Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif: vilkinson
Mövzu: Tunis
Müəllif: vilkinson
Mövzu: Tailand
Müəllif: vilkinson
Mövzu: Coğrafiya tarixi - 2
Müəllif: vilkinson
Mövzu: Ürək möcüzəsi
Müəllif:
Mövzu: Vətən
Müəllif: NEZ
Mövzu: TƏRAVİH NAMAZI
Müəllif: NEZ
Mövzu: Fotonlar
Müəllif: Aysel
Mövzu: Dəniz cərəyanları
Müəllif: xalid.nagiyev
Mövzu: Marsın Sirləri
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 1
Baidu Spider

Qonaqlar: 2
Ümumi: 3

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Mübarək üç aylar

 

 

 

 

 

 

alt     Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? (O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! (Saf surəsi, 61/10-11)

Bəli, bizim bu dünyaya gəlməmizin əsas məqsədi yuxarıdakı ayədə də buyurulduğu kimi, o gözəl ticarəti edib meyvələrini yığmaq üçün axirətə getməkdir.

Yəni biz əlimizdəki imkanları Allah yolunda istifadə etməliyik; Ona ibadət etməli, əmr və qadağalarını yerinə yetirməli və Ona həqiqi qul olma yollarını araşdırmalıyıq. Müsəlman üçün dünyada bundan daha böyük şərəf yoxdur. Digər tərəfdən, bu qısa ömrümüzü Allahın rizasını qazanmaq üçün sərf edib əbədi səadətə nail olma kimi uca bir məqsədlə üz-üzəyik. Lakin dünya bütün fitnə-fəsadı ilə yolumuzu kəsib bizi özünə məftun etdiyinə görə, nəfs və şeytan kimi iki böyük düşmənimiz olduğuna görə, çox aciz və zəif olduğumuza görə istiqamətimizi qoruya bilmir, günaha bulanır və qulluq yolunda daim zik-zakalara məruz qalırıq. Bəs nə etməliyik ki, ibadətlərimizin savabı artsın, saniyələrimiz-saatlarımız birə yüz, birə yeddi yüz və daha çox axirət hesabına səmərə versin və səhvlərimiz, günahlarımız bağışlansın!?

 

 

Yenilənmə dövrü

Bütün bunlar üçün Rəhməti Sonsuz Rəbbimiz önümüzə, dəyərləndirə bilsək, bu fani dünyayla əbədi həyatı əldə edə biləcəyimiz, günahlardan təmizlənib tərtəmiz könül iqliminə qovuşacağımız, hər anında damla-damla hüzur duyacağımız bərəkətli üç ayı vermişdir. Yenidən eşq və şövqlə ibadətə tutunacağımız, Allahımızı, Peyğəmbərimizi, Quranımızı, dinimizi yenidən tanıyacağımız, tanıyıb sevəcəyimiz, bir-birimizə yenidən saf duyğularla qucaq  açacağımız bərəkətli üç ay.. keçmiş günləri gözdən keçirib ümid dolu gələcəyə yelkən açacağımız, özümüzü nəzərdən keçirərək, dərk etmə yoluna girə biləcəyimiz üç ay.. yersiz ehtirasları, mənasız mübahisələri bir yana qoyub, tolerantlığın o hər kəsə qucaq açan iqliminə dala biləcəyimiz üç ay.

Üç ayları layiqincə dəyərləndirsək, ömür boyu əldə edə bilmədiyimiz savabı qazanma fürsətimiz olacaq. Üç aylara bu müqəddəsliyi bəxş edən, əvvəla Allah (c.c.) və Peyğəmbər Əfəndimizdir (s.ə.s). Bu aylara müqəddəsliyi verən dörd əhəmiyyətli və mübarək gecə də (Regaib, Mirac, Bəraət və Qədr gecələri) məhz bu üç ayın içindədir.

Üç ayın dəyərini ifadə edən amillərdən biri Əfəndimizin (s.ə.s.) bu mübarək dualarıdır: "Allahım! Rəcəbi və Şabanı haqqımızda xeyirli və mübarək et, bizi Ramazana çatdır" (Kəşfül Hafa, 554) 

Yenə Hz. Aişə Anamız (r.a.) belə buyurur: "Rəsulullahın Şaban ayında tutduğu oruc qədər başqa bir ay görmədim." (Müslim, Siyam, 175)

Ən gözəl nümunəmiz olan Aləmlərin Sultanı Əfəndimiz (s.ə.s.) üç aylar girəndə daha çox oruc tutar, nafilə namazlarını artırar, yoxsullara daha çox nəzarət edərdi. Və bunu Ramazan ayına kimi daha da çoxaldar, Ramazan ayında və xüsusilə sonlarına doğru gecələri ailə üzvlərini də oyadaraq qulluğunu zirvələrə yüksəldərdi.

 

Bu aylarda nə edək?

Bu əzəmətli ticarətdən məhrum qalmamaq üçün üç mübarək ayda nə edə biləcəyimizə bir nəzər yetirək:

1. Əvvəla qulluğumuzu nəzərdən keçirərək, əskik və səhvlərimizi düzəldə bilmək üçün yollar axtarmalıyıq. Yəni məhşər günü hesaba çəkilmədən öz-özümüzü hesaba çəkməliyik ki, axirətdəki hesabımız asan olsun.

