|
XÜSUSİ
RAMAZAN BÖLMƏSİ
TƏRAVİH NAMAZI

Şaban ayının sonuncu
gecəsində, yəni Ramazanın ilk gününə keçən gecə qılınmağa başlanır
və Ramazan ayı boyunca hər gecə Yatsı namazı ilə Vitr namazı
arasında qılınır. 20 rükətdir. Bəzən 8 rükət də qılınır. Camaatla
da, təkbaşına da qılına bilər. Məsciddə və camaatla qılınması çox
fəzilətlidir. Camaatla qılınarkən səslə qılınır. Təravih namazını
iki, dörd, səkkiz rükətdən bir salam verməklə qılmaq olar.
Birdəfəyə də qılmaq mümkündür. Amma ən çox məsləhət görülən odur
ki, iki və ya dörd rükətdən bir salam verilsin.
İki
rükətdən bir
salam verdikdə sübh namazının sünnəti, dörd rükətdən bir salam
verdikdə isə ikindi namazının sünnəti kimi qılınır. Namaza bir
dəfə, yəni lap əvvəldə niyyət etmək yetərlidir. Belə niyyət
edilir: Niyyət etdim Allah rizası üçün təravih namazı qılmağa. Bu
namazı kişilər də, qadınlar da qıla bilərlər. Bir məsələyə
xüsusilə diqqət yetirmək lazımdır. Belə ki, başqa aylarda Vitr
namazı ayrılıqda və səssiz qılınarsa, Ramazanda imamla birlikdə və
səslə qılınır. Ramazan bayramından əvvəlki gecə təravih qılınmaz.
İbadətiniz qəbul olsun, sevimli möminlər.
Qaynaq:
-
zaman.com.az
|