|
SÖZLƏR XƏZİNƏSİ
Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr
etməyin mənası yoxdur..
Sartre
* * *
Pessimist yalnız tuneli görür, optimist tunelin sonundakı işığı
görür, realist tunellə birlikdə işığı və gələn qatarı da görür.
* * *
Yaşayaraq
əldə edilən bilik, daş üzərinə həkk olunmuş yazılar kimidir.
* * *
Vəzifəsini
bilən insan xoşbəxtdir, başqa nemət axtarmasın.
T.
Karlayl
* * *
Röyaları reallaşdırmağın ən
yaxşı yolu oyanmaqdır.
S. M.
Pouer
* * *
Boş zaman
yoxdur, boşa keçmiş zaman var.
Tagore
* * *
Kitablar da dost kimidir, az
fəqət yaxşı seçilmiş olmalıdır.
S.J.Harris
* * *
Fəzilətə gedən qapını açmaq çətindir.
Çin
Atasözü
* * *
Gülümsəmək
iki insan arasındakı ən qısa məsafədir...
* * *
Eqoizmdən xilas olmağın yeganə yolu
başqaları üçün yaşaya bilməkdir...
* * *
Hər
bildiyini söyləmə, ancaq hər söylədiyini bil...
Marsel
Lenoir
* * *
Ən yaxşı yolu tapmaq, ən pisini tapmaqdan daha asandır...
Sir Tomas
Mor
* * *
Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə
etməkdir...
Balzak
* * *
Heç bilənlərlə bilməyənlər bir olarmı...
* * *
Öncə çalışın, sonra dincəlin...
Puşkin
* * *
Düşünmədən öyrənmək, vaxt itirməkdir...
Konfuçyus
* * *
Çalışmayana Allah yardım etməz...
Sofokl
* * *
Çalışmaq
həyat, düşünmək işıqdır...
Viktor
Hüqo
* * *
Hər zaman
axtarışda ol, bir gün qızıl axtararkən mis taparsan, sabah mis
axtararkən qızıl taparsan...
Dekart
* * *
Elm
bölüşüldükcə artan xəzinədir...
Bhartrihari
* * *
Elm
sərvətdən daha qiymətlidir. Çünki sərvəti sən qoruyursan, halbuki
elm səni qoruyur...
Hz. Əli
(r.a.)
* * *
Həyatını
aldıqlarınla qazanarsan, ancaq verdiklərinin üzərinə bina edərsən.
Uinston
Çörçill
* * *
Müsibət
zəkanı tərbiyə edər.
* * *
Minlərlə
kilometrlik bir yol da çox kiçik bir addımla başlayır.
* * *
Dərd,
Rəbbinə gizlicə çağırmağına səbəb olduğuna görə, bütün dünya
malından daha yaxşıdır...
* * *
Şəfamız, öz daxilimizə baxa bilməkdədir.
* * *
Tənhalıq pis dostdan yaxşıdır.
* * *
Su
qabını daşlığa aparan kimsə, onu daşdan qorumağı öyrənməlidir.
* * *
Aşıq
qızıla bənzəyir, bəla isə atəşə.. Xalis qızıl atəş içində
yaxşıdır.
* * *
Eyibsiz dost axtaran dostsuz qalar..
* * *
Kasıba
verilən, hələ onun əlinə keçməmiş Allaha çatar...
* * *
Nə
qədər bilirsənsə bil, söylədiklərin qarşındakının anlayacağı
qədərdir...
* * *
Nə
xoşbəxtdir o insan ki, öz ayıbını görə bilir.
* * *
Bir
şam digərini yandırmaqla işığından heç nə itirməz.
* * *
Allah
ilə olduqdan sonra ölüm də ömür də xoşdur...
* * *
Könlü işıq yandırmağa
və aydınlanmağa öyrənən insanı günəş belə yandıra bilməz. Gündüz
kimi işıq vermək istəyirsənsə, gecəyən bənzəyən mənliyini
(ənaniyyət) yandır...
* * *
Bəzi insanlar var ki,
salam verərlər və salamlarından his iyi gələr. Bəziləri də var ki,
salam verərlər və onların salamından misk (müşk) qoxusu gələr.
* * *
Madam ki, özündə bir
dərd və ya peşmanlıq hiss edirsən; bu Allahın sənə yardımının və
sevgisinin bir dəlilidir.
* * *
O, hər
şeyi ilə gözəldir; Ona aid olan və Ondan gələnlər də gözəldir. Həm
o qədər gözəldir ki, ayıq-sayıq bir könül, görüb tamaşa etdiyi hər
şey üzərində Ondan bir qisim ima və işarələr aldıqca damarlarında
qanı çəkilir kimi olar və Onunla bir anlıq vüslat - qovuşma adına
canını fəda etməyi belə az görər...
* * *
Könül adamı, nəfsinin
istəmədiyini başqaları üçün də istəməməkdən başqa; öz xoşuna gələn
hər şeydən, başqalarının faydalanması üçün çırpınar; hətta bunun
uğrunda ölüb-ölüb dirilər.
|