Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: MÖCÜZƏLƏR ::

Ana Səhifə

Dünya Möcüzələri

 
 
 
 
 
 
 
 

 

Dünyanın Möcüzəli Yerləri

NƏHƏNG PİRAMİDALAR

Zaman: e.ə. 2551-100  Məkan: Misir

Piramida nərdivan pillələri kimi sıra ilə inşa edilmişdi. Bu şəkildə tamamladıqdan sonra taşları yerlərinə qısa taxta kötüklərindən düzəldilmiş makinalarla qaldırdılar. – Herodot / e.ə. təqribən 430.

 

Herodotun yaşadığı illərdən bəri Misirlilərin piramidaları necə inşa etdikləri və daşları necə qaldırdıqları haqqında bir çox müzakirə aparılmışdır. Heyif ki, Misirlilərdən dövrümüzə bu mövzuları izah edən çox sənəd olmadığına görə meydana atılan bütün fərziyyələr ancaq təcrübi arxeologiya ilə sınanaraq inanmağa çalışılmışdır.

Daşların xam olaraq daş ocaqlarından çıxarılması, yonulması və yonulmuş bu daş blokların və dik daşların nəqli mövzularında bir çox cavabı olmayan suallar olsa da, bəlkə də ən böyük sirr, piramidaların və dik daşların həqiqətdə hansı texnika ilə tikilməsidir.

 

 

Piramidaları necə o qədər düzgün inşa edə bildilər?

Misirdə müasir arxeologiyanın mübahisəsiz banisi sayılan Flinders Petri 1880-82-ci illərdə hamısı 13-cü yüzilliyin ortalarında yaşamış 4-cü xanədan hökmdarlarından Xeops, Kerfen və Mikerinosun piramidalarının olduğu əl-Giza platformasında çox dəqiq bir araşdırmaya başlamışdı. Tapıntılar, ərazinin çoxlu xəndəklər qazıb bunları su ilə dolduraraq və sonra da ətrafdakı “daş adaları” istənilən səviyyəyə endirərək düzəldildıyini xatırladırdı.

Yüz ildən sonra Amerikalı Mark Lehner, əl-Giza piramidalarının ətrafındakı qaya təbəqəsində olan müxtəlif dəlik və xəndəklərin sxemini çəkdi və bu həssas işlərin ərazinin hər yerində deyil, piramidanın ən alt daşlarının yerləşdiriləcəyi yerin kənarında dar yollarda düzəldildiyi fərziyyəsini irəli sürdü.

Giza piramidalarının hər birinin ortasında massiv bir qaya kütləsi var. Bunları piramidaların içində bir neçə yerdə görmək olar. Bu təbii qayacıqlar, inşaatçıların tam bir dördbucaq əldə etmək üçün küncləri ölçməklərinə mane olmuş ola bilər.

Dövrümüzə gəlib çatan alətlərdən anladığımıza görə Misirli memarlar və inşaatçılar xüsusilə iki alətdən istifadə edirdilər. Düz cigiləri və dik bucaqları düzəltmək və tikintilərin künc və kənarlarını astronomik nizama görə yerləşdirmək üçün merkhet və bay.

İngilis alim E.S. Eduards, doğru şimalın, hər halda qərbdə və şərqdə müəyyən bir ulduzun doğması və batması nöqtəsini ölçüb sonra bu iki nöqtə arasındakı bucağı iki bərabər hissəyə bölərək tapıldığını iddia etmişdir.

Daha yaxın zamanlarda Keyt Spenser, Böyük Piramidanın memarlarının, şimal qütbü ətrafında fırlanan iki ulduzun (Böyük Ayı ilə Kiçik Ayı) Xeops piramidasının inşa edildiyi zənn edilən e.ə. 2467-ci ildə bir xətdə olduqlarını görə biləcəklərini irəli sürən qəbul edilə bilən bir fərziyyə ilə çıxış etmişdir. Daha əvvəlki və sonrakı piramidaların istiqamətlərindəki xətaların, bu xəttin doğru şimaldan kənara çıxma dərəcəsi ilə əlaqəli olması da bu fərziyyəni dəstəkləməkdədir.

