Gözəl günlərə qovuşmuşuq, çünki bu günlər Ramazan ovqatında, Ramazan ab-havasındayıq. Səhhəti imkan verənlər, bu müqəddəs günlərdə bir daha nəfslərini sınayır, orucluğa söykənib sağlamlıqlarını qoruyurlar. Bəli, orucluğun insan həyatında, insan orqanizmində, hətta xarakterinin yaxşılığa doğru dəyişməsində çox böyük önəmi var. Orucluqdan söhbət düşmüşkən, bir neçə kəlmə də bu ay boyunca qidalanmadan, nəyin ziyanlı, nəyin xeyirli olmasından bəhs edək: Ani mədə gərginliyi, təzyiq yüksəlməsi kimi narahatlıqlarla üzləşmək istəmirsinizsə, iftar və sahurda çox yeməyin. Həddən artıq yağlı, duzlu və şirin qidalardan uzaq durun. Yanlış qidalanma Ramazanda sağlamlığınıza ziyan vura bilər. İftar və sahurda həzmi asan olan və mədə-bağırsaq sistemində uzun müddət qala bilən lif və selülozla zəngin meyvə-tərəvəzlərdən, ətli və ya ətsiz çox yağlı olmayan göyərti xörəklərindən, qatıq və kəpəkli çörəkdən istifadə edin. Qızartma yeməklər yeməyin. İftara şorba ilə başlamaq, bağırsaq problemi olanların isə...
Şaban ayının sonuncu gecəsində, yəni Ramazanın ilk gününə keçən gecə qılınmağa başlanır və Ramazan ayı boyunca hər gecə Yatsı namazı ilə Vitr namazı arasında qılınır. 20 rükətdir. Bəzən 8 rükət də qılınır. Camaatla da, təkbaşına da qılına bilər. Məsciddə və camaatla qılınması çox fəzilətlidir. Camaatla qılınarkən səslə qılınır. Təravih namazını iki, dörd, səkkiz rükətdən bir salam verməklə qılmaq olar. Birdəfəyə də qılmaq mümkündür. Amma ən çox məsləhət görülən odur ki, iki və ya dörd rükətdən bir salam verilsin.
İslamda oruc: Orucun ərəb dilindəki tərcüməsi “savm” deməkdir, bu da “bir şeydən uzaq durmaq, insanın özünü bəzi şeylərdən məhrum etməsi” mənalarına gəlir. Sözün praktiki mənası isə dan yeri ağarandan günəşin batmasına qədər, bir qayə uğrunda şüurlu şəkildə yemə, içmə, cinsi əlaqə kimi davranışlardan uzaq duraraq, nəfsi cilovlamaqdır. Oruc tutmaq Mədinə dönəmində fərz buyurulub. Tarix olaraq isə hicrətin ikinci ilinin Şaban ayına uyğun gəlir. Rəsulullah (s.ə.s.) doqquz il Ramazan orucu tutub.
Quranda orucun fəzilətinə dair dəlillər “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu ki, (bunun vasitəsilə pis əməllərdən) çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzinə) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs...
Başqaları üçün olmasa belə heç olmasa insan özü üçün bu qurbanı kəsərək ibadətini yerinə yetirməlidir. Özünü sevən, axirətini düşünən müsəlman atəş əzabına səbəb olacaq əməli işləməz
“Qurban” sözünün lüğətdə hərfi mənası “yaxınlaşmaq, Allaha yaxınlaşmaq üçün bir yol”dur. İslam dinində isə bu söz termin kimi “ibadət niyyəti ilə İslam qaydalarına uyğun heyvan kəsmək” deməkdir. Qurban bayramı günlərində (ilk üç gündə) Allah rizası üçün kəsilən qurbana “udhiyyə” deyilir.
Qurban kəsən dini məsuliyyətdən qurtular Qurban kəsən şəxs dini məsuliyyətdən qurtular. Vacib olan bu ibadət əlbəttə ki, axirət məhkəməsində soruşulacaqdır. Başqaları üçün olmasa belə heç olmasa insan özü üçün bu qurbanı kəsərək ibadətini yerinə yetirməlidir. Özünü sevən, axirətini düşünən müsəlman atəş əzabına səbəb olacaq əməli işləməz. Vacib fərzə bir addım yaxınlıq deməksə, məsuliyyəti çox olan bu ibadətin əhəmiyyətini heç kim inkar edə bilməz.
