Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: İCTİMAİYYƏT ::

Ana Səhifə

İctimaiyyət

 

 
 
 
 
 
 
 
 

 

Gülümsəyin

“18 ildir evliyəm. Bu müddətdə həyat yoldaşımın üzünə nadirən gülmüş, onunla nadir hallarda söhbət etmişdim. Tərs adam kimi şöhrət qazanmışdım. Bir dostumun nəsihətindən sonra başladım. Ertəsi səhər saçlarımı darayarkən surətimin sərtliyinə diqqət edərək öz-özümə, ”bu sərt surətliliyi dəf edəcəksən, gülümsəyəcəksən və bu işə dərhal indi başlayacaqsan” dedim.

Səhər qəlyanaltısı üçün süfrəyə oturdum və yoldaşıma incə bir tonla “sabahın xeyir, xanım” dedim və bu sözləri dadlı bir təbəssümlə qüvvətləndirdim. Qadın ildırım vurmuşa döndü və çaşdı.

Ona bundan sonra məndə həmişə ilıq təbəssümlər görəcəyini söylədim və sözümdə durdum. Beləliklə, yuvamıza o qədər şənlik və səadət gəldi ki, tərif etmək mümkün deyil.

İndi işə getmək üçün evimdən çıxanda, liftçi uşaqdan təbəssümlə qarışıq bir “salam”ı əsirgəmirəm. Qapıçını gülümsəyərək salamlayıram. Pulu xırdalamaq lazım olanda sərrafa gülümsəyirəm. Birjada indiyə kimi təbəssüm etdiyimi bir dəfə belə görməyənlərə gülümsəyirəm. Və onlar da dərhal təbəssümümə təbəssümlə cavab verirlər. Mənə şikayət etməyə gələnləri şən qarşılayıram, onları dinlərkən təbəssüm edirəm və görürəm ki, anlaşmaq daha asan olur.

Təbəssümün mənə hər gün yüzlərlə dollar gətirdiyini hiss etdim. Etiraf edirəm ki, bütün bunlar həyatımda böyük bir inqilab oldu. İndi mən artıq bambaşqa bir insan; daha xoşbəxt, daha mürəffəh, dostluq və səadət baxımından daha zəngin bir insan oldum.” (Karneqi)

Bu sözlər Nyu York birjasının qabaqcıllarından, məşhur birjaçı Steynharda məxsusdur.

Gülümsəmək, insanın sosial münasibətləri sırasında etdiyi bir hərəkətdir. Bu hərəkət, sözlərdən daha yüksək bir səslə danışır. Və bir gülümsəmə “mən sizi sevirem; məni xoşbəxt edirsiniz; sizi gördüyüm üçün bəxtiyaram” deyir.

Bir çin atalar sözü belə deyir: “Gülərüzlü olmayan adam dükan açmamalıdır.”

İnsana heç bir məsrəf yükləməyən, çox qısa bir anda meydana gələn, göstərilmədikcə heç bir işə yaramayan və insanla münasibətlərimizdə çox mühüm bir yer tutan gülümsəməyin ictimai gücü ilə yanaşı bir də tibbi gücü vardır. Gülümsəməyin bir çox tibbi faydası bu gün elmən sabitdir.

 

Beynimiz və təbəssüm

Niyə təbəssüm edir və ya gülürük? Özümüz özümüzü qıdıqlayanda niyə gülmürük? Satira duyğusu beynimizin hansı qismində yerləşir? Bunlar kimi bir çox sual, bu mövzuda araşdırma aparılmadığı üçün cavabsız qalmışdır. Gülmək və qəhqəhə klinik bir hadisə olmadığı üçün bu mövzuda çox araşdırma aparılmamışdır. İnsanlar çox təbəssüm etdikləri və xoşbəxt olduqları üçün həkimə getməzlər. Ancaq bəzi insanlar gülmə krizislərindən ötrü həkimə müraciət edirlər. Beyində bəzi bölgələrin xarab olması nəticəsində nəzarət edilməz gülüşlər əmələ gəlir. Bəzi epilepsiya növlərində də ifrat gülmələr ola bilər.