2.Üç ayları günahlarımızın bağışlanması üçün fürsət bilməli və bol-bol tövbə və istiğfar etməliyik. Xüsusilə müsəlmanların ağrılı-acılı günlərini düşünərək dualarla Allaha yalvarmalı və Onun yardım və inayətini tələb etməliyik.

3.Xüsusilə namazlarımızı yenidən ələ almalı, mümkün mərtəbə camaat namazına davam etməli, hətta ibadətlərimizi uşaqlarımızla birgə böyük məscidlərdə etməyə səy göstərməliyik. Bundan savayı əgər qəza namazlarımız varsa, qılmalı, qəza namazımız olmasa da, çox nafilə namaz qılmağa səy  göstərməli və xüsusilə gecələri səmərəli keçirməliyik.

4. Bu aylar bizim üçün Quranı kəşf etdiyimiz, onunla yenidən görüşdüyümüz və onu anlamaq üçün cəhd göstərdiyimiz anlar olmalıdır. Bunun üçün də, imkan daxilində çox Quran oxumalı, dəfələrlə xətm edilməli və bununla yanaşı, Quranın mənasına da nüfuz edə bilmək üçün onun tərcümə və təfsirlərini oxumalıyıq.

5.Üç ayların ab-havası evimizə də qonaq gəlməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Yəni evimiz fərqli ab-havaya bürünməli və ailə üzvlərindən hər birinin bu karlı ticarəti ən səmərəli şəkildə istifadə etmə adına laqeydlik göstərməməliyik. Bol-bol Quran oxumalarla, qılınan namazlarla, oxunan vird və edilən dualarla evimizdə mənəvi hava əsməli, gözlərimizdə davamlı axirətin təsviri olmalı və beləliklə Ramazanı və xüsusiylə də min aydan xeyirli olan Qədr gecəsini mənəvi olaraq hazır qarşılamalıyıq.

6.Qohum, qonşu və dostlarımızla olan münasibətimizi daha da artırmalı və xüsusilə qəndil gecələrində təbrik mesajlarıyla və ya ziyarətlərlə onların könül və dualarını almalıyıq.

7.Çevrəmizdəki fəqir-füqəraya kömək etməli, imkan daxilində sədəqə verməli, təhsil ala bilməsi üçün kasıb şagirdlərin əlindən tutmalıyıq. Çünki bu aylarda sədəqə və zəkatlarımızın savabı qat-qat artaraq bizə geri qayıdacaq.

Üç aylarınız bərəkətli, feyizli və səmərəli olsun.


  • RAMAZANI NECƏ BAŞA DÜŞƏK
  • Ramazanda hədəfimiz
  • Allah-Təalaya yaxınlaşma fürsəti
  • Həyatın əsl mənası
  • Rəsulullah (s.ə.s.) oruc haqqında
  • TƏRAVİH NAMAZI
  • Hər ləkəni yuyan iksir
  • Siqaret bəlasından qurtulmaq üçün gözəl ...
  • Ürək möcüzəsi
  • İnsan hesab verəcəkmi?
  • Nur içndə nur
  • Ətraf mühitin təmizliyi
  • Vətən
  • Qənaət
  • Tənqid psixolgiyası
  •  (Səslər #: 3)

     
    Baxılıb: 3070 Müəllif: Admin 23 İyun 2009 Şərhlər (3)

     

    1 Müəllif: Muslimka (26 İyun 2009 11:44)
     
    Selamun Aleykum
    Allah(c.c) razi olsun sizden
     

     

    2 Müəllif: ferhad mahmudov (9 İyul 2009 12:07)
     
    GOZEL MESLEHETLERE GORE MINNETDARAM.

    HER SHEY GOZELDI, TEKCE BIR ABZASDAN BASHQA.

    PEYGEMBER VE ONUN AILESINE QARSHI CHIXANLARA (R.A) DEMEK

    MUMKUN DEYIL.
     

     

    3 Müəllif: Admin (10 İyul 2009 00:18)
     
    ferhad mahmudov,
    Hormetli oxuyucumuz. Biz o donemde yasayan insanlari bugunku olculere ve indiki dusunce terzine gore deyerlendirmeyimiz ve onlar haqqinda qerar vermeyimiz dogru olmaz. O dovurde yasayan butun muselmanlarin dinimizin bizlere gelib catmasi ucun cox zehmetleri olub. Sehfi olanlari Allah cezalandiracaq biz Ondan daha adil ola bilmerik. Bize dusen efendimizin tovsiyesine riayet edib "Sizden evvel yasayanlari yaxsi yonleriyle anin" bilirikse musbet yonlerini dile getireceyik yoxsa susacayiq. Cunki nifret bize hec bir sey qazandirmayacaq.
     

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Ən qiymətli şey
    » KİMLƏRİN BARMAQ İZİ YOXDUR
    » İşıq və şüalar
    » Dünyanın ən kiçik ölkəsi
    » Abdulla Şaiq
    » Fotonlar
    » Hazırcavablar
    » Ayın isti olduğu, gecənin isə olmadı&# ...
    » Aslanın üç tükü
    » Mübarək üç aylar
     
    Təqvim
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters