldik ki,
ölkə televiziyalarında rejissor sənəti ilə bağlı ciddi yaradıcı
problemlər mövcuddur və bu kanalların yaradıcı səviyyəsinə xələl
yetirir,
verilişlərin baxımlılığına mənfi təsir göstərir.
Bu hal yerli tamaşaçıların əcnəbi kanallara üz tutmasına imkan,
nəticədə yabançı mədəniyyətlərin,
təbliğatların asanlıqla yayılmasına rəvac verən kifayət qədər
təhlükəli vəziyyət yaradır.
Televiziya rejissurası kifayət qədər ciddi komponent kimi hər
bir telekanalda olan verilişlərdə iştirak etməli,
onun yaradıcı mükəmməlliyinə nail olmalıdır.
Ədəbiyyat
1.S.Freylix.
Teoriya kino:
ot Gyzenşteyna do Tarkovskoqo.
Moskva,
2002
2.
A.Rozental.
Sozdaniya kino i videofilmov.
Ot A do Ya.
Moskva,
2003
3.
E.
Quliyev.
Televiziya iki əsrin ayrıcında.
Bakı
1993
4.
V.Polukarpov.
Teleradioreklama.
Moskva,
1998
5.
G.
Baqirov.
Oçerki teorii televideniya.
Moskva
1978.
Çap
Versiyası
|