|
Dünyanın Möcüzəli Yerləri
ÖNSÖZ
Bir qrup mütəxəssislər
dünya möcüzələrinin çox yüksək səviyyəli bilik və texnologiyanın
köməyi ilə yer üzündən yox olmuş sivilizasiyalar tərəfindən inşa
edildiyini bildirirlər.
Digər bir qrup alimlər
isə yer kürəsinə həyatın göylərdən yerə təşrif etmiş qədim
astronavtlar yüksək səviyyəli sivilizasiya tərəfindən
gətirildiyini təxmin edirlər.
Alimlərin çoxu isə bu
fikirləri bütövlükdə qəbul etmir və dinlərə əsaslanaraq müəmmalı
tikililəri araşdırmağa çalışırlar.
Bu bölmədə biz sizə yer
kürəsində dünyanın möcüzəsi kimi məlum olan yerlər haqqında
məlumatlar dərc etməklə bunları elmi aspektlərdən izah etməyə
çalışacayıq. Bu yerlər aşağıdakılardır:
-
Nazka
Xətləri
-
Nəhəng
Piramida
- Sfinks
-
Stounhenc
-
Baalbek
-
Tiahuanako
-
Teotihuakan
-
Ollantaytambo
-
Saksayhuaman
-
Atlantida
-
Kaylasa Məbədi
-
Qırmızı Piramida
- Maçu
Pikçu
- Pasxa
Adası
- Çiçen
İtza
- Fatimə
-
Bermud Üçbucağı
Bu yerlər ayrı-ayrılıqda
ələ alınıb gələcəkdə izah ediləcək. Ancaq bu möcüzələrin ən yaxşı
açıqlaması Müqəddəs Kitabımız Qurani Kərimdə gözəl açıqlanmışdır:
"Məgər
onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətinin necə
olduğu görmürlərmi? Onlar bunlardan daha qüvvətli idilər. Onlar
torpağı qazıb altına üstünə çevirmiş və yer üzünü bunlardan daha
çox abad etmişdilər. Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr
gətirmişdilər. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə
zülm edirdilər. (Rum, 9) "
"Məgər
onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə
olduğunu görmürlərmi? Onlardan bunlardan daha qüvvətli, yer üzündə
daha çox iz qoyub getmiş kəslər idi. Allah onları günahlarından
dolayı yox etdi. Onları Allahdan qoruyan bir kimsə tapılmadı.
(Mumin, 21) "
|