Yer kürəmizi hər tərəfdən əhatə edən hava; 78% azot, 21% oksigen və 1% nisbətində də arqon, neon, karbondioksid və su buxarından inşa edilmişdir. İki atomlu molekul kimi yaradılmış azot qazının atomları bir-birinə üç tərəflərli bağlarla bağlandığına görə bunların bir-birindən asanlıqla ayrılıb başqa atomlarla birləşməsi atomlara verilmiş orbitlərindəki elektron yükləri səbəbilə çətindir. Başqa elementlərlə reaksiyaya ...
Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? (O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! (Saf surəsi, 61/10-11)
İşıq boşluqda işıq sürəti ilə gedər və bu eyni zamanda kainatda müşahidə edilən ən yüksək sürətdir.
Ancaq diqqət edilməli önəmli bir nöqtə var, işıq sürəti ilə işığın sürəti eyni şey deyil. İşıq sürəti, işığın boşluqdakı sürətidir və kainatda müşahidə edilən ən yüksək sürətdir. Ancaq fotonlar (işığı təşkil edən zərrəciklər) maddə içərisində ortalama olaraq hesablandıqda, işıq sürətindən daha aşağı sürətlə hərəkət edir.
Bir fotonun bir stəkan sudan keçməsini tədqiq edək. Təxmin edə biləcəyimizin əksinə, stəkandan çıxan fotonlar, bir az əvvəl stəkana daxil olan fotonlar deyil. Və yenə sandığımızın əksinə əslində fotonlar, suyun içərisində işıq sürətindən daha aşağı sürətlə hərəkət etmir.
Ingilis ordusunun keçmiş zabitiRoy Bates 1967-ci ildə neft platformasını işğal edərək "Sealand" adını verdiyi ölkəsini qurdu.İngilis Kral Donanması Royu adadan çıxartmağa çalışdı, ancaq platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan əsgərlərin adaya girməsi mümkün olmadı. Məhkəmə həbs olunan Royu hadisə İngiltərə sərhədlərinin xaricində olmuş deyə azad etdi. Daha sonra...
Yaponyalı alim Masaru Emotonun “Suyun yaddaşı var” adlı yazısı dünyada böyük maraqla qarşılandı. Emotonun apardığı tətqiqatlar insandan titrəşim şəklində çıxan enerji, düşüncə, danışıq, fikir və musiqinin suyun molekulyar quruluşuna təsir etdiyini ortaya qoydu. Emoto müxtəlif təcrübələrdən keçmiş su damcılarını dondurub qaranlıq mühitdə, mikroskob altında foto şəkillərini çəkəndə suyun kristal şəkillərində insanı heyrətə gətirən fərqliliklər olduğunu müəyən etdi. Dondurulmadan əvvəl su şüşələrinə yazı yazılmış və ya müəyyən sözlər deyilmişdi.
Azərbaycanda kredit sistemi Milli Bank və kredit təşkilatlarından ibarətdir. Bu sistemin ən mühüm tərkib hissəsi Milli Bankdır. Kredit təşkilatlarına isə banklar və qeyri-bank kredit təşkilatları aiddir. Bank və onunla əlaqədar olan bəzi anlayışlara nəzər yetirək:
"Kredit təşkilatı" - bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatıdır.
Bank - fiziki və hüquqi şəxslərin pul vəsaitini depozitə cəlb etmək, həqiqi vəsaiti müddətlilik və faizlə geri qaytarmaq şərtilə öz adından və öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxslərin hesabını açmaq və aparmaq əməliyyatlarının məcmusunu həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatıdır.
Dünyamızın ən maraqlı, diqqətçəkən hadisələrindən biri körpənin doğuşudursa, əhəmiyyətinə görə ondan heç də geri qalmayan ikinci hadisə də ölümdür. Uzun və keşməkeşli yol keçdikdən sonra ağlayaraq dünyaya gözlərini açan insan öz harayı ilə sanki bu dünyada başına gələcək bəlalardan, cəfalardan xəbər verir. Doğrudan da, bu dünyada daimi rahatlıq tapmaq mümkün deyildir; hərdən bir biz tərəflərə baş çəkən xoş hadisələr isə yay yağışı kimi yalnız ötəri sərinləməyimizə kömək olur.
İslamda evlilik həzz və ləzzət üçün deyil, ailənin təşəkkülü, millətin uzunömürlülüyü, fərdi duyğu və düşüncələrin dağınıqlıqdan qurtulması və cismani arzuları cilovlanması üçündür. Evlilikdə həzz və ləzzət isə insan təbiətinə yerləşdirilmiş və evliliyə təşviqedici faktordur.
Fiqh elmində (İslam hüququ) evliliyə ilk addım sayılan nişanlanma müstəqil mövzu kimi ələ alınmır. Lakin bu İslamda nişanlılıqla əlaqəli hökmlərin olmaması mənasına gəlməz.
Həyatın mənbəyi su, canlıların vücudlarında müxtəlif nisbətdə mövcuddur. Bu da suyu bütün canlıların fizioloji olaraq istifadə etməsi deməkdir. Buna su içində yaşayan canlılar da daxildir. Bu sualın cavabı "bəli"dir. Balıqlar su içərlər.
İnsanın bakteriya və göbələk kimi mikroblarla qarşılaşmadığı yeganə yerin ana rəhmi olduğunu bilirdinizmi? İnsan, dünyaya addımını atar atmaz, milyardlarla mikrobla qarşılaşır. Bəs körpə bu mikroblara qarşı necə bir qorunma mexanizmi ilə təchiz edilmışdır ki, acizliyinə baxmayaraq həyatını davam edtirə bilir? Körpəni qorumaq vəzifəsi ana və ataya verilsəydi, onlar necə bir qoruma mexanizmi qurardılar? Həyatı üçün təhlükə təşkil edən düşmənlərdən mühafizə sistemi ilə yanaşı yeni doğulan körpənin qidasının da, onun inkişafına uyğun tərkibdə olması şərtdir.
Yeni insan hər cür xarici təsirlərdən uzaq olacaq, özü öz ayaqları üzərində dayanacaq.
Bəşəriyyət tarixinin 18-ci əsri özündən, öz mənliyindən və öz mədəniyyətindən uzaqlaşanların, 19-cu əsr müxtəlif ideologiyaların arxasınca düşüb fərqli xəyallar quranların, keçmişinə xor baxanların, 20-ci əsr tamamilə əcnəbiləşənlərin, öz mənəvi sərvətlərini inkar edənlərin, bütün ümidlərini xaricə bağlayanların, rəhbərlərini və qurtarıcılarını başqa ölkələrdə axtaranların çağı olub. 21-ci əsr isə ötən çağların əksinə olaraq öz mənliyinə, kökünə, mənəvi zənginliyinə, mədəniyyətinə bağlı olanların və Haqqa inananların, güvənənlərin dövrü olacaq. Bu baxımdan yeni dövrü intibah əsri adlandıra bilərik.
Bəli, öz nəfsini mühakimə etməyənlərin, əcnəbi fantaziyalar quranların, yabançı ideologiyaların əsiri olanların arasında düşünən, mühakimə edən, ağıl qədər təcrübəyə, təcrübə qədər ağıla, hər ikisi qədər də ilhama və vicdana inanan, güvənən yeni insanlar dünyaya gələcək. Bu insanlar mükəmməli axtaracaq, həm dünya, həm də axirət üçün müvazinəli şəkildə çalışacaq, məntiqi və qəlbi eyni teldən çalacaq.