 

Piramidalar Necə İnşa Edildi?

Saxaradakı və Gizadakı günümüzə qalan dəlillər (xüsusilə də tamamlanmamış piramidalardan) daş blokları piramidalar üzərindəki axır yerinə qoymaq üçün ən az beş fərqli yoxuş sisteminin istifadə edildiyini göstərməkdədir. Ən asan və ən aşkar metod birbaşa yoxuş sistemidir. Ancaq ümumiyyətlə bu yoxuşlar üçün lazım olan genişlik, bunların seyrək istifadə edilmiş olduğu mənasına gəlir.

Piramidanın bir tərəfində dar pilləkənlərdən ibarət olan nərdivan yoxuşu isə digərlərindən daha dik bucaq olmalıdır. Bu tipin izləri Sinki, Meidum, Giza, Əbu Qurob və Liştdə tapılmışdır. Piramidanın bir tərəfində dolambaclı bir pilləkən piramidaların inşasında ən yaxşı yol olsa da, Saxara, Sinki və Meidum pilləkənli piramidalarında bunun istifadə edildiyinə dair bir iz tapılmamışdır.

Yoxuş növləri ilə yanaşı digər mübahisəli məsələ daş blokları üçün istifadə edilən qaldırıcılardır. Misirlilər kran və palanqadan istifadə etmədikləri üçün, blokları yerinə yerləşdirməkdə taxta və mis qaldırıcılardan istifadə edildiyi qəbul edilməkdədir.

 

Dik Daşların Sirri Nə İdi?

Qədim Misir mədəniyyətinin ən görkəmli ikonlarından biri iynəni xatırladan və nazikləşərək yüksələn, təpəsində kiçik bir piramida nümunəsi olan (buna piramidion ya da benben daşı da deyilir) dik daşdır. İlk dik daşların Qədim Krallıq zamanında (2575-2134) Heliopolisdə günəş tanrısı məbədinə yerləşdirildiyi məlumdur. Yeni Krallıq dövründə (1550-1070) böyük monolitik nümunələr, ümumiyyətlə Karnak və Luksorda olduğu kimi məbədlərin qarşısına iki-iki tikilirdi.

Yeni Krallıq dövründən qaldığı sayılan tamamlanmamış bir qranit dik daş, Assuanın şimal daş ocaqlarında hələ yatmaqdadır. 41,75 m hündürlüyü və təxminən 1150 ton ağırlığı ilə bu dik daş, çox gec mərhələdə təhlükəli geoloji qüsuru olmadan çıxarıla bilsəydi, dünyanın bir daş ocağından çıxarılan ən böyük daş olacaqdı.

Assuan dik daşını ilk dəfə tədqiq edən İngilis alim Reqinald Enqelbaxın apardığı təcrübələr, bir insanın kəsici bir alət istifadə edərək xam dik daşın üstündən yarım metr enindən və beş millimetr qalınlığında bir hissə yonmaq üçün bir saat çalışmalı olacağını göstərdi.

Alim və mühəndislərin Misirlilərin bu texnoloji müvəffəqiyyəti haqqında görüşləri müxtəlifdir.

Sonrakı dövrlərdə dik daşların düzəldilməsi üçün müxtəlif təcrübələr uğursuz alınsa da, Enqelbax qum çuxuru təcrübəsi ilə Boston yaxınlığında belə bir daşın tikilməsinə müvəffəq olmuşdur.

Dik daşların nəqli və tikilməsi, dövrümüzdə elm və texnologiyanın bu qədər inkişafı zamanında belə böyük çətinlikləri meydana gətirmişdir. Dövrümüzün ən məşhur dik daşı 1884-cü ildə Vaşinqtonda inşa edilən Corc Vaşinqton abidəsidir. 169 metr olan bu dik daşın başına liftlə çıxılır və oradakı seyr yerindən ətrafa baxmaq mümkün olur.

 

 Çap Versiyası

 

 

     

© 2005-2006 Bütün Haqları Qorunur - Akademiya.Net