1962-ci ildə Tanqanikada bir məktəbdə bir qızda gülmə krizisi baş verir. Qısa bir müddətdə bu krizis bütün məktəbə yayılır. Yoluxucu bir xəstəlik kimi yayılan bu krizisdən ötrü məktəb üç həftə tətil elan edir. Nature jurnalının 1998-ci ildə dərc edilən 391-ci sayında “Elektrik axını qəhqəhəni oyandırır” başlıqlı bir məqalədə beyin və gülmə əlaqəli məlumatlar hamıya təqdim edildi.

16-cı əsrdə bir qızın beyninin bir qismi epilepsiyaya görə çıxardılır. Əməliyyat zamanı həkimlər qızın beyninin serebral kortex (beyın qabığı) deyilən qismində bir bölgəni elektrik axını ilə oyandırırlar. Sol üst frontal gysus adlı 2x2 sm boyundakı sahə hər oyandırıldıqda qız daima gülür. Beynin bu bölgəsi motor (hərəkətlə əlaqəli) bölgədir.

Məqalənin müəlliflərinə görə beyində satira ilə əlaqəli üç bölüm var.

1 – Satiranın hissi qismi ilə əlaqəli bölmə: Gülməyin olması üçün onu tətikləyən olmalıdır. Satirik bir hadisə satira duyğusunu oyandıra bilər. Beyində duyğuların mərkəzi də limbik sistemdir.

2 – Satiranın düşünmə qismi ilə əlaqəli bölmə: Satiranın, satira kimi qəbul edilməsi üçün vacib olan bölmədir. Yəni bu bölmə olmasa danışılan lətifə, düzgün qəbul edilməz.

3 – Gülümsəmənin olması üçün üz əzələlərini çalışdıran motor bölmə: Əzələlər, əzələləri çalışdıran sinirlər və sinir bağlantılarınından mütəşəkkildir.

Bu çalışmalara baxmayaraq hələ beyin-gülümsəmə münasibəti haqqında çox az şey bilirik.

“Gülümsəmək nədir? Niyə gülürük? Gülərkən beynimizin içində nələr olur?” kimi sualların cavabını tam olaraq verə bilmirik.

 

Gülməyin faydaları / zərərləri

Gelotologiya, gülməyin fizioloji xüsusiyyətlərini araşdıran bir elmdir. Bu elmə görə, gülmək səs və hərəkətin pərdə arxasındakı bir şeydir. Gülmə sırasında bir çox əzələ koordinatlı bir şəkildə çalışır:

1 – Qan təzyiqi artar,

2 – Qəlb sürətlə döyünər,

3 – Nəfəs alma dəyişər,

4 – Neurokimyəvi maddə səviyyəsi azalar,

5 – İmmun sistemi canlanar, hərəkətə başlayar.

Gülmək nəticəsində əzələlər yumuşaldığı üçün insanlarda bir rahatlıq olur. Bəzi xəstəxanalarda kefi artırmaq üçün “satira otaq”ları olur.

Psixoneuroimmunologiya; psixologiya, neurologiya və immunologiya kəlmələrinin birləşməsindən əmələ gəlib. Stressin və üzülmənin sinir sisteminə necə təsir etdiyini araşdırır. Psixoneuroimmunologiyaya görə, xəstəliklərin 50%-nin səbəbi üzülmə, stress, həyatı yanlış anlama, ümidsizlikdir. Gülümsəmək avtonom sinir sistemini hərəkətə keçirərək stress hormonlarının və nevrotransmitterlərin səviyyəsini dəyişdirir. 60 dəqiqəlik bir komediya proqramı kortizolu, böyümə hormonunu və kateşolaminlərin səviyyəsini azaldır.

