-

Bülleten

Bizə Yazın

Haqqımızda

:: HƏDİS İNCİLƏRİ ::

Ana Səhifə

 

 


 
 
 
 
 
 
 
 

 

HƏDİS İNCİLƏRİ

"Ey Allahın Rəsulu! dedik, mömin qorxaq olarmı?"
"Bəli!" buyurdular. "Bəs paxıl olarmı?" dedik, yenə:
"Bəli!" buyurdular. Biz yenə:
"Bəs yalançı olarmı?" deyə soruşduq. Bu səfər: "Xeyir!" buyurdular."

(Muvatta, Kəlam 19)

* * *

Abdullah bin Abbas (r.a) Allahın Rəsulu Həzrəti Məhəmmədin (sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:

İnsanların əksəriyyətinin qiymətini bilmədikləri və aldandıqları iki nemət vardır ki, bunlar sağlamlıq və boş vaxtdır..

(Buxari, Riqaq, 1/60)

* * *

Əbu Hureyrə həzrətləri Allahın Rəsulu Həzrəti Məhəmmədin (sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:

Kim çətinlikdə olan bir müsəlmanın vəziyyətini asanlaşdırarsa (məsələn, borc məsələsində sıxışdırmazsa) Allah da dünya və axirətdə ona asanlıqlar ehsan edər.

(Müslim, Zikir, 38; Əbu Davud, Ədəb, 60; Tirmizi, Qur’an, 10; İbn Macə, Müqəddimə, 17, Sədaqət, 14; Müsnəd, 2/253)

* * *

Allahın Rəsulu Həzrəti Məhəmməd (sallallahu aleyhi və səlləm) belə buyurdular:

Allah, satışdakı güzəşti (müsamaha), satın almaqdakı güzəşti, ödənişdəki güzəşti sevər.

(Tirmizi, 1319)

* * *

Allahın Rəsulu Həzrəti Məhəmməd (sallallahu aleyhi və səlləm) belə buyurdular:

Müsəlman bir insanın, bir malda qüsur olduğunu bildiyi halda, müştəriyə xəbər vermədən satması haramdır.

(Buxari, Sehr 19)

* * *

Allah Rəsulu Həzrəti Məhəmməd (sallallahu aleyhi və səlləm) belə buyurdular:

Müsəlmanın müsəlman üstündəki haqqı beşdir: Salamını almaq, xəstə ziyarətinə getmək, cənazəsində iştirak etmək, dəvətini qəbul etmək, asqırdıqda "yerhamukallah" (Allah mərhəmət etsin) demək.

(Tirmizi, 2738 )

* * *

Allah Rəsulu Həzrəti Məhəmməd (sallallahu aleyhi və səlləm) belə buyurdular:

İman, yetmiş şöbədir. Həya imandan bir şöbədir. Bu şöbələrdən ən üstünü "La ilahə illəllah" sözüdür, ən aşağısı da yoldan narahat edən bir şeyi kənara qoymaqdır.

(Buxari, İman 3 )

* * *

Həzrəti Əli (radiyallahu anh) Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə söylədiyini rəvayət edir:

İnsanların ən kərimi olmaq istəyən təqva duyğusu ilə dolsun... ən qüvvətli olmağı diləyən Allahın havl və qüvvətinə sığınıb Ona təvəkkül etsin... və hər kim də insanların ən zəngini olmağı murad edərsə, öz əlindəkindən çox Allahın tükənməyən xəzinələrinə güvənsin.

(Müsnədü'ş-Şihab, 1/234; (az fərqlə) əl-Müstədrək, 4/301; Məcməu'z-Zəvaid, 2/967 )

* * *

Əbu Zərr (radiyallahu anh) həzrətləri Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə söylədiyini rəvayət edir:

Harada olursansa ol, Allahdan qorx və təqva duyğusu içində ol! Bir günaha düşmüsənsə, dərhal ardından bir yaxşılıq et ki, o günahını silsin. İnsanlarla olan davranışlarında da gözəl əxlaqdan heç ayrılma!

