|
QÖNÇƏ
HƏQİQİ QAZANC
Dünyada varlıq sahibi, hər şeyə gücü yetən böyük bir Zat günlərin
birində iki xidmətçisini yanına çağırıb onlara bir iş tapşırır.
Hərəsinə 24 qızıl verib belə deyir:
Uzun bir səyahətə çıxacaqsınız. Başqa diyardakı kəndimə gedib
orada yaşamağınızı istəyirəm. Mən sizi təkrar hüzuruma
çağıracağam. O zamana qədər orada qalmağınızı istəyirəm. Kəndim
sizə əmanətdir. Verdiyim 24 qızıldan həm yol pulunuzu, həm bilet
pulunuzu, həm də ki, kənddəki yaşayış ehtiyaclarınızı
ödəyərsiniz. Səyahəti maşın, təyyarə yaxud qatar ilə edə
bilərsiniz. Seçim sizindir. O iki xidmətkar böyük Zatın
dediklərini diqqətlə dinləyib 24 qızılla yola düşdülər. Dünyada
heç bir varlığa sahib olmadıqları halda böyük bir ərazinin
əmanətçisi oldular. Bu zənginliyin əvəzində onlardan birinin ağlı
çaşdı, gözü çevrildi, qızıllarını qumarda bir-bir itirdi. Dostu
onun bu halına çox üzüldü. Və ona nəsihət verdi:
Bax, dostum, indi mən 24 qızıldan biri ilə bilet alıb təyyarəyə
minib 1 saata kəndə gedəcəyəm. Bəs sən? 23 qızılı zərərli bir
oyunda əyləncə və nəfsin xatirinə puç etdin. Ağlını başına yığ. O
1 qızılla bir bilet də sən al və qurtul. Əks halda tamamilə zərər
içində olacaqsan. Sahibimiz də verdiyi vəzifəni yerinə
yetirmədiyin üçün səni cəzalandıracaqdır. Əgər səhv etdiyini və
bunu anladığını bildirib ondan bağışlanmağı diləsən O səni
bağışlayacaqdır. Çünki O rəhməti böyük olandır. Əlindəki bir
qızılla bilet al. Əks halda həlak olub gedəcəksən.
Bəli, hekayəcik burada bitir. İndi soruşacaqsınız ki, o axmaq adam
dostunun sözünə qulaq asıb bilet aldımı?
Ümid edirəm ki, o düşüncəsiz adam, dostunun məsləhətini
dinləmişdir. Çünki, bu kiçik hekayədə bizə bildirilən O böyük
zat, Rəbbimizdir. O, 24 qızıl 24 saatımızdır. O dayanacaq məzara
açılan qapıdır. O bilet ruhlar aləminə etdiyimiz yolculuq üçündür.
O bir qızıl isə 5 vaxt namaz üçün ayırdığımız 24 saatdan biri
kimidir. Bizə qəbir qaranlığında işıq, axirət yolçuluğunda
minikdir. O iki xidmətçi isə Rəbbini tanıyan, namazını qılan bir
adamla Rəbbinin nemətlərini inkar edən namazsız bir adamı təqdim
etməkdədir. O kənd isə Cənnətdir. Beləliklə, bu hekayə bizə
anladır ki, namazını düzgün qılan və bir gündə 24 saatın heç
olmazsa bir saatını Rəbbinə şükür və ibadət içində keçirən insan,
çox böyük asanlıqlar və rahatlıqlarla qarşılaşacaq. Namazını
qılmayan və Rəbbinin nemətlərini inkar edib şükürsüzlüyə
düşənlərin aqibəti bərbad olacaqdır. Onlar nəinki itkiyə məruz
qalacaq, üstəlik böyük bir cəzaya düçar olacaqlar.
|