Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: SAHABƏLƏR ::

Ana Səhifə

Sahabələr

 
 
 
 
 
 
 
 

 

Sahabələrin Həyatı

Xalid Bin Vəlidin Mirası

Xalid bin Vəlid (r.a.) iki dövləti diz çökdürmüş dahi bir komandan idi. Yermük müharibəsində sarığı boynunda, komandanlıqdan azad edilərək adi bir əsgər kimi Hz. Ömərin (r.a.) qarşısında dayanmışdı. Həzrəti Ömər dedi: "Xalid! Bilirsən, mən səni necə çox sevirəm. Ancaq xalq əldə edilən zəfərləri səndən bilir. Halbuki bunları bizə bəxş edən Allahdır. Sənin bütləşdiriləcəyindən qorxuram. Səni komandanlıqdan azad etməyimin səbəbi də budur". Və böyük Xalid o günə qədər ona tabe olan bir adamın, Əbu Ubeydə bin Cərrahın əmri altına girdi və ömrünün axırına qədər İslama xidmət etdi...

Bəli, Xalid, əsl məfkurə insanı idi və həmişə şərəfli bir insan kimi yaşadı. Dünyanı isə "İslamın İgidi" kimi tərk etdi. Vəfat edəndə ondan sonra bir atı qaldı, bir qalxanı, bir də qılıncı. İki dövləti diz çökdürmüş bir adamın özündən sonra qoyub getdiyi miras bu idi.

 

 

 

     

© 2005 Bütün Haqları Qorunur - Akademiya.Net