|
Dəniz və okeanlarda minlərlə sirli hadisələr cərəyan etməktədir. Dəniz dibini tədqiq edən yüzlərlə alim, heyrətləndiklərini bildirmiş və bu sirli dünya bir çox nəşriyyatda işıq üzü görmüşdür. Elə bu sirli dünyanın xüsusiyyətlərindeən biri də, dənizdə meydan gələn dəniz cərəyanlarıdır. Xarici görünüş etibarilə, bu cərəyanlar, küləyin təsiri ilə və yaxud da dənizin müxtəlif hissələrində mövcud olan müxtəlif miqdarlardakı duz səbəbilə meydana gəlirlər. Duzluluq nisbəti fərqli olan iki dənizi bağlayan boğazlarda meydana gələn cərəyanların xüsusiyyəti belədir: duzu az olan dənizin suları, duzu çox olan dənizə doğru üst cərəyan ilə, duzu çox olan dənizin suları isə az olanına alt cərəyan ilə hərəkət edir. Külək sayəsində meydana gələn və okeanlarda nəzərə çarpan böyük və müntəzəm cərəyanların yaranmasında "Alize" küləkləri rol oynayır. Şimal yarım kürəsindən şimal-şərqə doğru, cənub yarım kürəsində isə cənub-şərqdən ekvatora doğru fasiləsiz əsən alize küləklərinin təsiri ilə okeanın səth suları qərbə doğru hərəkət etməklə cərəyanların meydana gəlməsinə səbəb olur. Bu cərəyanlar, Atlantik Okeanda, Sakit Okeanda və Hind Okeanının cənubunda küləklərin meydana gətirdiyi ekvator cərəyanlarını əmələ gətirir. Bu cərəyanlar dünya qərbdən şərqə doğru dövr etdikcə və ekvatora doğru sürət get-gedə artdıqca, onları əmələ gətirən, alizelər kimi qərbə yönəlir və bu istiqamətdə qarşılarına çıxan quru parçalarına çarparaq qollara ayrılırlar. Bu qollardan bəziləri orta "enliklərdə" əsən qərb küləklərinin təsiri ilə axmağa davam edirlər. Bəzi qollar da əsas cərəyanın başlanğıç nöqtəsinə gələrək halqalar əmələ gətirirlər. Okean cərəyanlarının halqa halına çevrilməsinin səbəbi, yer kürəsinin dövr etməsi nəticəsində yaranan meyllərdir. Bu halqaların qərb hissəsində su istidir. Çünki bunlar ekvator bölgəsindən axıb gələn sulardır. Cərəyan halqalarının şərq hissəsində isə su soyuqdur. Çünki bu su, daha sərin yerlərdən axıb gəlmişdir. Həm də buralarda üst suların yerinə altdan soyuq dib suları çıxır. Cərəyan halqalarının ortası isə sabitdir. Buralarda bəzən dalğaların qopardığı və cərəyanların sürüyərək gətirdikləri su yosunları yığılır. Bunlara "Sargassum" su yosunları deyilir. Bu izahı verilənlər okeanların səthində görünən cərəyanlardır. Əslində isə okeanların dərinliklərində də sular sabit deyil. Qütb bölgəsində soyuyan səth suları ağırlaşaraq alta çökür və buradan ekvatora doğru hərəkət edirlər. Okeanların dərinliklərində yaşayan heyvanlar oksigen ehtiyacını bu dəniz dibi cərəyanlarından əldə edir. Əgər sular okeanın səthi ilə dibi arasında bu formada dövr etməsəydi, okean dibində oksigen müəyyən zamnandan sonra tükənər və buralarda heyvanların yaşaması imkansız olardı. Dib sularındakı bu dövran son dərəcə yavaşdır. Mühüm cərəyanlardan olan Qolfstrimi açıqlayaq. Qolfstrim, körfəz cərəyanı deməkdir. Şimal Atlantik Okeanındakı isti su cərəyanıdır. Florida ilə Kuba arasında yaranır. Cənub ekvator cərəyanının bir qolu Karib dənizindən keçərək Meksika körfəzinə daxil olur. Şimal ekvator cərəyanının bir qismi də, yenə Karib dənizindən keçərək Meksika