Kortizol, immun sisteminə təzyiq edir, gülməklə bu təzyiq yox olur. Yenə gülümsəmə ilə:

-          Mikroblarla savaşan və müdafiə sistemimizin əsası olan immunoqlobunlerin (antikor) səviyyəsi artar

-          Təbii öldürücü hüceyrələrin və anormal hüceyrələri yox edən hüceyrələrin fəaliyyəti artar

-          İmmun sistemə dəstək olan plazma sitokininlərin və qamma interferonların səviyyəsi iki qat artar.

Stenford Universiteti Tibb Fakultəsi professorlarından Fray və Xəstəliyin Anatomiyası adlı kitabın müəllifi N.Kouzinsə görü gülmək ankylosing spondylitis kimi həyatı təhdid edən bir kollagen toxuması xəstəliyində belə istifadə olunur.

1990-cı ildə 41 məktəb şagirdi üzərində bir təcrübə aparılır. Şagirdlər iki qrupa bölünür. Birinci qrupa satirik, ikinci qrupa isə normal bir səhnə göstərilir. Təcrübədən əvvəl və sonra şagirdlərin qan təzyiqi və lgA (immunoglobin) səviyyələri tüpürcəkdə ölçülür. lgA, viral və bakterial infeksiyalara qarşı vücudun ilk müdafiə silahıdır. Satira qrupunda lgA miqdarı önəmli nisbətdə artır. Digər qrupda isə bir dəyişiklik olmur.

Güləndə üz ifadəmiz dəyişir. Qol, ayaq və sinə əzələlərimiz hərəkətə başlayır. Ancaq təbəssümün bu qədər faydalı olmasına baxmayaraq qəhqəhənin bir çox zərərləri var. Peyğəmbərimiz bu mövzuya “qəhqəhə qəlbi öldürər” deyərək yüz illər əvvəl toxunmuşdur.

Qəhqəhə qəlb krizislərinə, beyin qanamalarına və ifliclərə səbəb ola bilər. Qarın bölgəsindən əməliyyat olanlar qəhqəhə ilə gülməməlidir. Çünki tikişlər qopa bilər. Qabırğaları sınmış adamlar da çox gülməməlidir. Belə narahatlığı olan insanların yanında qəhqəhəyə səbəb olan zarafatlar edilməməlidir.

Sizə bir təbəssüm edə bilməyəcək dərəcədə yorğun bir adam rast gələrsə, siz təbəssümünüzü əsirgəməyin. Çünki gülümsəməyə ən çox ehtiyacı olan başqalarına təbəssümü olmayan adamdır.

Məqaləmizi bir hekayə ilə qurtaraq:

Ofisiant xidmət edərkən müştəriyə gülümsəyir, bundan xoşu gələn müştəri ofisianta yaxşı bəxşiş verir. Ofisiant sevinir yaxşı bazarlıq edir. Evə qayıdanda yolda bir dilənci ilə qarşılaşır, bəxşişin bir qismini ona verir. Dilənçi də sevinir və o pulun bir hissəsi ilə çörək alır. Daxmasına qayıdanda yolda zəif bir pişik görür ona yazığı gəlir. Ofisiantın verdiyi pulla pişiyə süd alır, pişiyi evinə aparır, sobanı yandırır və yatırlar. Gecə daxmada yanğın olur. Pişik səs-küy edərək dilənçini oyandırır. Dilənçi yanmaqdan, məhəllə də yanğından xilas olur.

Təbəssüm deyib keçməyin, baxın nələrə vəsilə olur!

 

Qaynaqlar
- American Scientist, January, 1996.
- Nature, 1998, Vol. 391.
- Brain and Mind Magazine/ www.epub.org.
www.msnbc.com/news
- JAMA, 1992, 267:1857 Mizahın Fizyolojik Etkisi.
- J. NIH Research, 1997, 9:34.
- Psychophysiol, 1996, 33:123.
- Dale Carnegie, Dost Kazanma Sanatı, Kitsan.

 

 

 

 

     

© 2005 Bütün Haqları Qorunur - Akademiya.Net