Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif: vilkinson
Mövzu: Tunis
Müəllif: vilkinson
Mövzu: Tailand
Müəllif: vilkinson
Mövzu: Coğrafiya tarixi - 2
Müəllif: vilkinson
Mövzu: Ürək möcüzəsi
Müəllif:
Mövzu: Vətən
Müəllif: NEZ
Mövzu: TƏRAVİH NAMAZI
Müəllif: NEZ
Mövzu: Fotonlar
Müəllif: Aysel
Mövzu: Dəniz cərəyanları
Müəllif: xalid.nagiyev
Mövzu: Marsın Sirləri
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 1
Googlebot

Qonaqlar: 2
Ümumi: 3

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Elm və texnologiya üfüqləri

 

 

 

 

 

 

alt

Kainatdakı qəribəliklərdən biri budur: Yaradıcı, böyük işləri çox kiçik hissəciklərə gördürür. Məsələn, insanın 20-ci əsrdə zamana damğasını vurduğu müvəffəqiyyəti elektron kimi kütləsi yox deyilə biləcək qədər az olan (10-31 kg) hissəciklərə hökm etməyə başlamasıdır. Əslində buna hökm demək də olmaz, bir balaca nəzarət edə bilmək demək daha doğru olar. Bu nəzarət bizə nə verdi? Bununla insan elektronikada tranzistor inqilabını həyata keçirdi. Ətrafımızda gördüyümüz hər cür texnologiya bu inqilabın bir hissəsidir. Mikrokompüterlər, superkompüterlər, telekomunikasiya texnologiyaları, peyklər, humanoidlər ağlımıza gələn hər cür texnologiya.. Amma diqqət edilməli bir nöqtə var. Elm adamlarının belə tamamilə qavraya bilmədikləri elektronların, bildiyimiz yalnız bəzi xüsusiyyətləri ilə bunu bacara bildik. Yaradıcının müəzzəm şəkildə yaratdığı bu kiçik olduğu qədər anlaşılmaz və anlaşılmaz olduğu qədər də aciz hissəciklərlə bizə təqdim etdiyi bu gözəllikləri anlayıb heyran olmamaq mümkün deyil!

Bu qədər kiçik, daha nə olduğunu dəqiq bilmədiyimiz elektronlarda gizli bu inanılmaz bilgi ilə, görəsən Uca Yaradıcı bizə mənəvi aləmdə hansı mesajları vermək istəyir? Niyə bu çox kiçik və aciz hissəciklərə çox sehirli üstünlüklər verib? Təbiət əslində yuxarıdan aşağıya işləmir, bütün vəzifələr ən altdakı ən kiçik hissəciklərdə gizlənmişdir. Bütün bu hissəciklərin müəzzəm bir ahənglə vəzifələrini yerinə yetirməyi özbaşına əsla mümkün ola bilməz. Çünki bunların şüurlu olmadığı dəqiqdir. Bəşəriyyət artıq onlara öz iradəsinə görə nəzarət edə bilir, ondan özü üçün fayda çıxara bilir. Əgər şüurlu olsaydılar, sonsuz sayda olan bu hissəciklər edilən hər təcrübədə eyni nəticələri verə bilməz, eyni şərtlərə tabe olmazdılar. Fizika qanunları olmazdı. Aparılan təcrübələrdə bu hissəciklərin hər zaman eyni şərtlərə tabe olduğunu, içlərindən heç birinin etiraz etmədən qanunlara riayət etdiyini görürük. Deməli, bu hissəciklər öz iradələri ilə hərəkət etmirlər, Yaradıcının müəyyən etdiyi qayda və prinsiplərə görə hərəkət edirlər.

