Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: SAHABƏLƏR ::

Ana Səhifə

Sahabələr

 
 
 
 
 
 
 
 

 

SAHABƏLƏRİN HƏYATI

HƏZRƏTİ ƏLİ (R.A.)

Rəsulullahın əmisinin oğlu, kürəkəni və dördüncü xəlifədir. Atası Əbu Talib, anası Qureyşdən Fatimə binti Əsəd, babası Abdulmuttalibdir. Künyəsi Əbu Həsən və Əbu Turab (torpağın atası), ləqəbi Heydər, ünvanı Əmirul Möminindir. Bundan başqa “Allahın Aslanı” adı ilə də anılır.

Həzrəti Əli kiçik yaşlarından Rəsulullahın yanında böyüdü. On yaşında İslamı qəbul etdiyi məlumdur. Həzrəti Xədicədən sonra müsəlmanlığı ilk qəbul edən odur. Həzrəti Peyğəmbər ilə Həzrəti Xədicəni bir gün ibadət edərkən görən Həz. Əliyə Peyğəmbərimiz şirkin pisliyini, tövhidin mənasını başa salmışdı və Həz. Əli də dərhal müsəlman olmuşdu. Məkkə dövründə hər zaman Rəsulullahın yanında idi. Kəbədəki bütləri qırdığını belə danışır: “Bir gün Rəsuli Əkrəm ilə Kəbəyə getdik. Rəsuli Əkrəm çiynimizə çıxmaq istədi. Qalxmaq istəyəndə qalxa bilməyəcəyimi anladı, çiynimdən düşdü, məni çiyninə çıxardı və ayağa qalxdı. Özümü üfüqləri tuta biləcək gücdə sanırdım. Kəbənin üstündə bir büt vardı, onu sağdan soldan itələdim. Büt düşdü və parça-parça oldu. Rəsulullahın çiynindən düşdüm. İkimiz də geri qayıtdıq.” (Əhməd b. Xanbel, Müsnəd, I, 384).

Rəsuli Əkrəm, ən yaxın qohumunu xəbərdar etmək və haqqı təbliğ etmək haqqında Allahu Təaladan əmir alan kimi onları Səfa təpəsində toplayıb ilahi əmrləri təbliğ etdikdə, Qureyş müşrikləri istehza ilə yanaşdılar. İkinci toplantını aparmağı Həz. Əliyə (r.a.) tapşırdı. Əli də bir ziyafət hazırlayaraq Haşimoğullarını dəvət etdi. Rəsulullah yeməkdən sonra: “Ey Abdulmuttaliboğulları, mən xüsusilə sizə və bütün insanlara göndərilmişəm. İçinizdən hansınız mənim qardaşım və dostum olaraq mənə biət edəcək” dedi. Yalnız Əli (r.a.) qalxdı və orada Rəsulullaha onun istədiyi sözlərlə biət etdi. Bundan sonra Rəsuli Əkrəm, “Qardaşımsan və vəzirimsən” deyərək Həz. Əlini təltif etdi.

Həz. Peyğəmbər hicrət etmədən öncə əlində olan əmanətləri, sahiblərinə verilməsi üçün Əliyə verdi və o gecə Həz. Əli, Rəsulullahın yatağına uzanaraq müşrikləri təəccübləndirdi. Beləliklə Həz. Əli, Həz. Peyğəmbəri öldürməyə gələn müşrikləri ləngidərək onun yerinə həyatını təhlükəyə atmış, bu surətlə Peyğəmbərə hicrəti əsnasında zaman qazandırmışdı. Həz. Əli Peyğəmbərimizin ona verdiyi əmanətləri sahiblərinə qaytardıqdan sonra Mədinəyə hicrət etdi. Mədinədə də Həz. Peyğəmbərin həmişə yanında oldu, bütün cihad hərəkatlarında iştirak etdi, Uhudda qazi oldu. Bədirdə bayrağı o daşımışdı. Eyni zamanda kəşfiyyat qolunun rəhbəri idi, hakim nöqtələri təsbit edərək Həz. Peyğəmbərə bildirdi. Bu mövqelər işğal edilərək Bədirdə önəmli bir savaşın müvəffəqiyyətlə bitməsinə səbəb oldu. Bədir qəzasının başlamasından əvvəl Qureyşlilərlə təkə-tək döyüşən üç nəfərdən biri idi. Bu döyüşdə düşməni Vəlid b. Muğirəni qılıncı ilə öldürdü, Həz. Əbu Ubeydə çətin vəziyyətdə olarkən yardımına getdi və onun düşmənini də öldürdü. Ona “Allahın Aslanı” ləqəbi və Bədir qənimətlərindən bir qılınc, bir qalxan və bir də dəvə verildi.

Həz. Əli Bədir müharibəsindən sonra Həz. Peyğəmbərin qızı Həz. Fatimə ilə evləndi. Nigahını Həz. Peyğəmbər qıydı. O vaxta qədər Rəsulullahla yaşayan Həz. Əli nigahdan sonra ayrı bir evə köçdü. Həz. Əlinin Həz. Fatimədən üç oğlu və iki qızı dünyaya gəldi.

Hicrətin üçüncü ilində Uhud müharibəsində müsəlman oxçuların xətasına görə müşriklər müsəlmanlara hücum etmişlər və Həz. Peyğəmbər də yaralanaraq bir xəndəyə düşmüş və düşmən onun öldüyünü yaymışdı. Halbuki o vaxt döyüşə-döyüşə geri çəkilən Həz. Əli Həz. Peyğəmbərin düşdüyü xəndəyə yaxınlaşaraq onu qorumağa başlamışdı. İki tərəfin də qalin gələ bilmədiyi bu savaşda Həz. Əli bir çox yerindən yaralanaraq qazi oldu.

