|
SƏNƏTŞÜNASLIQ
MEMAR ƏCƏMİ
NAXÇIVANİ

XI və XII əsrlər - Azərbaycan intibahının çiçəklənmə dövrüdür.
Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə
tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf
edir. Bu dövrdə yaşayıb-yaratmış dahi şəxsiyyətlərin bolluğu da
adamı heyrətə gətirir: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani,
Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin,
Əbu-Bəkr Gəncəvi, Məhsəti Gəncəvi və başqaları...
Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı
tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq
saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər
Azərbaycanının dahi me'marı kimi şöhrət qazanmışdır.
Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır:
"Yaxın Şərqin bir çox me'marlarının yaradıcılığına onun
tə'sirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura
əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi
kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu
əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq,
me'marlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən
doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir
ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış
sənətkarlardandır. Təsadüfi deyil ki, XIII əsr mənbələri onun
"şeyxül-mühəndisin" (mühəndislər başçısı) rütbəsi daşıdığından
xəbər verir. hələ Qərb dünyasında arxitektura sənəti anonim
səciyyə daşıyan bir Dövrdə Əcəmi bir çox me'marlıq incilərinin
müəllifi kimi bizim qarşımızda parlaq və təkrarolunmaz yaradıcı
simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürünün
nəhəngi kimi canlanır."
Əcəmi öz ömrünü İraq Sultanlığında - Azərbaycan Atabəyləri
dövlətinin ərazisində yaşamışdır. Bu dövlətin mərkəz
şəhərlərindən biri də Naxçıvan idi. Atabəylər dövləti böyük
atabəy Şəms əd-Din İl-Dənizin dövründə yaranmış, onun oğlu
Nüsrət əd-Din Məhəmməd Cahan Pəhləvanın dövründə çiçəklənmişdi.
Tarix öz qoynunda Əcəminin həyatı haqda onun ölməz əsərlərindən
başqa heç nə saxlamayıb. Görünür, dahi me'mar bunu qabaqcadan
gördüyündən öz şah əsərinin-İl-Dənizin xanımı Mö'münə xatunun
məqbərəsi üzərində belə yazmışdı:
"Biz gedəriyik. Dünya qalandır. Biz gedəcəyik, dünya qalacaq.
Biz ölərik - bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq
elə." -
Bəli, xatirə qaldı. Müsəlman şərqində yalnız bir neçə me'marlıq
ansamblı məşhurdur. Bunların içərisində Səmərqəndin, İsfahanın
me'marlıq ansambllarını, eləcə də Tac-Mahalı göstərmək olar.
Güman ki, həmin ansamblların yaranmasından çox-çox qabaqlar
dünyanın ən qədim şəhərlərindən olan Naxçıvanda (Bibliyadakı
rəvayətlərə görə, bu şəhərin əsası Nuh peyğəmbər tərəfindən
qoyulub) orta əsrlərin dahi me'marı Əcəmi Naxçıvaninin layihəsi
əsasında möhtəşəmlikdə bunlardan heç də geri qalmayan
arxitektura kompleksi tikilmişdir. Nəhəng bir ərazidə
İl-Dənizlərin Sarayı, Cümə məscidi, Xatirə abidələri, çox güman
ki, mədrəsə, karvansara və digər hökumət tikililəri qurulmuşdu.
Bütün bu mə'lum və ehtimal olunan tikililərdən bizim dövrümüzə
yalnız iki məqbərə gəlib çatsa da Naxçıvanda saray ansamblının
mövcudluğu XIII əsrdə anonim bir müəllif tərəfindən farsca
yazılmış "Əcaib əd-dünya" adlı əsərdə də müəyyən dərəcədə təsdiq
edilir. Həmin əsərdə bu sətirləri oxumaq olar: "Naxçıvan
Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş,
əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar,
şəhərətrafı qalalar, malikanələr (köşk) və parad tə'yinatlı
tikililər qurulmuşdur. Şəhərin yaxınlığında daşdan qalalar,
qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində
həmçinin gözəl bir bulaq var. Deyilənə görə, dünyada bundan çox
məskunlaşmış şəhər yoxdur. Bütün inşaat kirəcdən və bişmiş
kərpicdən aparılırdı. Üç və dördmərtəbəli köşklərin əksər qismi
əslində qalalardır. Şəhərin ətrafındakı kəndlər (savad) olduqca
gözəldir, axar suları var. Çoxlu bağ-bağat salınıb, göz oxşayan
çəmənliklər var. Araz çayı şəhərin içindən keçir... İl-Dənizin
mübarək zamanında (Naxçıvan) tamamilə əzəmətli bir görkəm aldı.
