Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif: vilkinson
Mövzu: Tunis
Müəllif: vilkinson
Mövzu: Tailand
Müəllif: vilkinson
Mövzu: Coğrafiya tarixi - 2
Müəllif: vilkinson
Mövzu: Ürək möcüzəsi
Müəllif:
Mövzu: Vətən
Müəllif: NEZ
Mövzu: TƏRAVİH NAMAZI
Müəllif: NEZ
Mövzu: Fotonlar
Müəllif: Aysel
Mövzu: Dəniz cərəyanları
Müəllif: xalid.nagiyev
Mövzu: Marsın Sirləri
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 0
Online yoxdur .

Qonaqlar: 1
Ümumi: 1

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

TÜRK XALQLARININ COĞRAFİ KƏŞFLƏRİ

 

 

 

 

 

 

alt

Qədim zamanlardan başlayaraq dünyanın ən böyük materiki olan Avrasiya məkanında formalaşan, onu öyrənən, kəskin təzadlı təbii mühitinə uyğunlaşan, təsərrüfat sahələrini mənimsəyən və ucsuz-bucaqsız bu yerlərə al-əlvan coğrafi adlar verən məhz türk xalqları olmuşdur. Onların formalaşdığı ərazilər qərbdə Aralıq dənizindən başlayaraq şərqdə Sakit okeana, şimalda Buzlu okeandan  cənubda Kərkük-Həmədan istiqamətində keçən 35 şim.e. qədər uzanırdı. Türk xalqlarının  yayıldığı geniş Avrasiya ərazilərində oxşar toponimlərə tez-tez rast gəlinir. Bunun başlıca olaraq iki səbəbi vardır : birinci, müxtəlif ərazilərdə bir dil ailəsinə mənsub dillərlə danışan xalqların məskunlaşması; ikinci, yerin mənfi və müsbət relyef formalarının çalarlarını bildirən sözlərin eyni olmasıdır. B.Ə.Budaqov yazır: «Türk dilli xalqların yayıldığı 10 mln.km2 – ərazilərdə yaşayan xalqlar arasında baş vermiş miqrasiya zamanı onlar ilk növbədə müqəddəs olan coğrafi, eləcə də şəxs adlarını özlərilə apararaq toponimik estafeti nəsildən-nəsilə, ərazidən əraziyə köçürmüş və beləliklə, onları yaşatmışlar».

Mərkəzi Asiyanın tarixinə dərin təsir göstərmiş qüdrətli köçəri xalqlardan biri də türk mənşəli hunlar (B.Ə.Budaqov, Türk uluslarının yer yaddaşı. Bakı, 1994, səh.87) olmuşlar. Hunların əsas yaşayış yerləri Mərkəzi Monqolustan və Transbaykalda olan hündür düzənliklər idi. Onların başçısı Mete xan e.ə. 209-cü ildə şərqə doğru hərəkət edərək Mancuriyanı, sonra şimala Böyük göl adlanan Baykalın cənubunu, Yenisey çayının yuxarı axınlarında yerləşən Tuva çökəkliyini, qərbdə Altay dağlarını, İrtış vadisini, cənubi Ural çöllərini tutmuşdur.

Sonrakı illərdə hunlar lap Avropanın içərilərinə qədər gedib çıxmışlar. Qərbi hunlar Qara və Azov dənizləri sahillərində məskən salmış və Dunay boyu əraziləri mənimsəmişlər. Bizim eranın beşinci əsrinin əvvəllərində hunlar Dunay sahillərində möhkəm dövlət yaradırlar və Atillanın başçılığı ilə 452-ci ildə hətta İtaliyaya gedib çıxmışlar. Şərqdə isə Çin hunlarla ticarət əlaqələrini genişləndirmək üçün e.ə.156-cı ildə «sərhəd bazarları» açırdı.

Beləliklə, e.ə. II-I əsrlərdə hunlar şərqdə Böyük Xinqana söykənən, qərbdə İrtış vadisinə çatan, şimalda Baykal gölündən başlayıb cənubda Qobi səhrasına qədər uzanan bir imperiya yaratmışlar. Ona görə də bütün əsaslarla deyə bilərik ki, Mərkəzi Asiyanın şimal hissəsini – Monqolustanı, Qərbi Sayanları, Altayı, Transbaykaliya və Baykal gölünün ilk kəşfçiləri məhz hunlar olmuşdur (şəkil 2).

