Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: SƏNƏTŞÜNASLIQ ::

Ana Səhifə

Arxiv

 

 
 
 
 
 
 
 
 

 

SƏNƏTŞÜNASLIQ

AKUSTİKADA ZİRVƏ: MƏSCİDLƏR

Yəqin ki, çoxumuz məscidləri gəzərkən onların nə qədər mükəmməl bir səs sisteminə malik olduğunu sezmişik. Məscidlərin memari gözəllikləri ilə yanaşı mükəmməl səs sistemi də bizi öz ecazkar aləminə cəlb etməkdədir.

 

Məscidin Akustikası

Akustika, xütbə və vəəzlərin eşidilməsində; musiqi xüsusiyyətləri daşıyan ilahilərin dinlənilməsində və camaatla qılınan namazlarda qiraətin duyulmasında böyük əhəmiyyət ərz edir. Bu fəaliyyətlərin akustik baxımdan səmərəli olması üçün istər xatibin, istərsə də müəzzinlərin səslərinin anlaşıqlı olması və səs keyfiyyətinin əldə edilməsi vacibdir. Bununla yanaşı, məscidin hər küncünə təqribən eyni səviyyədə səs çatmalıdır. İstənilən akustika keyfiyyətinin alınması üçün əvvəlcə məscidlərin daxili məkanları sakit olmalıdır. Digər tərəfdən məscidin içində qəbul edilə bilən gurultu səviyyəsinin 25-30 dB-i (desibel) keçməməsi vacibdir ki, camaat huşu içində ibadətlərini yerinə yetirə bilsinlər. Buna görə də ətrafdan gurultunun məscidə daxil olmaması üçün atalarımız məscidləri geniş həyətin düz ortasında inşa edərdilər.

Məscidlərin akustik keyfiyyətində cingildəmə müddəti vacib bir parametrdir. Cingildəmə nə olduğunu anlamağa çalışaq. Sakit və təmiz bir havada qaynaqdan çıxan səs, əks etmə səthi olmadığı üçün ətrafın bu səsə heç bir qatqısı olmadan birbaşa qulağa çatır. Qapalı məkanda isə səs, müxtəlif səthlərdən əks edərək qulağa təkrar edərək çatır. Qaynaqdan səs çıxışı kəsildiyi halda səs azalaraq bir müddət daha eşidilməyə davam edər. Bu məkanın funksiyasına görə istənilən və ya istənilməyən bir təsirə səbəb olur. Səsin qaynağı susduqdan sonra səsin eşidilə bildiyi müddətə cingildəmə müddəti deyilir. Həmc daxilindəki səthin udma xüsusiyyəti yoxdursa, cingildəmə müddəti artar; səsin eşitmə təmizliyinin itməsinə baxmayaraq bu səs zəngin və rənglidir. Ancaq əgər divarlar udma xüsusiyyətinə malikdirsə, səs dalğaları qismən əks edər, əks-səda azalar; eşitmə zəif, boğuq və cingiltisiz ola bilər. Cingildəmə müddətinin uzunluğu həcmin böyüklüyü ilə məkanda yerləşən əşyaların udma qabiliyyətindən asılıdır. Məscidlər böyük və əks edici səth sahəsi çox olan məkanlar olduğuna görə, həcmlərin ümumi səth sahəsinə və dinləyicisi sayına nisbətlərinin böyük və cingildəmə müddətlərinin də uzun olması təbiidir. Məscidlərin ideal cingildəmə müddətinin daxili həcmin böyüklüyündən asılı olaraq təqribən 1.5-3 s qədər olduğu aparılan psixo-akustik laboratoriya təcrübələri ilə öyrənilmişdir.

Bir məkanda səsin yaxşı yayılması və eşidilə bilməsi üçün həm tikintinin üç tərəfli memarlığı akustik baxımdan yaxşı incələnməli, həm də inşaatda istifadə ediləcək materialların etina ilə seçilməsi şərtdir.

 

 

 

 

     

© 2005 Bütün Haqları Qorunur - Akademiya.Net