Təmizlik, tək tərəfli tədbirlərlə əldə edilən bir hal deyil. Böyük alimlər təmizliyi aşağıdakı mövzularla tədqiq etmişdir:
1 – Fərdi (bədən-paltar-qida) təmizlik
2 – Ev (mətbəx-hamam-ayaqyolu) təmizliyi
3 – Ətraf mühit (tullantıların uyğun şəkildə uzaqlaşdırılması) təmizliyi
4 – Kifayət qədər təmiz suyun təmin edilməsi.
Fərdi təmizlik deyiləndə bədən təmizliyi nəzərdə tutulur. Buradan da cilt, əl, ağız, burun, göz təmizliyi, saç, dırnaq, qoltuqaltı, üz, diş və ayaq baxımı nəzərdə tutulur. Dünya Səhiyyə Təşkilatının bədən təmizliyi, əl təmizliyi, ağız və diş baxımının əhəmiyyəti və mühafizəsi yollarına aid materiallar mövcuddur. Ancaq Dünya Səhiyyə Təşkilatının dırnaqların yoluxucu xəstəliklərdəki təsirinə, tüklərin təmizliyinə və yoluxucu xəstəliklərdəki
Uşaqlara; “Toyuq yumurtadan, yoxsa yumurta toyuqdan çıxdı?” deyə soruşarlar. Bu suala bənzər formada soruşsaq: “Qar yağdığı üçün hava soyuq olar, yoxsa hava soyuq olduğu üçün qar yağar?” Bu iki sual bir-birinə bənzəsə də cavabları fərqlidir. Məktəblərdə, ensiklopediyalarda və kitablarda “Qar nə üçün yağır?” başlığı ilə izah olunanlar, əslində qarın nə üçün yağdığına deyil, necə yağdığına aiddir. Çox vaxt “necə” və “nə üçün” suallarının düzgün istifadə edilib edilmədiyinə fikir verilmir.
“Qar nə üçün yağır?” sualına veriləcək doğru cavablar, “qar”ın yağmasının hikmətləridir. Bu hikmətləri, “qar”ın özündən bilmək böyük bir yanlışlıq olar. Bunlar ilahi hikmətlərdir.
Təbiətdən yamyaşıl bir pərdə, möcüzəvi bir mənzərə... Rəngarəng yarpaqlar; küləyin toxunması ilə, təfəkkür etməyin zövqü ilə özündən keçən bir alim kimi coşur. Ağacların budaqlarında quşlar oxuyur, meşənin kənarındakı yaşlı çinar ehtişamı ilə göz qamaşdırır və sanki meşəyə gözətçilik edir. İnsanlar başlarını qaldırdıqda, daxili hüzura qovuşur. Kainat kitabının bitkilər səhifəsindən gözəl bir meşə, sevinc qaynağı olur insanlara və ev sahibliyi edir o qədər canlıya. Pərdə dəyişir! Ağacların yerinə beton yığınları var. Bacalardan qalxan göz acışdıran duman şəhərin havasını əsir alıb sanki. Ağaclarda həyatda yaşamaq üçün mücadilə edən boynu bükük bir neçə quş oxuya bilmir. İnsanlar öskürür