Qurban xəsislik xəstəliyini müalicə edir Qurban bəzi varlılardakı xəsislik xəstəliyini müalicə etmək üçün ən təsirli dərmandır. Qurban varlılarda malını Allahın razılığını qazanmaq üçün vermə kimi bir peyğəmbər adətini,
Biz görsək də, görməsək də, bədən bu ay ərzində aşsüzənin gözündən süzülən kimi arınır, bir çox sağlamlığa zərərli maddələrdən xilas olur
Araşdırmalar göstərir ki, Ramazan ayında oruc tutan müsəlmanların bu ibadətlə bağlı ən çox xətaları gün boyunca yatmaq, saatlarla televizora baxmaq və iftarı açan kimi siqaret çəkməkdir. Bütün bunlar əslində Ramazan orucu haqqında əsassız təlaşdan qaynaqlanır. İnsan günün uzunluğundan və iftara yetişə bilməyəcəyindən qorxaraq günün bir hissəsini yatmaq istəyir. Halbuki insan orqanizmi çox böyük potensiala sahibdir və aclığa, susuzluğa
Əgər insan ürəyində peşmanlıq hissi duymadısa, haqqını tapdaladığı insandan üzr istəyib, halallıq almadısa, o, şeytanın yolundadır
Əgər bir nəfər “mənim heç bir günahım yoxdur” deyirsə, əmin olun ki, səmimi deyil. Allah qatında günahsız olanlar ancaq peyğəmbərlərdir. İnsan fitrət etibarilə günaha açıq bir varlıqdır, yəni günah işləyə bilər. İnsanın insanlığı da elə günah işlədikdən sonra üzə çıxır. Adam var, günahını başa düşən kimi tövbə, istiğfar edir, rahatlığını itirir, gecə-gündüz dua edərək, Allahdan onu bağışlamasını diləyir. Adam da var ki, ağına-bozuna baxmır, nə edir-etsin, özünü haqlı sayır. Əgər insan günahını etiraf eləmədisə, ürəyində peşmanlıq hissi duymadısa, haqqını tapdaladığı insandan üzr istəyib, halallıq almadısa, Allaha yalvarıb əfv diləmədisə, demək, o, şeytanın yolundadır. Çünki şeytan Allahın əmrindən çıxaraq insana səcdə eləmədi, öz inadında israr etdi, nəticədə Allahın qəzəbinə uğrayıb cənnətdən qovuldu. Həzrəti-Adəm isə xətasını anlayan kimi tövbə edib Allahdan əfv dilədi və
Əbu Hüreyrə (r.a.) bildirir: “Rəsulullah (s.ə.s.) buyurdular: “Kim Allah-Təala yolunda bir gün oruc tutarsa, Allah onunla od arasına genişliyi səma ilə yer arası qədər olan bir xəndək qoyar. Əbu Ümamə (r.a.) bildirir: “Bir gün dedim: Ey Allahın Rəsulu, mənə elə bir iş əmr et ki, yerinə yetirdiyim təqdirdə Allah məni mükafatlandırsın. Peyğəmbərimiz buyurdular: “Sənə orucu tövsiyə edirəm. Çünki onun misli-bərabəri yoxdur”. Səhl İbni Sad (r.a.) bildirir: “Rəsulullah (s.ə.s.) buyurdular: “Cənnətdə Rəyyan adlı bir qapı vardır. O qapıdan ancaq oruc tutanlar girə biləcəklər. Oruc tutanlar girdikdən sonra qapı bağlanacaq və kimsə ordan girə bilməyəcək”. Həzrəti Ənəs (r.a.) bildirir: “Rəsulullah (s.ə.s.) “Ramazandan sonra hansı oruc daha faydalıdır?” sualına belə cavab verdilər: “Ramazanın ardınca gələn Şaban orucu”. Yenə soruldu: “Hansı sədəqə daha faydalıdır? - Ramazanda verilən sədəqə, - cavabını verdi
Ramazan ildə bir dəfə əlimizə keçən, daha doğrusu, Allahın(c.c) bizə bəxş etdiyi ən böyük fürsətdir. Bu fürsətdən istifadə etməmək bir-birindən bahalı və qəşəng qızıllarla dolu xəzinədən əliboş çıxmaq kimi bir şeydir. Ramazan Sonsuz Rəhmət Sahibinin (c.c) mərhəmət xəzinəsinin qapılarının çox geniş açıldığı bir aydır. Düşünün! 30 gün və həm də 24 saat bir xəzinənin içərisində gəzirsiniz, şeytan kimi ən böyük düşməniniz də zəncirdə. Belə fürsətdən istifadə etmək üçün bir müsəlman kimi bütün duyğularımızı və iradəmizi səfərbər etməliyik. Hər şeydən əvvəl, bu hədəfləri qarşımıza məqsəd qoymalıyıq: .. Müqəddəs kitabımız Quran-i Kərimin bu ayda endirildiyini nəzərə alaraq, onu çox oxumaq. .. Təravih namazını 20 rükət və camaatla məscidlərdə qılmaq. .. İftar saatlarında Hz.Məhəmmədin (s.ə.s) ümməti üçün dua etmək.
İordaniyanın “Yermuk” Universitetində Ərəb Dili və Ədəbiyyatı fakultəsi magistırı İspanyalı bir gənc qız "Allah" sözü üzərindən apardığı tədqiqatda heyrətamiz nəticəyə gəldi. İspanyalı qız "Allah" sözünün möcüzə olduğunu bildirdi.
Helen İspanyalı bir Xristian olsa da təmiz Ərəb dilində danışır. O belə deyir: "Ərəb dilində oxuduğum ən gözəl söz “Allah”dır". Bu sözdə heyrətamiz bir nəğmə var. Çünki bu sözdəki hərflərin düzülüşü digərlərindən çox fərqlənir. Tələffüzü dodaqdan deyil, qarın nahiyyəsindən gələrək bütün bədəni titrədir".
O sözlərinə belə davam edir: "“Allah” sözü Yaradanın isminin möcüzələrindən biridir. Bu sözün hərfləri
Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? (O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! (Saf surəsi, 61/10-11)