Yer kürəmizi hər tərəfdən əhatə edən hava; 78% azot, 21% oksigen və 1% nisbətində də arqon, neon, karbondioksid və su buxarından inşa edilmişdir. İki atomlu molekul kimi yaradılmış azot qazının atomları bir-birinə üç tərəflərli bağlarla bağlandığına görə bunların bir-birindən asanlıqla ayrılıb başqa atomlarla birləşməsi atomlara verilmiş orbitlərindəki elektron yükləri səbəbilə çətindir. Başqa elementlərlə reaksiyaya girə bilməmə kimi məlum olan bu xüsusiyyətə “inert” (ətalətli) olmaq deyilir. Azot molekulunun aşağıdakı reaksiyada göründüyü kimi atomlara bölmək üçün çox böyük bir enerjiyə ehtiyac var.
N2+172.000 kal.gN+N (çox çətin)
Azot atomunun su şəratində oksigenlə yüklənməsi (oksidasiya) isə normal şəraitdə çox yavaş cərəyan edən bir reaksiyadır. Bu kimyəvi yoldan başqa elektrik, katalitik və bakterioloji yollarla da azotdan azot birləşmələri alına bilər.
N2+5/2 O2+H2Og2HNO3 (Çox yavaş)
Bu reaksiya kainat qanunları səbəbi ilə çox yavaş getməsəydi, atmosferin azot və oksigeninin hamısı okeanların suyu ilə birləşə bilər və nitrit turşusuna çevrilə bilərdi. Bu şəkildə dəhşətli bir qlobal fəlakət ssenarisi olaraq okeanlar atmosferdə kafi oksigen və azot olduğu zaman çox dağıdıcı xüsusiyyəti olan nitrit turşusuna çevrilər və nəticədə havanın oksigeni və azotu da tükənərdi. Bu reaksiyanın sürətinin sazlanması və sazlanmanın pozulmadan davam etdirilməsi sonsuz bir Elm, Şəfqət və İradənin əsəridir.
Laboratoriyada reaksiyanı başlada bilmək üçün azot və oksigen qazlarının qarışığı bir elektrik arxından keçirilir və lazımi fəallaşdırma enerjisi istehsal olunur. Bu enerji ilə azot və oksigen birləşir, nəticədə azot monoksid alınır:
N2+O2g2 NO
Yağmurlu havalarda atmosferin yuxarı təbəqələrində şimşək və ildırımlar vəsiləsi ilə elektrik arxları istehsal olunur. Havadakı sərbəst azot və oksigenə bu elektrik arxları fəallaşdırma enerjisi kimi istifadə etdirilərək azot monoksid alınır. Ardından bu azot monoksid havadakı sərbəst oksigen ilə reaksiya aparılır və azot dioksid sintezlənir. Azot molekulunun tənəffüs etdiyimiz havada olduğu kimi, bəzən ətalətdə olub asanlıqla reaksiyaya girməməsi, bəzən də atmosferin yuxarı təbəqələrində şimşək və ildırımların olduğu vaxtda reaksiyaya girə bilməsi, aşağıdakı düsturda gördüyümüz kimi fövqəladə həyati nəticələr verməkdədir.
2NO+O2g2 NO2
Yuxarıdakı reaksiya ilə əldə edilən azot dioksid, yağış suyunda həll olunur və nəticədə çox seyrək nitrit turşusu meydana gəlir. Yağış torpağa düşəndə torpaqdakı maddələrlə azot birləşmələri alınır və bitkilərin istifadə edəcəyi hala çevrilir.
“... Yağmurun şıppıltıları mənasız bir səs olmadığının və şimşək ilə göy gurultusu boş bir gurultu olmadığının qəti dəlili” (33-cü söz, 20-ci pəncərə) isə, yuxarıda izah olunduğu kimi, atmosferə bir kimya laboratoriyası kimi vəzifə gördürülməsi və burada sintez olunan molekulların rəhmət damcıları olaraq torpağa çatdırılıb bitkilərin qida qaynaqlarından biri olmasıdır. “Tənha bir boşluqda o qəribəlikləri icad etmək və onların həyat suyu hökmündəki damcıları sağmaq və yer kürəsindəki möhtac həyat sahiblərinə içirtmək göstərir ki, o şırıltı, o gurultu çox təsirli və hikmətlidir ki; Rəbbi Kərimin əmri ilə müştaqlara o yağmur bağıraraq “Sizlərə muştuluq, gəlirik!” mənasını ifadə edirlər.” (33-cü söz, 20-ci pəncərə) Təbiətdə cərəyan etdirilən qanunların dəyişdirilməsinə baxaraq bunları əzəli, həqiqi və dəyişməz zənn etmək xətasına düşməməliyik. Qanun varsa, özbaşına mövcud olmamışdır; əksinə o qanunu qoyan vardır.
Mənbə:
- Sızıntı, Türkiyə