|
FİZİKA
İŞIĞIN SÜRƏTİ

İşıq boşluqda işıq sürəti ilə gedər və bu eyni zamanda kainatda
müşahidə edilən ən yüksək sürətdir.
Ancaq diqqət edilməli önəmli bir nöqtə var, işıq sürəti ilə
işığın sürəti eyni şey deyil. İşıq sürəti, işığın boşluqdakı
sürətidir və kainatda müşahidə edilən ən yüksək sürətdir. Ancaq
fotonlar maddə içərisində ortalama olaraq fərz edildikdə, işıq
sürətindən daha aşağı sürətlə hərəkət edər.
Bir fotonun bir stəkan sudan keçməsini tədqiq edək. Təxmin edə
biləcəyimizin əksinə, stəkandan çıxan fotonlar, bir az əvvəl
stəkana daxil olan fotonlar deyil. Və yenə sandığımızın əksinə
əslində fotonlar, suyun içərisində işıq sürətindən daha aşağı
sürətlə hərəkət etmir.
Stəkana işıq sürəti ilə daxil olan fotonlar, işıq sürəti ilə
davam edərlər. Sonra isə bir atom tərəfindən udular və bir
müddətdən sonra fotonu udub lazımi enerji səviyyəsindən yuxarıda
olan atom, eyni dalğa boyunda başqa bir foton yayar. Yeni foton,
udulan foton ilə eyni istiqamətdə, işıq sürəti ilə, bir başqa
atom tərəfindən udulana qədər irəliləyir. Və bu fotonların
udulub, yeni fotonların yayılması, stəkanın bir tərəfindən daxil
olan fotonun, digər tərəfdən başqa bir foton kimi çıxmasına
qədər davam edər.
Fotonların maddə daxilindəki sürətlərinin aşağı olmasının
səbəbi, maddə iindəki atomların fotonları udması və daha sonra
buraxmasından qaynaqlanır. Əslində işığın aşağı olan sürəti,
ortalama sürətidir deyə bilərik. Çünki fotonlar yalnız və yalnız
işıq sürəti ilə hərəkət etməkdədir, sadəcə atomlar tərəfindən
qısa müddətə arada bir yollarından çıxarılmaqda olduğuna görə
digər səthə getmələri gecikməkdə və bu da su boyunca gedərkən
malik olduqları ortalama sürəti azaltmaqdadır.
Boşluqdakı işığın sürətinin, bir şəraitdə işığın sürətinə
nisbətinə “işığın sınma əmsalı” deyilir. Yəni əgər şəraitin
sınma əmsalı 2-dirsə, işığın şəraitdəki sürəti, boşluqdakı
sürətinin yarısıdır.
Fərqli şəraitlərin sınma əmsalları aşağıdakı kimidir:
|
Şərait |
Sınma əmsalı |
|
Almaz (qatı) |
2.41 |
|
Şüşə (qatı) |
1.52-1.66 |
|
Buz (qatı) |
1.31 |
|
Etil spirti
(maye) |
1.36 |
|
Su (maye) |
1.33 |
|
Hava (qaz) |
1.0003 |
|
CO2
(qaz) |
1.00045 |
Fotonların bir nöqtədən digərinə ola biləcək ən minimum vaxtda
çatdıqları müşahidə edilməkdədir. Buna “Fermat qanunu” deyilir.
Bu prinsipin tapılması, işığın fərqli sürətlərə malik olduğu
şəraitlərdə davranışının müşahidə edilməsi nəticəsində olmuşdur.
İşıq, suda və şüşədə havaya görə daha yavaş gedir. Bir mənbədən
çıxan işığa, (fərz edin ki, hava) mənbənin şəraitindən fərqli
başqa bir şəraitdən baxaq (məs, sudan). Mənbədən gələn işığın
izlədiyi yolun düz deyil, suya qədər düz yol getdikdən sonra
suya girərkən bucağını dəyişdirib sonra yoluna yenidən düz
istiqamətdə davam etdiyini görərik. İşığın fərqli şərtlərdən
keçərkən meydana gətirdiyi bu dəyişməyə “işığın sınması”
deyilir. Sınmanın miqdarı, işığın keçdiyi şəraitdəki sürətindən
asılıdır.
Mənbə:
-
Kainata Səfər, Ali Ant, İstanbul, 2005
Çap
Versiyası
|