Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: QÖNÇƏ ::

Ana Səhifə

Arxiv

 
 
 
 
 
 

 

QÖNÇƏ

Bir Təbəssümün Bir Dünyanı Qurtarar

Eyvanda dayanan kiçik qız yoldan ötən adama təbəssüm elədi. Bu təbəssümdən həmin adamın kefi açıldı və yadına düşdü ki, ona yaxşılıq eləyən dostuna təşəkkür etməyi unudub. Zəng eləyib kefini soruşdu və təşəkkür elədi. Dostu bu təşəkkürdən o qədər məmnun oldu ki, nahar elədiyi restoranın ofisiantına hədiyyə verdi. Ofisiant bu hədiyyədən çox məmnun oldu və axşam evə gedərkən yolun üstündə oturan kasıba xeyli pul verdi. İki gündən bəri ac olan həmin şəxs gedib qarnını yaxşıca doyurdu və yaşadığı zirzəmiyə yollandı. Kefi elə kök idi ki, palçıqda çapalayan bapbalaca küçüyü görüncə keçib gedə bilmədi, əyilib onu qucağına götürdü. Balaca küçük gecənin soyuğundan qurtardığı üçün çox rahat idi. Səhərə qədər isti yerdə ora-bura qaçıb oynadı. Gecə yarısından sonra binanı tüstü bürüdü. Deyəsən, yanğın başlayırdı. Tüstü iyini alan küçük bütün gücü ilə hürüb, əvvəlcə, onu bura gətirən kasıb adamı oyatdı, sonra da binanın digər sakinlərini. Atalar, analar tüstüdən boğulmaq üzrə olan körpələrini qucaqlarına alıb küçəyə qaçdılar. Beləcə, bir küçüyün hürməsi neçə insanın ölümdən qurtarmasına səbəb oldu.

Hər şey də bir təbəssümdən başladı – yoldan ötən birinə eyvanda dayanmış körpə bir qızcığazın təbəssümündən.

 

 

 

     

© 2005 Bütün Haqları Qorunur - Akademiya.Net