(Tirmizi, Birr, 55; Müsnəd, 2/5, 5/153, 178, 228)

* * *

Abdullah ibni Məsud (radiyallahu anh) Rəsulullahdan (sallallahu aleyhi və səlləm) belə rəvayət edir:

Zəkatını verməklə mallarınızı qoruyub taqviyyə edin, xəstələrinizin müalicəsində sədəqənin dəf ediciliyini dəyərləndirin, bəla və müsibətlərə qarşı da hər zaman Allaha duaya yönəlin!

(Məcməuz-Zevâid, 3,63; Tabərani, əl-Mucəmu’l-Kəbir,10,128)

* * *

Ebu Hureyrə (radiyallahu anh) Rəsulullahdan (sallallahu aleyhi və səlləm) belə nəql edir:

Sevdiyin insanı qədərində sev. Yoxsa bir gün gələr o insan gözündən düşər və əvvəlki çox məhəbbətinə görə əzabın daha da çox olar.

Hirsləndiyin insana qarşı da qədərində ol və nifrət hissinin qarşısını al. Əks təqdirdə gün gələr o şəxs dostun olarsa əvvəlki hirsli davranışlarının xəcaləti sənə çox təsir edər.

(Tirmizi, Birr, 59)

* * *

Abdullah İbni Ömər (radiyallahu anh) Rəsulullahdan (sallallahu aleyhi və səlləm) belə rəvayət edir:

Həqiqi səadət və həqiqi bəxtiyarlıq Rəbbinə qarşı xalis qulluğunda hər an bir az da dərinləşərək addım-addım Allah rizasına gedən bir insanın bu hal üzrə çox uzun bir ömür sürməsidir.

(Feyzu’l-Qadir, 4, 144; Müsnəd-i Şihab, 1, 206)

* * *

Abdullah İbni Amr (radiyallahu anh) Rəsulullahdan (sallallahu aleyhi və səlləm) belə rəvayət edir:

Dünyaya könüldə yer verməmək həm qəlbi rahatlaşdırır, həm bədəni. Ona pərəstiş etmək isə sadəcə kədər və hüznü artırır.

Qeyri-ciddi olmağa gəldikdə isə, o qəlbi qatılaşdırmaqdan başqa bir işə yaramaz.

(Müsnəd-i Şihab, 1, 188; Feyzu’l-Qadir, 4, 74)

* * *

Abdullah İbni Salam (radiyallahu anh) Rəsulullahdan (sallallahu aleyhi və səlləm) belə dediyini nəql edir:

Ey İnsanlar!

Salamı aranızda yayın..

Süfrəniz hər kəsə açıq olsun, çoxlu ikram edin..

qohumlarla əlaqə qurmaqda qüsur etməyin...

bir de insanların yuxuya getdikləri anlarda, gecələrin qaranlığını namazla deşin.. beləliklə sağ salamat Cənnətə girin!..

(İbni Macə, Ətimə, 1; Darimi, Salat, 156)

* * *

Hz. Ümmüd Dərda (radiyallahu anha)-nın Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:

Qiyamət günü mizana ilk qoyulacaq şey gözəl əxlaqdır.

(Tabərani, əl-Mucəmul kəbir, 24/253)

* * *

Hz. Abdullah ibni Ömər (radiyallahu anh)-in rəvayət etdiyi bir hədisi şərifdə, Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurur:

Möminin şərəf və etibarı, gecələri ibadətlə keçirməsində; izzət və heysiyyəti də könül toxluğu içində olub insanlara əl açmamasındadır.

(Müstədrək, 4/360)

* * *

La tuksirud dahikə fə innə kəsrətəd dahiki tumitul qalb.

Hz. Əbu Hureyrə (radiyallahu anh)-nin rəvayət etdiyi bir hədisi şərifdə, Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurur:

Çox gülməyin! Çünki çox gülmək qəlbi öldürür.

(İbn Macə, Zühd, 19)

 

 

     

© 2005-2007 Bütün Haqları Qorunur - Akademiya.Net