VI əsrin ortalarından başlayaraq Asiyanın siyasi səhnəsinə yeni fəal qüvvə kimi Türk xanlığı daxil olur. Göstərilən dövrdə türklər xüsusi Orxon yazı icad edirlər. Daş üzərində həkk olunmuş belə yazılı abidələrdən görünür ki, türklər Şimali Monqolustan, Yenisey vadisi, Baykal ətrafı, Altay, Şərqi Türküstan, Orta Asiya və hətta Avropada Dunaya qədər olan ərazilərdə yayılmışlar.

Artıq 560-cı illərin əvvəllərində türklər Qazaxıstan çöllərini bütövlükdə öz tərkibinə qatırlar. Eyni vaxtda şərqə doğru hərəkət edərək Mərkəzi Tuvaya, Yeniseyin yuxarı axınlarına daxil olurlar. Türklər Anqara çayının  Yeniseylə qovuşduğu yerə çıxaraq ətrafda olan yerli tayfaları özlərinə tabe edirlər. Qərbi Sayanların qarlı aşırımını keçən türklər Minusink çökəkliyinə daxil olurlar, buradakı qırğız tayfalarının torpaqlarını zəbt edirlər və bununla da orta Yeniseyin kəşfinin əsasını qoyurlar.

Şərqdə bilavasitə Çin ərazilərinə söykənən Türk xaqanlığı Mərkəzi Asiyadakı Soqdiyanadan keçib qərbə doğru uzanan ticarət yollarını öz nəzarəti altında saxlayırdı. Həmin yollarda türk, ərəb, iran və b. tacirlər sərbəst fəaliyyət göstərirdilər.

Mərkəzi Asiyadakı türklərin hökmranlığı dövründə soqdiyanalılar nəinki ticarətlə həm də yeni torpaqları məskunlaşdırmaq fəaliyyəti ilə də məşğul olurdular. Yaranmış əlverişli şəraitdən istifadə edən soqdiyanalılar VI əsrin ikinci yarısında böyük məsafə qət edərək Yeddigöl-dən (Semireçye –rus.) Baykala gəlib çıxırlar və Anqara çayı sahillərində məskunlaşaraq, özləri ilə gətirdikləri yüksək əkinçilik mədəniyyətini yayırlar. Onlar hətta Anqara və Yenisey çayları vasitəsilə lap şimala üzərək hazırkı İqarka şəhərinə qədər gəlib çıxırlar. Mərkəzi Asiyanın müxtəlif cənub malları şimala qədər aparılırdı. Əks istiqamətdə isə qiymətli xəz dərilər gətirilirdi. Deməli, məhz Mərkəzi Asiyanın türk tacirləri belə böyük əraziləri əhatə edən şimal-cənub ticarətinin ilkin əsasını qoyanlardan olmuşlar.

altÇingiz xanın sərkərdəliyi altında monqollar böyük imperiya yaradırlar. Onlar Baykal ətrafını, Amur çayının yuxarı axınlarını öz imperiyasına qatdıqdan sonra ucsuz bucaqsız Kulunda, Barabi və İşim çöllərini tuturlar və Orta Urala qədər qalxırlar. Orta Asiyanı tutan Çingizxan Səmərqəndi öz iqamətgahına çevirir. Çingiz xanın dövründə monqollar ilk dəfə  Burkan-Kaldun yaylasının (hazırkı Xanqay) və buradan öz mənbəyini götürən doqquz çayın, o cümlədən Kerulen, Onon (Amurun hövzəsi) və Selenqanın bir sıra qollarının coğrafi səciyyəsini vermişlər.

Monqollar ilk dəfə Kem çayının (Yenisey) böyük hissəsi ilə tanış olurlar, onun Anqaraya töküldüyünü ehtimal edirlər, bu çayın isə Böyük dənizə (Kara d.) axdığını, hər yerdə çoxlu gümüş yayıldığını qeyd edirdilər.

Artıq XIII əsrin birinci yarısında monqol-tatar feodal imperiyası geniş əraziləri: Monqolustanı, Şimali Çini, Koreyanı, Tanqutu, Mərkəzi və Orta Asiyanı, Zaqafqaziyanı, İranı, Əfqanıstanı əhatə edirdi. Rusiya ərazisi Qızıl Ordanın vassalı vəziyyətinə düşmüşdür. Volqa-Kama torpaqları və qıpçaq çölü Qızıl Ordanın tərkibinə qatılır. Monqol-tatarları tutduqları ərazilərdə, o cümlədən Rusiyada ən böyük ziyanı şəhərlərə vururdular, onların çoxunu dağıdırdılar. Belə ki, həmin şəhərləri özləri üçün təhlükəli müqavimət mərkəzi sayırdılar.

