Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif: vilkinson
Mövzu: Tunis
Müəllif: vilkinson
Mövzu: Tailand
Müəllif: vilkinson
Mövzu: Coğrafiya tarixi - 2
Müəllif: vilkinson
Mövzu: Ürək möcüzəsi
Müəllif:
Mövzu: Vətən
Müəllif: NEZ
Mövzu: TƏRAVİH NAMAZI
Müəllif: NEZ
Mövzu: Fotonlar
Müəllif: Aysel
Mövzu: Dəniz cərəyanları
Müəllif: xalid.nagiyev
Mövzu: Marsın Sirləri
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 0
Online yoxdur .

Qonaqlar: 6
Ümumi: 6

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Hər ləkəni yuyan iksir

 

 

 

 

 

 

alt

Əgər insan ürəyində peşmanlıq hissi duymadısa, haqqını tapdaladığı insandan üzr istəyib, halallıq almadısa, o, şeytanın yolundadır

Əgər bir nəfər “mənim heç bir günahım yoxdur” deyirsə, əmin olun ki, səmimi deyil. Allah qatında günahsız olanlar ancaq peyğəmbərlərdir.
İnsan fitrət etibarilə günaha açıq bir varlıqdır, yəni günah işləyə bilər. İnsanın insanlığı da elə günah işlədikdən sonra üzə çıxır. Adam var, günahını başa düşən kimi tövbə, istiğfar edir, rahatlığını itirir, gecə-gündüz dua edərək, Allahdan onu bağışlamasını diləyir. Adam da var ki, ağına-bozuna baxmır, nə edir-etsin, özünü haqlı sayır. Əgər insan günahını etiraf eləmədisə, ürəyində peşmanlıq hissi duymadısa, haqqını tapdaladığı insandan üzr istəyib, halallıq almadısa, Allaha yalvarıb əfv diləmədisə, demək, o, şeytanın yolundadır. Çünki şeytan Allahın əmrindən çıxaraq insana səcdə eləmədi, öz inadında israr etdi, nəticədə Allahın qəzəbinə uğrayıb cənnətdən qovuldu.
Həzrəti-Adəm isə xətasını anlayan kimi tövbə edib Allahdan əfv dilədi və uzun bir ömrü Allah-Təalanın əmrlərinə uyğun yaşayaraq tərk edib gəldiyi cənnətə dönə bildi.
Tövbə - insanın xətasını anlaması, peşmançılıq hissi duymasıdır.
İstiğfar isə - Allaha yalvararaq günahlarının bağışlanmasını diləməkdir. Bu söz Qafur sözü ilə eyni kökdən gəlib. Qafur Allah-Təalanın gözəl adlarından (Əsma-Ül-Hüsna) biridir və “günahları çox-çox bağışlayan” deməkdir.
Peyğəmbərimiz (s.ə.s.) bir hədisi-şəriflərində buyururlar ki, insan bir günah işləyib ardınca da tövbə etməzsə, qəlb aynasına bir qara nöqtə düşür. Tövbə-istiğfar insanın qəlb aynasına düşən o qara ləkələri yuyub təmizləyən ən gözəl iksirdir. Əgər insan günahlarına görə tövbə eləmirsə, onun qəlb aynası bu qara nöqtələrdən görünməz və göstərməz hala gəlir. Bir alim deyir ki, Allah-Təalanın 65 gözəl adının insanda təcəllisi var. Allah-Təalanın o gözəl adları insanın könül aynasında əks edilərək, başqalarına görünür. Bir halda ki, insanın könül aynası günahlardan törəyən qara nöqtələrdən görünməz hala gəlib, demək, onda Allah-Təalanın o gözəl adlarının heç bir təcəllisini axtarmaq doğru olmaz.
Biz müsəlmanlara əmr olunub ki, əgər bir günah işlədiksə, tövbə edək və ardınca da xoş bir əməl işləyək ki, o günahın ləkələrini yuyub aparsın.
Heç birimiz xətadan, günahdan sığortalanmamışıq. Təsəvvür edin ki, Uca Peyğəmbərimiz Həzrəti Məhəmməd gün ərzində 70 dəfə tövbə-istiğfar etdiyini söyləyir. Onu da xatırladaq ki, Peyğəmbərimizin dövründə və eləcə də ondan əvvəllər ərəblərdə 70 rəqəmi sonsuzluq mənasında işlədilib. Yəni elə anlaşılmasın ki, Peyğəmbərimiz hər gün sayaraq 70 dəfə tövbə edib, xeyr! Təsəvvür edin ki, o, insanların ən üstünü, ən şərəflisidir, Peyğəmbərlərin əşrəfi, seyididir, amma tövbə etdiyini söyləyir. Əslində onun heç günahı da yoxdur. Amma bu təvazökarlığı ilə o, bizə yol göstərib, xətadan, bəladan, cəhənnəm əzabından qurtarmağın reseptini verib.
İnsana təşəkkür etməyən, Allaha şükür etməz, insandan üzr istəməyən Allahdan istiğfar diləməz. Allah-Təala görün nə qədər gözəl, nə qədər adildir ki, bizi bir-birimizin haqqını tapdamamağa çağırır və buyurur ki, yanıma qul haqqı ilə, yəni bir-birinizin haqqını tapdayaraq gəlməyin. Əslində bu İlahi tərbiyənin çox mühüm əsaslarından biridir: insanı təkəbbürdən uzaqlaşdırır, mənəm-mənəmlikdən qurtarır, sadəliyi, təvazökarlığı təbliğ edir. Tövbə şüuru özü başlı-başına çox mühüm tərbiyə məktəbidir. Nə zamansa xətrinə dəydiyin, ayağını tapdaladığın birisinin qapısına gedirsən və halallıq istəyirsən. Əlbəttə, bu cür insanların formalaşdırdığı cəmiyyət gözəl olar.
Tövbə edən insan bir daha o günaha dönməyəcəyinə dair Allah-Təalaya söz verməlidir. Peyğəmbərimiz hədisi-şəriflərində buyururlar ki, səmimi şəkildə günahlarından tövbə edən insan yeni doğulmuş uşaq kimi tərtəmiz olur.
Nə qədər günahımız, xətamız olur-olsun, ümidimizi kəsməyək. Tövbə qapısı bizim üçün misilsiz imkan və Allah-Təalanın mərhəmətidir.
Mövlana bu haqda belə yazır:
Gəl, hər kimsən, gəl,
Dinsiz, məcusi, zındıq.
Min yol tövbə edib pozmusansa,
Yenə gəl.
Bizim dərgahımız ümidsizlər dərgahı deyil.

