|
HEKAYƏLƏR
SƏNİ SEVİRƏM YA RƏBBİM
Dedim:
Çox tənhayam.
Dedin:
Mən ki sənə çox yaxınam.
(Bəqərə,186)
Dedim:
Bəli bilirəm Sən mənə yaxınsan,
amma mən Səndən uzağam,
kaş ki mən də Sənə yaxın
ola bilsə idim.
Dedin:
Səhər-axşam yalvararaq, qorxaraq,
səsini qaldırmadan ürəyində Rəbbini yad et.
(Əraf,
205)
Dedim:
Bu da Sənin köməyini istəyər.
Dedin:
Allahın sizi
bağışlamasını istəməzsinizmi?
(Nur,
22)
Dedim:
Əlbəttə ki, məni bağışlamağını
çox istəyirəm.
Dedin:
ِ(Elə
isə) Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin.
Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox)
sevəndir! (Hud,
90)
Dedim:
Çox günahkaram, bu qədər günahla mən
nə edim?
Dedin:
Məgər onlar
bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat)
alar. Və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!
(Tövbə,
104)
Dedim:
Dəfələrlə tövbə edib tövbəmi pozdum,
artıq
üzüm qalmadı.
Dedin:
Günahları
bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük
olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur.
(Ğafir,
3)
Dedim:
Bu qədər
günahım
var, hansının tövbəsini edim?!
Dedin:
Allah bütün günahları
bağışlayandır. (Zumər,
53)
Dedim:
Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?
Dedin:
Axı günahları
Allahdan başqa kim bağışlaya bilər?
(Ali-İmran,
135)
Dedim:
Nə qədər gözəlsən, Allahım!
Bilmirəm bu sözlərin qarşısında nə
üçün içim-içimə sığmır
və şam kimi yanmağa başlayıram, Səni
çox sevirəm.
Dedin:
Şübhəsiz ki, Allah tövbə edənləri və
təmizlənənləri sevir.
Birdən:
“İlahım
və Rəbbim, mənim Səndən başqa kimim
var”, -dedim.
Sən də:
“Allah Öz bəndəsinə kifayət deyilmi?”
(Zumər,
36)
dedin.
Dedim:
Sən ki məni bu qədər çox sevirsən və
mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?
Dedin:
Ey iman gətirənlər! Allahı çox zikr edin!
Onu səhər-axşam təqdis edib şəninə
təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə
namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün
mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya:
mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). Allah
möminlərə rəhm edəndir! (Əhzab,
41-43)
Öz-özümə
dedim:
Allahım, Səni
çox sevirəm. |