körfəzinə daxil olur. Cənub və Şimal ekvator cərəyanlarının isti suları Meksika körfəzinin səviyyəsini yüksəldir. Körfəz sularının böyük əksəriyyəti Florida boğazından Atlantik okeanına axır. Qolfstrim şimala doğru sürətlə genişlənir. Hatteras burnu yaxınlığında genişliyi 300 milə çatır və sürəti çox azalır. Burada suyun temperaturu təsir sahəsi xaricində qalan Mərkəzi Atlantik Okean sularının temperaturundan sadəcə 3°C çoxdur. Bunun əksinə soyuq Labrador cərəyanından gələn sahil suları ilə arasındakı istilık fərqləri daha da yüksəkdir. İlıq və soyuq suların təması planktonun (plankton - sularda yaşayan və ancaq mikroskopla görülə bilən məxluqlar) kütləvi ölümünə səbəb olur və yemlərin bollaşması böyük balıq sürülərini cəlb edir. Bu cərəyan sayəsində Nyufoundland ərazisi dünyanın başlıca balıqçılıq bölgələrindəndir (Şimali Amerikanın şərqi). Nyufoundlanddan sonra Qolfstrim şimal şərqə doğru meyl edərək genişlənir. Temperatur 20°C-dən də aşağı, sürət isə yarım mildən az olur. Məhz bu səbəbdən, bəzi dəniz tədqiqatçıları burada Şimali Atlantik Okeanın əyildiyini söyləyirlər. Xüsusiyyətini itirən Qolfstrimin ilıq suları yavaş-yavaş yüksək enliklərə doğru hərəkət edərək Atlantik Okean hidrologiyasında yenə də mühüm rol oynayır. Skandinaviya limanları (Şimali Avropa) bu ilıq su sayəsində buz tutmur.
* cərəyanların təsirləri ən çox iqlim üzərində olur. Məsələn, Qolfstrim sayəsində Avropanın qərb sahilləri qış aylarında heç vaxt donmur və izotermik göstəricilər daha yüksək olur. Halbuki, eyni enlikdə Amerika sahilləri Labrador soyuq cərəyanının sayəsində iqlim soyuq olur və izotermik göstəricilər də daha aşağıdır.
* Balıqçılıq üzərindəki təsirləri çok böyükdür. Soyuq və isti su cərəyanlarının bir-birinə dəydiyi yerlərdə planktonlar bol olduğu üçün balıq da çox olur.
* Dənizlərdəki canlı həyat ancaq cərəyanlar sayəsində davam edir. Səthdəki oksigenlə zəngin suların aşağılara qarışması nəticəsində dib suları da canlanmış və həyat üçün münbit hala gəlmiş olur.
* Qitələrdən çaylar və erroziya ilə gəlib okeanların dibinə yığılan silikat, nitrat, fosfat kimi bir çox kimyəvi tərkiblər, dəniz bitki və heyvanlarının həyatı üçün lazım olan ünsürlərdən olub, dəniz diblərindən qalxaraq səth sularına yayılır və möhtac olan canlıların istifadəsinə hazır qida kimi təqdim olunur.
Küləklər, necə ki, havanın tarazlığı, buludların daşınması və bitki aləmi üçündürsə, dənizlərdəki bu dövran da hiss etdiyimiz və ya hiss etmədiyimiz bir çox dəqiq məqsədlər üçündür. Bir plan içində hər şeyi nizam və intizamla təqdir edən qüdrət, yerdə-göydə və dəniz diblərində də beləliklə özünü hiss etdirməktədir.
"Əmri ilə, dənizdə üzmək üçün gəmiləri sizə ram etdi, çayları da də sizə boyun əydirdi" (İbrahim/32).
BİR AĞAC KƏSSƏK NƏ OLAR?Şahmat haqqında nə bilirsiniz?..Qarla gələn gözəllikÇox axtarılan qızılTÜRK XALQLARININ COĞRAFİ KƏŞFLƏRİTailandMühəndislik perspektivindən qiyamətİki ada bir ölkəCoğrafiya tarixi - 2Okeanların turşuya çevrilişiGil torpağın quruluşu və faydalarıCoğrafiya tarixiMarsın SirləriAyın isti olduğu, gecənin isə olmadığı z ...Memar Əcəmi Naxçivani
|
|