Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif: vilkinson
Mövzu: Tunis
Müəllif: vilkinson
Mövzu: Tailand
Müəllif: vilkinson
Mövzu: Coğrafiya tarixi - 2
Müəllif: vilkinson
Mövzu: Ürək möcüzəsi
Müəllif:
Mövzu: Vətən
Müəllif: NEZ
Mövzu: TƏRAVİH NAMAZI
Müəllif: NEZ
Mövzu: Fotonlar
Müəllif: Aysel
Mövzu: Dəniz cərəyanları
Müəllif: xalid.nagiyev
Mövzu: Marsın Sirləri
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 0
Online yoxdur .

Qonaqlar: 2
Ümumi: 2

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Heliumun kəşfi

 

 

 

 

 

 

alt

Mendeleyevin dövri cədvəlində olan kimyəvi elementlərin əsas hissəsi 19-cu və 20-ci əsrlərdə kəşf olunmuşdur. Bu onunla izah olunur ki, elementlərin əksəriyyətinə çox nadirən təbii hallarda rast gəlinir. Onları aşkar etmək üçün (və ya almaq üçün) texnikanın lazımi səviyyədə inkişafı əhəmiyyətlidir. Hər elementin öz kəşf tarixi var. Ən maraqlı kəşf tarixi olan elemetlərdən biri də heliumdur. Belə ki, 1930-cu illərə kimi alimlər kainatda yerdə olmayan elementlərin ola biləcəyi fikrini hələ tamamilə mənimsəməmişdilər. Əgər bu nəzəriyyənin doğruluğu isbat olunsaydı, müasir elmin əsas prinsiplərindən biri haqqında şübhə oyanmış olardı. Elmdə əsas qəbul olunan Kopernik qanununa əsasən keçmişdə mövcud olan bütün təbiət qanunları, indiki zamanda da kainatın hər nöqtəsində qüvvədə olur.

Heliumun kəşf tarixində açar rolunu Norman Lokyer oynamışdı. Norman Lokyer dünyada məşhur elm jurnallarından biri olan “Nature” (Təbiət) jurnalının banisidir. Jurnalın yeni nömrəsinin buraxılışı zamanı o, bir London elmi təşkilatı ilə tanış olmuş və astronomiya ilə yaxından maraqlanmışdı. Bu o zaman baş vermişdi ki, Kirxhof-Bunzen kəşfi ilə həvəslənən astronomlar təzəcə ulduzdan gələn işıq spektrlərini öyrənməyə başlamışdı. Lokyer özü də bəzi kəşfləri etməyə nail olmuşdu – xüsusilə, ilk dəfə o, günəş ləkələrinin günəşin digər səthinə görə daha soyuq olduğunu göstərmişdi. Eləcə də ilk dəfə o, günəşin xarici örtüyünün olduğunu göstərmiş və onu xromosfer adlandırmışdı. 1868-ci ildə protuberansda (günəş səthi üzərində gözərmiş qaz kütlələri) atomların saçdığı işığı tədqiq edərkən Lokyer, əvvəllər məlum olmayan spektr xətlərini müşahidə etdi. Eyni bu cür spektr xətlərini laboratoriyada təcrübələrlə əldə etmə cəhdləri uğursuz alındı. Bununla da Lokyer nəticə çıxardı ki, o, yeni kimyəvi element tapıb. Lokyer onu yunan dilindəki helios (günəş) sözü ilə helium adlandırdı.

altAlimlər heliumun meydana gəlməsinə necə münasibət göstərəcəklərini anlaya bilmirdi. Alimlərin bir qismi düşünürdü ki, protuberansdakı spektrlərin analizi zamanı səhvə yol verilmişdi. Bu fikrin tərəfdarı çox az idi, çünki əksər alimlər bu spektr xətlərini müşahidə edə bilmişdi. İkinci qisim alimlər, Günəşdə olan bəzi elementlərin yerdə olmadığı qənaətinə varmışdı. Bu da təbiət qanunları haqqında əsas düşüncəyə əks düşüncə idi. Çox az olan üçüncü qisim alimlər isə nə vaxtsa Yer kürəsində də heliumun tapılacağını güman edirdilər.

1890-cı illərin sonlarında lord Reley və ser Uilyam Ramzay arqonun kəşfinə gətirib çıxaran bir sıra təcrübə apardılar. Ramzay urantərkibli mineralların ayırdığı qazları tədqiq etmək üçün öz qurğusunu dəyişdirdi. Bu qazların spektrlərində Ramzay naməlum xətlər aşkar etdi və təhlil etmək üçün bir neçə həmkarına göndərdi. Nümunəni alan kimi Lokyer dərhal 30 ildən bundan qabaq Günəş işığında gördüyü bu xətləri tanıdı. Helium məsələsi həll olundu. Bu qaz əlbəttə Günəşdə idi, ancaq yerdə də mövcud idi. Müasir dövrdə bu qaz, adi həyatda bizə dirijabl (hava gəmisi) və hava şarlarını doldurmaq üçün istifadə olunan qaz kimi tanışdır. Elmdə isə helium, krioqenikadakı (aviasiya) istifadəsinə və texnologiyada ən aşağı temperaturun alınmasına görə məşhurdur.

 

Mənbə

- Elementy Jurnalı - Rusiya


  • Coğrafiya tarixi - 2
  • Qara dəliklər
  • Çox axtarılan qızıl
  • Turbulens
  • Okeanların turşuya çevrilişi
  • Marsın Sirləri
  • Gil torpağın quruluşu və faydaları
  • Keçirici üzvi polimerlər
  • Coğrafiya tarixi
  • TÜRK XALQLARININ COĞRAFİ KƏŞFLƏRİ
  • Orxan adı haradan gəlir
  • Bal pətəyinin riyazi sirləri
  • Ətraf mühitin təmizliyi
  • Güldürən düşündürən insan- Molla N& ...
  • İSKƏNDƏR MÜNŞİ
  •  (Səslər #: 9)

     
    Baxılıb: 3045 Müəllif: Admin 18 İyun 2009 Şərhlər (0)

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Mübarək üç aylar
    » Qarla gələn gözəllik
    » İSKƏNDƏR MÜNŞİ
    » Həyatın əsl mənası
    » Şahmat haqqında nə bilirsiniz?..
    » Mühəndislik perspektivindən qiyamət
    » Qənaət
    » Nizami Gəncəvinin qələmindən Allah - 1
    » İki ada bir ölkə
    » Müqayisə
     
    Təqvim
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters