Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: SİZDƏN GƏLƏNLƏR ::

Ana Səhifə

Sizdən Gələnlər

 
 
 
 
 
 

 

SİZDƏN GƏLƏNLƏR

CÜZİ ŞEYLƏR VƏ CƏSARƏT

Müəllif: Meqoloman - samir.kerimov@gmail.com

Cəsarət insanda risk alabilmə qabiliyyətini artırır. Risk, seçə bilmə cəsarətinin üzə çıxdığı vəziyyətdir. Seçərək o seçmiş olmanın gətirdiyi bütün müsbət və mənfilərin arxasında olmaqdır.
Risk qərarsızlığın düşmənidir. Nəticəsi daima müsbət olur. Çünki ən pis qərar belə qərarsızlıqdan daha yaxşıdır. Qərarsızlıq fəza boşluğuna bənzəyir. Hər hansı bir tərəfdən gələn kiçik bir təsir, insanın bütün sistemini yönləndirə bilər. Buna görə də qərarsız qalmaq yerinə pis də olsa qərar almaq qazancdır.


Qərarsızlığımızı azaltmaq üçün aldığımız risk bizə təcrübə və təcrübədən doğan güc qazandırır. Qərarsızlığımız azaldıqca cəsarətimiz artır. Cəsarəti artıran bir digər amil isə davamlılıqdır. İşin,
davranışın, təhsilin davamlılığıdır. Bəlkə də insanda həyata keçirilməli ən çətin olan iş davamlılıqdır. Çünki insan verdiyi qərarı, o andakı vəziyyət, ətrafın təsiri və s. görə verir. İnsan
psixologiyası və cəmiyyət çox dəyişkən olduğu üçün insan bir gün məntiqli olaraq verdiyi qərarı sabah məntiqsiz olaraq görə bilər. Məntiqsiz bir işi davam etdirmək insana sıxıcı gəlir. Davam etmədiyi zaman dönüb keçmişə baxdığımız zaman verdiyimiz qərar və nəticə arasındakı tutarsızlıqlar bizdə cəsarətin azalmasına səbəb olur. Bunların olmaması üçün mənim fikrimə görə iki məsələyə əhəmiyyət vermək lazımdır.

 

1- Qərar verərkən necə qərar veririk.

Qərar şüur tərəfindən şüuraltına göndərilən əmrdir. Bu əmrin forması necədir?


2- Davamlılığı necə bərpa etmək olar.


Bu yazımda 1-ci məsələyə mümkün mərtəbə toxunacam.

1. Qərar vermə: İlk əvvəl insan olaraq dəyişkən xarakterli olduğumuzu, bu gün məntiqli gördüyümüz düşüncəni sabah məntiqsiz görə biləcəyimizin çox normal olduğu tam olaraq qəbul etsək daha tutarlı olarıq. Bundan başqa qərar verərkən elastik düşünmək, yəni ana xətti saxlamaqla digər yan ünsürləri mümkün mərtəbə dəyişikliyə uyğun olaraq vermək əhəmiyyətlidir.
Misal üzərində göstərsək:

"Bu işi bu axşama qədər bitirməliyəm", bu bir qərardır. Səhər qalxdınız, bu qərarı verdiniz və gün keçdi, tərslikdən iş bitmədi. Şüuraltı belə bir vəziyyət yaradacaq, "lazım olan bir iş olmadı, nəticə mənfidir." Şüuraltının hər mənfi reaksiyası cəsarətimizdən bir parça qoparır.
Digər bir məsələ, bu cümləni öz-özümüzə dediyimiz anda içimizdə həvəsmi yaranır, yoxsa məcburiyyətmi? Bir işin müsbət nəticələnməsində həvəsmi daha effektivdir yoxsa məcburiyyətmi? Müsbət nəticələnmə dedikdə, işin zövqlə başlayıb zövqlə bitməsini nəzərdə tuturam. Qamçı ilə iş bitər, ancaq zövq ala bilmərik. Zövq almamaq da işin müsbət nəticələnmədiyini göstərir.
Bu cümləyə alternativ olaraq mən "Bu işi bu axşama qədər bitirsəm çox yaxşı olacaq" cümləsi şüurlu olaraq öz-özumuzə deyilsə əminəm ki, daha müsbət nəticə əldə ediləcəkdir.
Son olaraq şüuraltına göndərdiyimiz bütün əmrlərin müsbət cümlələr olması bizim müvəffəqiyyətimiz baxımından çox böyük əhəmiyyət kəsb edir.


2. Davamlılıq: Davamlı olmaq hər sahədə işin və ya davranışın möhkəmlənməsinə səbəb olur. Davamlılığın nəticəsi vərdişdir. Davamlılıq sözundən də göründüyü kimi bütünlük davamlılığın əsasıdır. İşlərimizdə bütünlüyü necə əmələ gətirəcəyik?  Fərz edək ki, bir işə qərar verdiniz. İş, "Hər gün kitab oxumaq" olsun. Bunu hər gün etmək çox da asan deyil. Alışana qədər təbii ki, hər gün kitab oxuyacaq həvəsə sahib olmuruq. İşlərin çoxluğundan (mən bunu bəhanə olaraq qəbul etsəm də), maraqlı gəlməməsi və s. kimi səbəblərlə oxumaq asan olmur. Amma belə bir riyakarlıq etsək sizcə necə olar? Ən həvəssiz olduğumuz anda və günlərdə belə kitabı əlimizə alıb, çox mübaliğəli deyirem, bir cümlə oxusaq və kitabı əlinizdən qoysanız nə olar? Mən deyim, siz davamlılığı təmin etməklə bəlkə də o anda xoşunuza gəlməyən bir iş elədiniz. Lakin uzun məsafəli baxdığımız zaman çox böyük bir iş görmüş oldunuz.

Bir gün sonra həvəslə kitab oxuduqda dönüb geriyə nəzər saldığınız zaman boşluq görməyəcəksiniz. Zəifləmiş bir anınızı görəcəksiniz. Amma əhəmiyyetli olan boşluq görməyəcəksiniz.Büdrəmisiniz, amma yıxılmamısınız. Bunu aranızda tətbiq edənlər varsa, hər hansı bir işdə nə dərəcədə həzz verici bir duyğu olduğunu çox yaxşı bilirlər. Buna görə də hər davranışımızı həvəssiz olduğumuz anda belə çox cüzi zaman ayıraraq bütünlüyü təmin etmək, gələcək üçün əvəzedilməz tutarlılıqlara çevriləcəkdir.

 

 

     

© 2005-2006 Bütün Haqları Qorunur - Akademiya.Net