Uhud savaşından sonra Həz. Əli “Bənu Nədr” yəhudilərinin xainliklərindən sonra bu qəbilə ilə olan savaşı özü idarə etdi. Bütün döyüşlərdə Həz. Əli qəhrəmanlıqla döyüşmüş və müşriklərin ən məşhur döyüşçülərini öldürmüşdür. Hudeybiyyə sülhündə sülh şərtlərinin yazılması da ona tapşırıldı. Həz. Əli, sülhnaməni belə yazmağa başladı: “Bismillahirrahmanirrahim. Muhamməd Rəsulullah...” Ancaq müşriklər bu ifadəyə etiraz etdilər. Həz. Peyğəmbər, “Rəsulullah” yerinə “Muhamməd b. Abdullah” yazmasını Həz. Əliyə söyləmiş, fəqət Həz. Əli “Rəsulullah” yazılmasında israr etmişdi.

Həz. Əli Məkkənin fəthi əsnasında yeni bayraqdar idi. “Kəda” mövqeyindən Məkkəyə girdi. Məkkə qan tökülmədən fəth edildi. Həz. Peyğəmbər ilə birlikdə bütün bütləri qırdılar.

Məkkənin fəthindən sonra Rəsuli Əkrəm, Xalid b. Vəlidi Bənu Huzeymə qəbiləsinə göndərdi. Bu qəbilə ya cahilliyi, ya da bədəvi olmalarından dolayı, “müsəlman olduq” mənasındakı “əsləmna” kəliməsi yerinə “sabbəna” dediyi üçün Xalid b. Vəlid hiddətləndi və onlarla hərb etdi. Həz. Peyğəmbər hadisəni eşidincə çox üzüldü. Həz. Əlini bu xətanı təlafi ilə vəzifələndirildi. Həz. Əli Bənu Huzeyməyə gedərək öldürülənlərin qan pulunu ödəyərək zərərçəkənlərin zərərlərini təlafi etmişdi.

Huneyn qəzasında müsəlmanlar bir ara dağıldılar. Sayıları min olduğu halda içlərindən ancaq bir neçə kişi səbr edib dözə bildi. Həz. Əli bu savaşda yalnız səbr edərək deyil, göstərdiyi igidlik və qəhrəmanlıqla da İslam ordusunun öz safında toplanmasını təmin etdi.

Rəsuli Əkrəm hicrətin 9-cu ilində Təbuk səfərinə çıxarkən Həz. Əlini əhli beytin mühafizəsi üçün Mədinədə saxladı, ancaq bu səfərdə iştirak etmədiyi üçün çox təsirləndi. Bundan sonra Rəsulullah: “Musaya görə Harun nədirsə, sən mənə qarşı o olmaq istəməzsənmi?” dedi. Əli, bu iltifatdan çox məmnun oldu.

Həz. Peyğəmbərin vəfatı əsnasında, evində olanlardan biri idi. Həz. Əbu Bəkr xəlifə seçildiyi vaxt Həz. Əli Rəsulullahın evində kəfənləmə işi ilə məşğul idi.

Həz. Ömər dövründə dövlətin bütün hüquq işləri ilə məşğul olmaqla İslam dövlətinin baş qazısı kimi işlədi. Həz. Ömərin şəhadətindən sonra yeni dövlət başçısını seçmək üçün səlahiyyət verilən 6 nəfərdən biri idi.

Həz. Osmanın xəlifəliyi dövründə idari işlərdən çox da məmnun deyildi. Bununla yanaşı müxtəlif vilayətlərdən gələn şikayətləri Həz. Osmana bildirmiş və ona öz təkliflərini vermişdi. Həz. Osmanın şəhadətindən sonra İslamın öndə gedən şəxsləri Həz. Əliyə biət etdilər. Onun xəlifəliyi dövrü də çox qarışıq oldu. Bu qarışıqlıqlar Cəməl və Siffin kimi daxili münaqişələri meydana gətirdi. İslam dövləti içindəki bu ixtilafları yox etmək üçün böyük fədakarlıq sərf etdi.

Nəhayət, Kufədə 40/661-ci ildə bir Xarici olan Abdurrahman b. Mülcəm tərəfindən səhər namazına gedərkən yaralandı. Bu yaranın təsiri ilə də şəhid oldu.

Həz. Əli həmişə Həz. Peyğəmbərin (sav) yanında olduğu üçün Təfsir, Hədis və Fiqhdə səhabələrin irəlidə gedənlərindən idi. Hətta Rəsulullahın təbiri ilə “elm şəhərinin qapısı” olaraq ümmətin ən alimi idi. İnsanları haqqa çatdırmaq üçün böyük cəhdlər sərf etmiş və xilafət dövründə qarışıqlıqlara baxmayaraq İslamın öyrədilməsi və öyrənilməsi üçün əlindən gələni etmişdi.

Həz. Əlinin, Həz. Fatimədən Həsən, Hüseyin, Muhsin adlı oğulları və Zeynəb, Ümmü Gülsüm adlı qızları oldu.

Həz. Əlinin “Zülfiqar” adı verilən məşhur bir qılıncı var idi. Qılıncın ağzı iki çəngəlli idi və Həz. Əliyə Rəsulullah tərəfindən hədiyyə edilmişdi.

Həz. Əli bu ümmətin ən irəlidə olanlarından biri kimi İslamın bizə qədər gəlməsində böyük rolu səhabələrdəndir.

 

Mənbə: Şamil İslam Ensiklopediyası

 

 Çap Versiyası

 

 

     

© 2005-2006 Bütün Haqları Qorunur - Akademiya.Net