Burada şah iqamətgahı (dar-əl-mülk) və hökumət binaları
(dövlətxana) tikildi..."
O
zamanın mənbələrinə əsaslansaq, Əcəmi dövründə Naxçıvanda 250
min nəfər əhali yaşayırdı. Xatırlanan meydandan dövrümüzə gəlib
çıxmış tikililər arasında ən qədimi xalq arasında Atababa
Günbəzi adlanan Yusuf ibn Küseyr məqbərəsidir. Məqbərənin məzar
hissəsi yerin altındadır. Yerüstü qülləvari hissə piramida
formalı səkkizguşəli çadır şəklində işlənmişdir. Məqbərənin çölə
baxan tərəfi kərpic bloklarla hörülmüş naxışlarla bəzədilmişdir.
Abidənin giriş hissəsində kufi xətti ilə yazılıb: "Bu, şərəfli
dinimizin məşhur rəisi, islamın gözəlliyi, şeyxlər başçısı Hacı
Yusif ibn Küseyrin məqbərəsidir. Şavval ayı yeddinci, əllinci və
beş yüzüncü il (557/1162-ci il)."Məqbərənin üzərində kufi xətti
ilə Qur"andan dekorativ ayələr yazılmışdır. Girişin sol
tərəfində me'marın adı həkk olunmuşdur: "Əcəmi ibn Əbubəkr
Naxçıvani."
Azərbaycanda daha gözəl və daha möhtəşəm bir məqbərə isə Mö'minə
xatunun şərəfinə salınmış və xalq arasında Atabəy Gümbəzi kimi
məşhur olan xatirə abidəsidir. Mö'minə xatun Atabəy Şəms əd-Din
İl-Dənizin birinci arvadı idi və Azərbaycan Atabəylər dövlətinin
yaranması, möhkəmləndirilməsi üçün çox böyük işlər görmüşdü.
0,1175-ci ildə dünyasını dəyişir. Bundan az sonra İl-Dəniz özü
də rəhmətə gedir və yalnız 1186-ci ildə başa çatmış məqbərənin
tikintisini onların oğlu Cahan Pəhləvan davam etdirir. Bu
məqbərə də yeraltı və yerüstü hissələrdən ibarətdir. Birinci
qismə xatunun məzarı, ikinci hissəyə isə xatirə abidəsi
daxildir. Məqbərə öz formasına görə kəsik onbucaqlını
xatırladır. Giriş üçün nəzərdə tutulmuş fasadı çıxmaq şərti ilə
qalan- bucaqların hamısı eyni cür işlənmiş və naxışlarla
bəzədilmişdir. Məqbərənin üzərində kufi xətti ilə Qur"andan
ayələr həkk olunmuş haşiyə yerləşdirilib. Təqribən bir metr
hündürlüyündə olan bu yazı minalanmış kərpiclərlə işlənmişdir və
məqbərənin bəzəyi sayılır. Hündürlüyünə və monumentallığına
baxmayaraq, məqbərə çox zərif və dikdir. Bu da onun qadın
şərəfinə ucaldıldığından xəbər verir.
Bu məqbərəyə baxanda istər-istəməz adamın yadına Hindistan
arxitekturasının ölməz incisi Tac-Mahal düşür. Həmin kompleks də
qadın - Mümtaz Mahalın ( 1648-ci il) şərəfinə, həm də Cahan adlı
türk hakimi tərəfindən ucaldılmışdır. Mö'minə xatun məqbərəsi
haqqında akademik V. M. Alpatovun "Ümumi incəsənət tarixi"
külliyyatında deyilənlərə nəsə əlavə eləmək çox çətindir. O
yazır: "Bu cür inkişaf tapmış forma hissiyyatı, bu cür klassik
kompozisiya bitkinliyi və kompozisiyanın gerçəkləşdirilməsindəki
bu cür kamillik o dövrlərdə Orta Avropa arxitekturasında rast
gəlinmir. Klassik şərq ədəbiyyatının ən gözəl nümunələrindən
olan Firdövsinin (X-X1 əsrlər) "Şahnamə", Nizaminin (XII əsr)
"Leyli və Məcnun" kimi ölməz poemalarında olduğu kimi,
Naxçıvandakı bu məqbərə də bəşəri mahiyyəti ilə fərqlənir."
