Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: SƏNƏTŞÜNASLIQ ::

Ana Səhifə

Arxiv

 

 
 
 
 

 

SƏNƏTŞÜNASLIQ

KİNO SƏNƏTİ

Bir çox insanın bir salonda oturub saatlarla vaxtını keçirdikləri kino, kiminə görə əyləndirici, kiminə görə bilik verici, kiminə görə isə mədəniyyəti tərənnüm edən bir vasitədir. Bir zamanlar mədəniyyət çağını teatr və məbədlərlə ölçürdülərsə, indi kinoteatrlar da mədəniyyətin ayrılmaz bir hissəsinə çevrilmişdir. Bu gün dünyada kinoteatrlar liseylərdən daha çoxdur.

Ancaq yenə də kinonun bir əyləncə vasitəsindən daha çox şey ifadə etdiyini söyləmək lazımdır. Kino bir sənətdir. Bundan daha güclü fikir kino, bütün sənətlərin varisidir. Onun sənət gerçəkliyi üstündə aparılan müzakirələrdən sonra çıxarılmış nəticə də budur.

Beləliklə, kino mədəniyyətlə eyniləşmişdir. Kitablar bizi necə məlumatlandırırsa, kino da elə də məlumatlandırır və kitablarla filmlər 20-ci yüzilliyi ifadə edən mənalardandır. Necə ki, kitab oxumaq sadəcə hərfləri tanımaq deyilsə, kinonu seyr etmək də sadəcə pərdəyə baxmaq deyil.

Necə ki, başqa çağlarda yaşayan insanların fikirlərini anlamaq üçün fəlsəfəni, bizdən əvvəlki insanların həyat tərzini bilmək üçün tarixi, insanların bacarıqlarını qavramaq üçün sənət və ədəbiyyatı öyrəniriksə, kinonu da bir ifadə vasitəsi kimi başa düşməliyik.

Sənəti, tarixi öyrəndikdən sonra kinosuna getmək, Sənətşünaslıq tarixini öyrəndikdən sonra portretləri izah edən bir professorlar muzeyləri gəzməyə bənzəyir.

Kino, ifadəsini hərəkət halındakı təsvirlər vasitəsilə açıqlama sənətidir.

Kino, bir çox mədəniyyətin yayılmasında böyük rol oynayan ünsürlərdəndir. Ona görə də belə bir sənət ancaq doğru və faydalı yolda istifadə edilərsə, öz məqsəd və hədəfinə çatar. Yoxsa sənət olmaqdan çıxıb insanları uçuruma sürükləyən bir vasitəyə çevrilər ki, belə bir sənətin mədəniyyət içində yeri yoxdur.

Kino, iki ölçülü məkan və zaman içində məlumat və hərəkət verici bir sənətdir; ancaq bu sənət teatr və rəqqaslıqdan fərqli bir zaman və məkan anlayışıdır.

 

Mənbə: Maximum Jurnalı

 

 Çap Versiyası

 

 

     

© 2005-2006 Bütün Haqları Qorunur - Akademiya.Net