Təbiətdəki hadisələrin əsasında hissəciklər olduğu üçün, bunlar öz iradələri ilə hərəkət etmiş olsaydılar, kainatda heç bir şey çox qısa bir müddət ərzində belə - məsələn, astrofizikada önəmli bir zaman olan 10-43 saniyə - varlığını davam etdirə bilməzdi. Çünki kainatda o qədər hissəcik var ki, bunların bir-birləri ilə ahəng içində ola bilməsi öz iradələri mümkün deyil. Minimum onlardan bəziləri cığallıq edə bilərdi. Bu zaman kainat hələ “Big Bang” ilə doğulduğu bir anda dağılıb məhv olmalı idi. Halbuki, kainatın yaradılışını izah edən nəzəriyyələrdə, bu tərif edilə bilməyəcək qədər qısa müddətin bu günkü kainat möcüzəsinin meydana gəlməsində çox böyük və hələ tamamilə dərk edilməmiş bir mənası vardır. Hissəciklər mükəmməl kollektiv şüurla necə hərəkət edərək bu günlərin əmələ gəlməsinə vəsilə olmuşdur? Kainatı bu hala gətirən 15 milyard illik ahəng və iradə birliyi dərk ediləcək kimi deyil.

Tutaq ki, kainatın əsasındakı bu hissəciklər öz iradələri ilə hərəkət edirlər. Bu vəziyyətdə Eynşteynin göstərdiyi təbiətdəki heç bir şey işıq sürətini keçə bilməz qaydasını əzmiş oluruq. Niyə? Çünki, şüurlu fərz etdiyimiz bu hissəciklər ahəngli olaraq bir-birinə təsir edir. Bu rabitəni isə işıq sürətindən daha sürətli bir surətdə yerinə yetirə bilməzlər. Bu səbəblə kainatın bir ucundakı hissəciyin bir müddətdən sonrakı halı ilə digər bir hissəciyin müəyyən müddətdən sonrakı halı arasında heç bir şəkildə sinxron bir rabitə olmayacağına görə - yəni bir-birlərindən xəbərsiz hərəkət etdikləri üçün - əsla ahəng göstərməməli, bir müddət sonra mütləq ziddiyət təşkil etməli və kainat bir anda məhv olmalıdır. Çünki bu hissəciklərin fəza-zamanda bir-birindən sərbəst olmaları, ancaq meydana gələn nəticənin bir-birinə çox bağlı vəziyyətdə olması mümkün deyildir. Buna görə də bu hissəciklərə eyni anda əmr edə bilən və bütün hissəciklərə eyni anda nəzarət edə bilən və onların fəza-zamanda haraya getdiyini bilən, gələcəklərini görən, Quranın deyişi ilə onları özbaşına qoymayan bir üstün iradənin olması vacibdir. Və bu iradə bütün hissəciklərə eyni yaxınlıqda olmalıdır ki, bütün hissəciklərə kollektiv şüur versin. Biz bu uca iradə sahibinə Allah deyirik.

Yaxşı, bir-biri ilə əsla rabitə qura bilməyəcək qədər uzaqda olan hissəciklərin, bir-birlərindən sərbəst kimi görünən hərəkətlərindən necə mənalı və uyğun anəng çıxa bilər? Bu əsas hissəciklər eyni qaydalara görə necə hərəkət edə bilər? Bir-birlərindən trilyonlarla işıq ili uzaqda olan hissəciklər eyni fiziki qanunları necə paylaşa bilər? Bəlkə belə bir sual da soruşula bilər. Bu məlumat alış verişini, gələcəkdə necə davranış göstərəcəklərini, bir-birlərinə çox yaxın olduqları, hətta hər şeyin enerji olduğu, hələ maddənin doğulmadığı, kainatın ilk vaxtlarında təmin etmiş ola bilərlərmi? Bu yalnız bir ehtimaldır, ancaq bu vəziyyətdə belə bir ziddiyyətlə qarşı-qarşıya qalarıq. Niyə maddə halında belə olmayan bu hissəciklər belə bir müqavilə imzalasınlar? Və niyə içlərindən heç olmasa bəziləri bu müqaviləni pozmasın? Bu anlaşmada iştirak etməyən bir hissəcik belə kainatın alt üst olması üçün kifayət ikən, necə 15 milyard ildir kainat hələ də tərtibini mühafizə etməkdədir?