İslam dini canlıların heykəlini qoymağı qadağan etdiyindən
Şərqdə yüksək qülləli məqbərələr Qərbi Avropadakı qəbirüstü
abidələri əvəz edirdi. Bu tikililərin məzarlıq hissələri yerin
altında olur, yerüstü hissəsi isə bə'zən hətta 30 metrə qədər
yüksələrək, öz gözəlliyi və ifadəliliyi ilə dəfn olunmuş şəxsin
xatirəsini əbədiləşdirməyə xidmət edirdi.
Böyük me'mar hər iki əsərində həmin qayəni yüksək sənətkarlıqla
gerçəkləşdirə bilmişdi.
Bu meydanda yerləşən tikililərdən biri də hansısa möhtəşəm bir
me'marlıq abidəsinin qoşa minarəli piştağıdır. həmin abidə XIX
əsrdə dağıdılmış, onun şəkilləri və təsviri isə qalmışdır. Abidə
dağıdılmamışdan onun üzərindəki "Me'mar Əcəmi ibn Əbubəkr
Naxçıvaninin əsəridir" sözləri aydın oxunurdu.
Piştağ 1187-ci ildə, Mö'minə xatun məqbərəsindən bir il sonra
tikilmişdir. Mütəxəssislər təsdiq edirlər ki,qoşa minarəli
portal kompozisiyası ilk dəfə Əcəmi tərəfindən tətbiq
edilmişdir. Sonralar müsəlman dünyasının bir çox ölkələrində bu
kompozisiyaya tez-tez rast gəlinir.
Əcəminin xatırladığımız tikililərinin ümumi kompleksinə nəhəng
bir Cümə məscidi də daxil idi. Bu məscidin təsviri fransız
səyyahları Tavernye və Delafruanın qeydlərindəki şəkillərdə
verilmişdir. XIX əsrin ortalarında V. Engelqart "Qafqaz"
qəzetində bu məscid haqda yazırdı: "Bu - yonulmuş daşlardan
tikilmiş və tağları olan nəhəng bir binadır. İçəridə hələ də
gözəl relyefli oymaların izləri qalmaqdadır. Məscidin bir
hissəsi artıq dağılıb, o biri hissəsi isə dağılmaq üzrədir.
Məsciddən 50 sajen aralıda hündürlüyü 20 sajenə çatan qoşa
minarəli darvaza yerləşir. Darvaza da həmin kompleksə daxildir.
Əvvəllər məscidlə darvazanın arasındakı yerdə müxtəlif tikililər
olub, ancaq indi bunlar yoxdur və adama elə gəlir ki, darvaza
bir qədər yaxındakı tənha qalaya aiddir." Tamamilə mümkündür ki,
həmin- boş qalmış yerdə adətən belə komilekslərə daxil olan
mədrəsələr və ya karvansaralar da tikilibmiş. Üstəlik
Bretanitskinin yazdıqına görə, atabəyin Naxçıvanda Mö'minə xatun
vəqfinə daxil olan bir mədrəsə tikdirdiyi qeyd edilmiş yarlıq da
mövcuddur.
Maraqlıdır ki, zaman keçdikcə Əcəminin ustalıqı ilə bərabər,
cəmiyyətdə tutduqu mövqe də artır. Bunu mə'lum abidələrdə onun
adının yazılış forması da aydın köstərir. Yusif ibn Küseyrin
məqbərəsində bu yazı o qədər namünasib şə-kildədir ki, ilk
tədqiqatçılar hətta bunu körə də bilməmişlər. Üstündən 20 il
keçdikdən sonra Mö'minə xatun məqbərəsində isə həmin yazı
girişin üzərində və diqqəti cəlb edən bir tərzdə həkk
olunmuşdur. Növbəti yazı isə monumental piştağın üzərindədir.
Əcəminin yaradıcılıqı uzun əsrlər boyunca Azərbaycanın və dikər
ölkələ-rin bir çox me'marları üçün ilham və təqlid mənbəyi
olmuşdur. hətta Əcəmidən 300 il sonra yaşamış Türkiyə me'marı
Sinanın əsərlərində də tədqiqatçılar dahi ustadın tə'sirini qeyd
edirlər. Qoy çaqdaş me'marlar da Əcəminin devizini yaddan
çıxarmasınlar: "Biz öləcəyik, bu əsərlərsə xatirə kimi qalacaq."
Mənbə: memoarial.aznet.org
|