Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə yaşayan türklər istər-istəməz gülürlər. Çünki onun adını eşidən kimi adamın yadına özündən asılı olmayaraq, onunla bağlı hansısa lətifə düşür. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda,Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq. Söhbət türk dünyasının məşhur oğlu, insanlara sağlam, mənalı gülüş bəxş edən və söylədikləri ilə həm də onları düşündürən Molla Nəsrəddindən gedir. Bu insan müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan türklərin hamısı üçün doğma, başqa sözlə, özününküdür. Belə ki, Anadoluda məhəbbətlə onu Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada - Türküstanda Xoca Nəsrəddin adlandırırlar. O, elə əfsanəviləşib ki, özbək onun Özbəkistanda, qazax Qazaxıstanda, tatar Tatarıstanda, türkmən Türkmənistanda, azərbaycanlılar Azərbaycanda anadan olduğunu güman edir. Əslində Molla Nəsrəddin həm azərbaycanlı,
Azərbaycanın böyük istiqlal şairi Əhməd Cavadın adı bu yaxınlarda Türkiyə Böyük Millət Məclisində (TBMM) səsləndi. Onun bütün Türk dünyasına göstərdiyi xidmətləri bir daha dilə gətirildi və xatirəsi yad edildi. TBMM-dəki Əhməd Cavad haqqındakı çıxışı olduğu kimi sizə təqdim edirik:
BİRİNCİ OTURUM
Açılma Saati: 15.05
21 Şubat 2006 Salı
BAŞKAN : Başkanvekili Ali DİNÇER
KÂTİP ÜYELER: Harun TÜFEKCİ (Konya) Ahmet Gökhan SARIÇAM (Kırklareli)
Müqəddəsliyi qarşısında ürəyimdə dolub-daşan sevgimi dilə gətirmək üçün Həzrəti-Məhəmmədin mübarək ruhuna poetik duyğularımla üz tutmaq cəsarətini özümdə tapdım. Ondan bir imdad rüzgarı əsdi üstümə. İçimdə oyatdığı məhəbbət yanğısını misra s ığalına layiqincə ayarlaya bildimsə, bu söz çələngim Onun ulu dərgahına qul borcum olsun! Qüsurlarım qədərindən artıq nəzərə çarparsa, bu, təkcə mənim suçum deyil: zaman utansın! Allahın, Onun Rəsulunun adını yasaq etmiş amansız bir imperiyada yetmiş il havadan, sudan, Günəşdən.., xülasə, yaşama şərtlərindən məhrum buraxılmış bir İslam ağacıyam mən! Yetmiş ildən sonra yenidən öz Peyğəmbərimə yönəlik şəkildə yaşamağa, pöhrə verməyə başladımsa, bu da Həzrəti-Məhəmmədin və onun uca dininin əvəzsiz möcüzəsi sayılsın gərək! Bir də qüsurları görməmək Rəsulullahın gözəl əxlaqından qaynaqlanır: Fəxri-Cahan Peyğəmbərimiz insanların ayıb və qüsurlarını araşdırmazdı.
Nur içində nur
Bu kirlənmiş dodaqlarla səni öymək nə günah! O dil-dodaq öysün səni-virdi Quran, Bismillah!