Başqa bir düşüncə tərzi də bu şəkildə ola bilər. Bəs niyə onda termodinamika qanunlarına görə entropiya (tərtibsizlik) artmaqdadır? Bu sualı soruşsanız, bir paradoksa səbəb olarsınız. Çünki qanunların olmamasının vacib olduğunu düşündüyünüz bir kainatı, bir qanunla sorğulamış olarsınız. Əslində təbiətdə bir çox şey heç də düşündüyümüz kimi hərəkət etmir. Məsələn, “Young təcrübəsi” ağlımızın iflasını hazırlayan ilk təcrübələrdəndir.

Young təcrübəsi, kvant mexanikasının izah edə bildiyi, ancaq ağla daha yaxın klassik fizikanın izah etməkdə çətinə düşdüyü bir təcrübədir. Bu təcrübəyə görə, iki yarıqlı bir maneə üzərinə bir-birindən müəyyən uzaqlıqda iki qaynaqdan işıq göndərilir. Maneənin digər tərəfində isə bir pərdə var. Bu pərdə üzərinə düşən işıq naxışını incələdikdə bunu anlayırıq: Fotonları hissəcik kimi düşünə bilmərik. Çünki hissəcik olsaydılar, pərdənin üstündəki təşəbbüs naxışı olmazdı. Bu naxış iki dalğanın təşəbbüs naxışını verir. Bu səbəblə fotonları, bəsit hissəciklər kimi düşünə bilmərik. Bəs fotonları dalğa kimi qəbul edə bilərikmi? Xeyir!.. Çünki pərdə üzərində olan xüsusi material sayəsində fotonların pərdəyə moment və enerji transferi əmələ gətirdiyini anlayırıq. Bu isə, fotonun hissəcik ionunun təsiridir. Bu vəziyyətdi dalğadırmi, yoxsa hissəcikdirmi? Foton nə hissəcik, nə də dalğadır. Ortada duallıq (ikilik) vardır, sanki ruh və bədən əlaqəsi kimi. Bu iki xüsusiyyəti eyni anda daşıyır. Biz onun dalğa xüsusiyyəti sayəsində fəza-zamandakı daşıdığı moment, vəziyyət kimi dəyərlərini ehtimallar çərçivəsində təyin edirik, hissəcik xüsusiyyəti sayəsində isə; daşıdığı enerjini və s.-ni təsbit edirik. Əslində anlamaqda çətinlik çəkdiyimiz bu vəziyyət qarşılaşdığımız qəribəlik deyil, insanların ağıl və məntiqinə qəribə gələn, kəşf edilməyi gözləyən bu əsrarəngiz səyahətinə olan marağıdır. Bəlkə də kvant dünyasına onun marağını cəzb edən insanın fitrətinə dərc edilmiş bəka (əbədiyyət) arzusudur,


  • Fotonlar
  • İşığın sürəti
  • Qara dəliklər
  • Göz möcüzəsi
  • KİMLƏRİN BARMAQ İZİ YOXDUR
  • Mühəndislik perspektivindən qiyamət
  • Turbulens
  • Tənqid psixolgiyası
  • İşıq və şüalar
  • Qarla gələn gözəllik
  • Ayın isti olduğu, gecənin isə olmadığı z ...
  • Bal pətəyinin riyazi sirləri
  • Öyrənmənin 7 prinsipi
  • Marsın Sirləri
  • Gil torpağın quruluşu və faydaları
  •  (Səslər #: 3)

     
    Baxılıb: 3012 Müəllif: Admin 2 İyul 2009 Şərhlər (1)

     

    1 Müəllif: special (12 İyul 2009 19:05)
     
    Oxudum yazdiqlarinizda cox boyuk heqiqet var, cox sag olun
     

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Mübarək üç aylar
    » Gil torpağın quruluşu və faydaları
    » Heliumun kəşfi
    » Şifrəmiz vücudumuzdur
    » Həyatın əsl mənası
    » Turbulens
    » Qənaət
    » Orxan adı haradan gəlir
    » RAMAZANDA QİDALANMAYA FİKİR VERİN
    » Hər ləkəni yuyan iksir
     
    Təqvim
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters