Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: GÖZƏL ƏXLAQ ::

Ana Səhifə

Mənəviyyat

 
 
 
 
 
 
 
 

 

GÖZƏL ƏXLAQ

SƏMİMİYYƏT

Səmimiyyət – cəmiyyət içərisində yaşayan insan oğlunun tərk edə bilməyəcəyi əxlaqi keyfiyyətdir. Cəmiyyətin fərdlərini təşkil edən insanların həqiqi cəmiyyət və camaat halında birləşmələrinin əsas təməli səmimiyyətdir.

Səmimiyyət - insanların davranış, əxlaq və düşüncədə bir olmalarının işarəsidir. Eyni hərəkət və ya eyni bir əməl işləmək deyil, eyni düşüncəyə və eyni hədəfə doğru istiqamət alma səmimiyyətlə həyata keçir.

Təbii ki, səmimiyyət cəmiyyətin kiçik forması olan ailədə təşəkkül tapır. Ailədə şəkillənən səmimiyyət cəmiyyətdə böyüyür, inkişaf edir. Ailə fərdləri arasındakı səmimi bağın möhkəmliyi həmin fərdlərin cəmiyyət içindəki davranışlarına çox güclü təsir edir.

Əxlaqımızın ilk sıralarında yer alan səmimiyyətin formalaşmasında aşağıdakı keyfiyyətlər böyük rol oynayır:

1. I növ keyfiyyət: Hər əməldə məqsəd İlahi razılığın qazanılması olmalıdır.

İnsan oğlu  işlədiyi, gördüyü hər əməldə Cənab-i Haqqın razılığını düşünməli və onu qazanmaq yolunda çalışmalıdır.

2. II növ keyfiyyət: Hər məslək və ixtisasda tərəqqi edən qardaşlarımızı tənqid etməməli, onları hər hansı bir rəqabətə təhrik etməməlidir. Necə ki, insanın bir gözü o biri gözünə, bir əli o biri əlinə və yaxud dili qulağına, ağzı burnuna etiraz etməz, və bir birlərini tənqid etməzlər. Bəlkədə bir birilərinə yardım edər, hətta insanın bir orqanı sıradan çıxarsa, digər orqanların gücü dahada artıb, bədənin inkişafına və müvazinətinin itməməsinə köməklik edərlər. Bir vücud misalı, cəmiyyəti təşkil edən fərdlərdə hərə öz məsləyi və ixtisasında çalışmalı və bir-birilərinə kömək etməlidir. Atalar sözündə deyildiyi kimi: “Tək əldən səs çıxmaz” kəlamını özümüzə deviz edib, hamılıqla səmimi cəmiyyət qurulamlıdır.

3.  III növ keyfiyyət: Bütün qüvvəmizi , gücümüzü ixlas və haqda bilməliyik.

Hər bir fərd məsləyində və peşəsində haqqı və həqiqəti bayraq edərək çalışmalı, ixlaspa nəticəyə doğru irəliləməlidir. Çünki ixlas və haqla cəmiyyətdə səmimiyyətin təməlləri atılacaq və həmin cəmiyyət bir gül bağçası kimi ətrafa qoxu saçacaqdır.

Mənəviyyatımızda ixlasla görülən işin, ixlassız görülən əməldən qat-qat üstün olduğu bidirilir. Həzrəti Peyğəmbər (s.ə.s) buyurur ki, “Bərəkət camaatın üstündədir.” Demək ki, fərdlərin camaat halında ixlasla birləşməsi onların əməllərini dahada bərəkətləndirir.

4. IV növ keyfiyyət: Qardaşlarımızın gözəl xüsusiyyət və fəzilətlərini özümüzdə görüb, onların şərəfləri ilə  iftixar etməliyik.

Bu keyfiyyət fərdlərin daha qaynaşıb, birləşmələrinə ən çox kömək olan keyfiyyətdir. Çünki məndə olmayıb, dostumda olan hər hansı xüsusiyyət özündə görüb onunla iftixar edə bilməyim, həmin dosta  paxıllıq deyil, səmimiyyət və dostluğu dahada qüvvətləndirər. 

Mənəviyyatda məsləyimiz xəliliyyə (dostluq), məşrəbimiz xillət (dostluq)dir. Yəni həm məsləyimizi, həmdə gedəcəyimiz yol dostluq səmimiyyət yoludur. Əgər bu yolu tutmuş və bu yolda hərəkət etmək istəyiriksə, bütün insanları dost, qardaş bilməliyik. Əlbəttə ki, burada hər hansı bir mənfəət və qazanc güdülməməli və istənməməlidir.  

Yuxarıda zikr etdiyimiz keyfiyyətlər cəmiyyətin inkişafının danılmaz təməlləridir. Bu təməllər üzərində iyirmi üç il kimi qısa bir zamanda cahil, çöldə bədəvi həyat sürən ərəb cəmiyyəti Həzrəti Məhəmməd Peyğəmbərin  (s.ə.s) zəka və əxlaqı ilə bütün dünyaya nümunə cəmiyyət olmuşdur.

Bu keyfiyyətlərin yanında onları daim dəstəkləyən onlara güvvə böyük alimlər tərəfindən qəbul edilən əsəaslarda vardır:

· Vəfa – dost mühitində yetişən güldür. Heç düşmənçilik, kin-küdurət olan yerdə vəfadan bəhs etmək mümkündürmü? Vəfa duyğuda, düşüncədə, təsəvvürdə eyni hisləri keçirənlərin arasında meydana gəlir. Vəfa insanın öz vicdanı, könlü ilə bütünləşməsinin bir başqa adıdır. Danışarkən döğru danışmaq, verdiyi sözdə durmaq, ancaq vəfanın nəticələridir. Vəfa insanların bir-birilərinə birləşməsini təmin edir. Bu duyğu ilə insan həm Haqq mərtəbəsində, həmdə xalq mərtəbəsində sevilər. Bu duyğu ilə insan xəlq olundu, xalq arasında yaşadıHaqq qapısını ancaq vəfa ilə aça bilər.

· Alicənablıq – qüsurları bağışlamaq, fərqli-fərqli fikirlərə hörmət etmək, əvf ediləcək hər şeyi əvf etməkdir. Əxlaqi dəyərlərə hörmət edərək, hər bir davranışı yumuşaqlıq ilə qarşılamaq, hətta ən ağır düşüncələrə belə peyğəmbəranə təmkinlə cavab vermək alicənablığın nümunəsidir. Bəzən mərhəmət, bəzən xoşgörü dediyimiz bütün əxlaqi dəyərlər toplusuna alicənablıq deyilir.

Həzrəti Məhəmməd Peyğəmbər (s.ə.s) buyurur ki, “Müsəlman dilindən və əlindən insanların əmin olduğu insandır.” Demək ki, dilindən və əlindən cəmiyyətin əminlikdə olduğu müsəlman alicənab insandır.

Bu xüsusiyyətlə bir ovuc suyu itə içirən əxlaqsız qadın “Ğufran” (bağışlama) qapısından keçib Cənnətə daxil olmuşdur. Bu duyğu ilə Həzrəti Peyğəmbər (s.ə.s) insanların qəlblərindən içəri girmiş və orada taxt qurmuşdur. Ən ülvi alicənablığın nümunəsini Quran ifadəsi ilə Allah Təala bildirmişdir: “ Mənim rəhmətim qəzəbimi keçdi.” Bu rəhmətlə insanlar cəhənnəmin qaranlıqlarından çıxıb, cənnətin nuruna qovuşacaqlar. 

 

 

 

     

© 2005-2006 Bütün Haqları Qorunur - Akademiya.Net