|
PSİXOLOGİYA
Beyin Fırtınası və Düşüncə Tankları
Amerikalı Edvin Lend 1943-cü ildə sahildə kiçik qızının şəklini
çəkdiyi zaman, qızı səbirsizliklə “Ata, şəklimi niyə indi görə
bilmirəm” diyə soruşmuşdu. Bu sual atanı fikirləşməyə məcbur etdi.
Fikirləşməsinin səmərəsi isə ona şöhrət gətirən Polaroid
fotoaparatı oldu. Burada kiçik qız o günə qədər düşünülməmiş və ya
həyata keçirilməmiş bir hadisə üçün atasına ilham qaynağı oldu...
Yeni kəşf və ixtiralara səbəb olan əsas amillərdən biri də beyin
fırtınasıdır (Brainstorming). Beyin fırtınası deyilən hadisənin
əsas və ilk prinsipi budur: Bir problemin həlli ilə əlaqədar
cavabdeh grupun üzvləri mümkün olduğu qədər çoxlu sayda fikir
irəli sürürlər. Buradakı problemin mənfi xarakterli olması məcburi
deyil (Negative problem). Ortaya qoyulan məsələ müsbət xarakterli
də ola bilər. Məsələn, bir şirkət bir ilin sonunda əldə etdiyi
qazancın ən optimal şəkildə istifadə yollarını bir beyin fırtınası
seansı ilə müəyyən edə bilər. Beyin fırtınası seanslarında meydana
çıxan fikirlər zahiri olaraq məntiqsiz və imkansız ola bilərlər.
Burada əsas şərt tənqidin qətiyyən olmamasıdır. “Necə ola bilər?,
Mümkündür?, Sən nə danışırsan?” kimi sözlər hələ yeni söylənilmiş
və ya söyləniləcək fikri həmin an yox edə bilər.
Albert
Eynşteyn bu haqda belə söyləmişdir: “Ortaya atılan yeni fikirlərdə
bir qeyri-adilik yoxdursa, deməli bu fikirlər ümidverici
deyildir.” Əvvəlcə mənasız görünən fikir beyin fırtınası grupunun
digər üzvləri üzərində müsbət təsir göstərə bilər. Beyin fırtınası
seansında görüşlər yüksək səslə söylənməli və həmin an da qeyd
edilməlidir. 30-40 dəqiqəlik bir seansdan sonra bütün fikirlər
iştirakçılar tərəfindən qiymətləndirilərək ən yaxşı fikir seçilir.
Beynimizin sağ tərəfi zehindəki rəsmlərlə və ya hekayələrlə çarpaz
əlaqəlidir. Beyin fırtınaları çalışmaları da məhz sağ beyni
oyandırır.
Aparılan
araşdırmalar nəticəsində məlum olmuşdur ki, uşaqlar (xüsusilə 2-7
yaş arası), sağ beyindən məktəbə qədər dövrdə məktəb dövrü ilə
müqayisədə doqquz dəfə artıq istifadə edirlər. Yəni uşaqlar yeni
və qeyri-adi fikirlər iləri sürməkdə seçilirlər. Belə halda niyə
uzun illərdən bəri heç bir alimimiz Nobel mükafatı almamışdır?
Nəyə görə bütün yeni kəşf və ixtiralar başqaları tərəfindən həyata
keçirilməkdədir? Son əsrdə patentlərin neçə faizi bizə aiddir?
Təhsil müəssisələrimizdə beyin fırtınası kimi yenilikçi
düşüncələrin kifayət qədər öyrədilməməsi bu suallara cavablardan
biridir.
Məktəblərimizdə uşaqlar maraqlı məsələlərə təşviq edilməməkdə,
əksinə onların dar düşüncəli olaraq əvvəlcədən hazırlanmış
cavabları vermələri istənilməkdədir. Yeri gəlmişkən, tariximizə
nəzər salsaq, Memar Sinanların, İtrilərin, Fatihlərin,
Hazırfenlərin, Gazalilərin necə yetişdiklərini daha yaxşı başa
düşə bilərik.
Fateh
Sultan Mehmetin qurduğu Sahn-ı Seman Mədrəsələrində fizika, kimya,
biologiya, riyaziyyat, fəlsəfə, ədəbiyyat kimi texniki və
humanitar elmlər birlikdə tədris olunur, alim və ixtiraçılar
yetişdirilirdi.
Qısa
lüləli ağır topu ilk dəfə icad edən Fatehdir. Barıtı atəşli
silahlarda ilk istifadə edən Osmanlılardır. İlk uçan insan bir
Türkdür. Memar Sinanlar, İtrilər, Dədə Əfəndilər, Gazalilər isə
hələ yetişməmişdir.
Süleymaniyyə Kitabxanası hələ də dünyanın ən çox əlyazması olan
kitabxanasıdır.
BİR
BEYİN FIRTINASI SEANSI
Problem: Şirkətimizin bu ilki gəlirləri
çox azaldı, zərər edirik.
Seans
zamanı ortaya atılan bir fikir: Uçan
quşlar.
Beyin
Fırtınası: Onlar ətrafda olanlara bir
quşun gözləriylə baxarlar... Hər şeyi yuxarıdan daha gözəl bir
şəkildə görə bilirlər... Kəskin bir baxışları vardır... Bəzən
qanad çırpırlar, bəzən qanad çırpmadan aşağıya doğru süzürlər...