 



  • Mübarək üç aylar
  • RAMAZANI NECƏ BAŞA DÜŞƏK
  • Həyatın əsl mənası
  • Allah-Təalaya yaxınlaşma fürsəti
  • Ramazanda hədəfimiz
  • Siqaret bəlasından qurtulmaq üçün gözəl ...
  • Vətən
  • Nur içndə nur
  • Ölmək dirilməkdir
  • İnsan hesab verəcəkmi?
  • Tənqid psixolgiyası
  • Marsın Sirləri
  • Rəsulullah (s.ə.s.) oruc haqqında
  • KİMLƏRİN BARMAQ İZİ YOXDUR
  • Mühəndislik perspektivindən qiyamət
  •  (Səslər #: 9)

     
    Baxılıb: 3119 Müəllif: Admin 9 Sentyabr 2009 Şərhlər (4)

     

    1 Müəllif: Zhukov (12 Sentyabr 2009 02:17)
     
    Как всегда на высоте!
     

     

    2 Müəllif: special (13 Sentyabr 2009 21:34)
     
    Cox sag olun yazan elleriniz var olsun
     

     

    3 Müəllif: orilfebyreoge (20 Sentyabr 2009 16:35)
     
    Спасибо, где-то неделю назад обсуждала, спорила и дискутировала с друзьями в жжешке!
     

     

    4 Müəllif: Иванов (11 Oktyabr 2009 12:58)
     
    Спасибо, очень полезная вещь
     

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Ayın isti olduğu, gecənin isə olmadı&# ...
    » Allah-Təalaya yaxınlaşma fürsəti
    » Həyatda çirkin bir şey varmı?
    » İki ada bir ölkə
    » Qarla gələn gözəllik
    » Qızıl alma-ərik
    » Aslanın üç tükü
    » RƏQƏMLƏRLƏ İNSAN HÜCEYRƏL ...
    » Azərbaycanda kredit sistemi
    » LCD texnologiya
     
    Təqvim
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters