Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: QƏRİBƏ İCADLAR::

Ana Səhifə

Qəribə İcadlar

 

 
 
 
 
 
 

 

QƏRİBƏ İCADLAR

BUMERANQIN GERİ QAYITMASI

Bildiyimizin əksinə bütün bumeranqlar geri qayıtmırlar. Atanda geri qayıda bilən bumeranqlar yalnız Avstraliya sakinləri Aboregenlər tərəfindən idman kimi və quşları ovlamaq üçün istifadə olunur. Aboregenlərin qədimdən bəri bumeranqlardan istifadə etdikləri məlumdur.

Bumeranqın İngilis dilindəki adı olan “boomerang” da Aboregenlərin dilindən alınmışdır. Əslində bu gün Avstraliyada istifadə olunan və bu qitəyə məxsus olan adların çoxunun kökü Aboregenlərə gedib çatır. Məsələn, Avstraliyanı ilk kəşf edənlər kenquruları gördükdə çox təəccübləniblər və onlar da “kanquru” cavabını vermişlər. Bundan sonra bu qəribə heyvanın adı kenquru qalmışdır. Halbuki kanquru Aboregen dilində “bilmirəm” deməkdir.

Bumeranq şəklində olub geri qayıtmayan xüsusiyyəti olanlarının oxşarı Aboregenlər kimi Misirdə, cənubi Hindistanda, İndoneziyada (Borneo) və Amerikada sakinlər tərəfindən tarixin ilk çağlarından etibarən istifadə edildiyi bilinir. Bu formadakı bumeranqlar daha uzun və ağırdırlar. Ov heyvanlarını öldürmək üçün istifadə olunurdu. Döyüşlərdə çox ağır yaralanmağa və ölümə səbəb ola bilərlər. Hətta bəzilərinin ucu təsirini çoxaltmaq üçün qarmaq kimi düzəldilir.

Aboregenlərin düzəltdiyi geri qayıda bilən bumeranqlar isə yüngül və nazik olub uzunluğu 50-75 santimetr, ağırlığı isə təqribən 350 qramdır. Bumeranqın iki qolunun ucu düzəldəndə və düzəltdikdən sonra kül ilə qızdırılıb bir-birinin əksi istiqamətə qıvrılır.

Bumeranq yerə paralel və bir az aşağı doğru atılarsa, bir az sonra yüksəlməyə başlayaraq 15 metr yüksəkliyə qədər çıxa bilər.

Əgər bir ucu yerə vurulacaq şəkildə atılarsa, yerə dəyən güllə kimi müdhiş sürətlə qayıdaraq yuxarı qalxır, 45 metrlik bir dairə və ya ellips cızaraq bumeranqı atanın yanına düşür.

Bumeranqın necə geri qayıtması dövrümüzün alimləri tərəfindən tamamilə başa düşülməyib. Qayıdışın aerodinamik qaldırma gücü ilə üç mehvərdə etdiyi fırlanma ilə meydana gəldiyi zənn edilir. Geri qayıda bilən bumeranqların, digər uçuş formalarını müşahidə etməklə və ya tamamilə təsadüf (təvafüq) nəticəsində yarandığını düşünürlər.

Aboregenlərin bumeranqla quş ovlaması çox qəribədir. Bumeranqı quş dəstəsinin uçuş yüksəkliyinə atırlar. Bumeranqın yerdəki kölgəsini görən quşlar arxalarında yırtıcı bir quş olduğunu zənn edirlər. Qaçmaq üçün aşağı enirlər və nitəcədə ağaclar arasında qurulmuş torlara ilişib qalırlar.

Bumeranq atmaq, tarixdə qeyd edilmiş ən qədim idman növlərindən biridir. Dövrümüzdə başda ABŞ olmaqla bəzi ölkələrdə hədəfə yaxınlıq, məsafə, sürət kateqoriyalarında idman kimi hələ də məşğul olanlar var.

 

Qaynaq: Maxi Bilgi Jurnalı

 

 

 

     

© 2005 Bütün Haqları Qorunur - Akademiya.Net