Amma bunu çox zərif bir formada yerinə yetirirlər... Çox
bacarıqlıdırlar... Ziyan etməzlər... Güclərini qənaətlə istifadə
edirlər... Mənzillərinin hara olacağından xəbərdar kimi
görünürlər... Amma getdikləri yer çox uzaqdadır... Səfərə yaxşı
hazırlaşırlar... Hər cür hava şərtlərinə hazırdırlar... Getdikləri
yerə çatacaqlarına ümid edərlər... Düşmənlərini tanıyırlar...
Bəzən özlərini əmin-amanlıq içində hiss edirlər... Bəzən yırtıcı
heyvanlar arasında... Amma hər zaman ətrafda baş verənlərin
fərqindədirlər... Bir yol tapıb uçurlar... Hər gizli hava
axınında... küləyə baxmayaraq... ətraf mühitlə müvəffəqiyyətli bir
əməkdaşlıq nümayiş etdirərək... Uçmağın sehrindəki möhtəşəmliyi
daima qoruyaraq... müvazinəti, nəzarəti və məharəti itirmədən ən
yaxşısına nail olurlar...” Gördünüz mü? Bir quşun uçmasından
haralara geldik!
Maneələri dəf edin
İnsan
həyatında bir çox sərhədlər mövcuddur və bu sərhədləri keçmək
insana qorxunc və çətin gələ bilər. Həyatımızda fiziki sərhədlər
olduğu kimi zehni sərhədlər də vardır. Zehni sərhədlər beyin
fırtınasına səbəb olan düşüncəyə mane olur. “Bu daha əvvəllər
sınaqdan keçirilmədi, çox zəifəm, icazə verməzlər, bacarmaram, bu
qədər mümkündürmü” kimi ifadələr zehindəki sərhədlərə nümunədir.
Zehni maneələr dəf edildiyi an qarşımızda qapılar açılır və
yepyeni üfüqlər bizi gözləyir. Sərhədi bəzən bir sual ilə də keçə
bilərik. Edvard Lend ailəsinin şəkillərini çəkərkən kiçik qızının
şəkilləri niyə dərhal görə bilmədikləri ilə maraqlanması
hadisəsində olduğu kimi. Var qüvvəmizi istifadə edərək düşünüb
dərin təfəkkürlərə qərq olaq. Mükəmməl bir makina kimi yaradılan
hüceyrələrimizi, fəzanın sonsuzluğunu, quşları, küləyi.....
Beynimizdə fırtınalar meydana gətirək. Nəticədə isə yeniliklər,
kəşf edilənlər sizin olsun.
Think-Tank Düşüncə Klubları
İnsanların içinə düşdüyü və heç cür çıxa bilmədiyi bu vəziyyətdən
xilas ola bilməsi üçün oxuması, düşünməsi, müzakirələr etməsi çox
vacibdir. Bütün bunların ola bilməsi üçün də hər şeyin rahatca
danışılıb incələndiyi bir cəmiyyətin olması vacibdir.
Bu gün
təhsil, səhiyyə, iqtisadiyyat, siyasət, müdafiə strategiyaları və
ətraf mühit kimi həyatın hər sahəsində yeni yanaşmalara, original
fikirlərə ehtiyac vardır. Bu da bol-bol beyin fırtınası
hadisəsindəki kimi təfəkkür edən gənc və dinamik insanlarla
olacaqdır. Bunun bir yolu da hər bir müəssisədə çox alternativli -
beyin fırtınalı düşüncə klublarının (Think-Tank) təşkilidir.
Qərbdə
gələcəyə doğru proyektlər irəli sürən bizim dilimizdə tam
tərcüməsi “Düşüncə Tankı” olan “Think-Tank” quruluşları isə
ölkəmizdə yox deyiləcək qədər azdır. ABŞ-da 3500-ə qədər
“think-tank” müəssisəsi vardır. Bunların hər biri ayrı ixtisas
sahələrində, siyasətdən ictimai problemlərə, büdcədən mülki
müdafiəyə qədər bir çox sahələrdə fəaliyyət göstərirlər.
Məsələn,
bir “think-tank” quruluşu olan Bruklin müəssəsində sadəcə dövlət
büdcəsi ilə maraqlanmayıb, büdcənin hazırlanmasına kömək etməkdə
və yerinə yetirilməsinə nəzarət etməkdədir. Misirdə belə bir
think-tank araşdırma institunun illik büdcəsi 20 milyon dollardır.
Think-tank klublarını, düşüncənin araşdırılması və
təkmilləşdirilməsi müəssisələri kimi qəbul edə bilərik. Məqsəd çox
düşünmək və mümkün olduqca çox fikir irəli sürməkdir. Bir baxıma
think-tanklar düşüncəsizliyə qarşı bir üsyandır.
Nəticədə, Ölkəmizdə bir çox mövzuda çox sayda think-tanklara və
təbii ki, beyin fırtınaları meydana gətirəcək yeni kəşf və
icadlara fon hazırlayacaq gənc nəslə ehtiyac olduğunu qeyd etmək
yerinə düşərdi.
|