Çingiz xanın Səmərqənddə olan iqamətgahına dəvət etdiyi Çan Çunya türk xalqlarının əraziləri haqqında  zəngin materiallar toplamışdır. Pekindən hərəkətə başlayan Çan Çunya Xalxin Qol çayını, Şimali Monqolustanı, Altay dağlarını, Şərqi Tyan-Şanı seyr edir. O, Tyan-Şan dağları haqqında yazırdı: buludlar qədər hündür, qum dənələri qədər ağdır». Tyan-Şanın Cunqariya düzənliyinə baxan şimal yamacından keçərək qərb istiqamətində hərəkət edən Çan (Sayram-Nur duzlu gölün ətrafına fırlanaraq İli, Talas çaylarının vadisinə enir və 1221-ci ildə gəlib Səmərqənd şəhərinə çatır. Çan Çunya keçdiyi ərazilərdəki yayla və dağlar, çaylar, göllər, səhralar haqqında qiymətli məlumatlar verir. Onun sadaladığı coğrafi adların çox böyük əksəriyyəti türk mənşəlidir. Bu da Mərkəzi Asiyanın məskunlaşmasında türk xalqlarının böyük zəhmətinin sayəsində əldə edilmişdir. Mərkəzi Asiyada ticarətin inkişafında, onun yollarının qorunmasında əsrlər boyu bu yerlərin hökmranları olmuş türk xalqlarının rolu  danılmazdır.

Türk xalqlarının yetişdirdiyi bir sıra görkəmli alimlər riyazi coğrafiyanın, astronomiyanın inkişafında Asiyanın və xüsusilə Yaxın və Orta şərqin öyrənilməsində əsas rol oynamışlar. Bu alimlərin bir çoxu öz  yaradıcılığını o dövrün iri elm və mədəniyyət mərkəzlərində, o cümlədən Bağdadda, Səmərqənddə, Marağada davam etdirirdilər.

Böyük türk alimi Əl-Xarəzmin kitabları coğrafiya və astronomiyanın riyazi hesablama məsələlərinə və həmçinin məntəqənin coğrafi enliyi və uzunluğunun dəqiq müəyyən edilməsinə və s. həsr olunmuşdur.

Əl-Xarəzmin «Yerin mənzərəsi kitabı» hətta ərəb coğrafiya Ədəbiyyatının simasını müəyyən edirdi. Onun kitabında Yerin 2402 məntəqəsinin koordinatının müəyyən edilməsinin özü coğrafiya tarixində təqdirə layiq hesab olunurdu.

Xarəzmli böyük ensiklopediyaçı alim Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün  uzun səyahətləri zamanı İran yaylasını, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materiallar və özünün empirik müşahidələri əsasında Hindistana həsr olunmuş iri həcmli əsər yazmışdır. Orta Asiyanın topoqrafiyasına dair əsərində Amu-Dərya çayının bir neçə dəfə öz yatağını dəyişməsi barədəki tədqiqatları xüsusilə maraqlıdır. Əl-Biruni Yerin günəş ətrafında hərəkətini Kopernikdən 500 il əvvəl söyləmişdir. Dünyanın bir çox ölkələri, şəhərləri, o cümlədən Azərbaycanın o zaman məlum olan böyük şəhərlərinin enlik və uzunluq dairələrini göstərmişdir. Ömrünün sonuna yaxın yazdığı «Mineralogiya» kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi, xarakteri və mədənləri haqqında geniş məlumat vermişdir.

Orta Asiyanın ilk türkşünas-ensiklopediyaçı alimi Mahmud Kaşqari həm də coğrafiyaşünas və səyahətçi olmuşdur: «türklərin bölgələrini, kəndlərini və çöllərini qarış-qarış gəzmişdir. Uzun illər o, türk, oğuz, qırğız şəhərlərini, kəndlərini, düşərgələrini dolaşaraq onların lüğətini yazmışdır». Nəticədə M.Kaşqari Xəzərin şərq sahillərindən başlamış Lobnor gölü meridianına və İli çayı enliyindən Kaşqariyanın cənub sərhədlərinə qədər olan geniş ərazini öyrənmiş, Orta və Mərkəzi Asiyanın bir hissəsinin ilk rayonlaşdırılmasını aparmış və türk xalqları və abidələrinin məskunlaşma sərhədlərini və yerlərini böyük dəqiqliklə müəyyən etmişdir.

Onun məşhur «Divani-lüğət it-türk» (1072-74) əsərində türk qəbilələri, çoxlu dağ, çay, göl, ölkə və dövlətlər haqqında geniş məlumatlar toplanmışdır. Tyan-Şan və Yeddigöllük, İssık-Kul gölü, Balasaqun dağları (Qırğızıstanda), Altay vadisi və İli çayı və s. ən müfəssəl şəkildə səciyyələndirilmişdir. O, Narının yuxarı hövzəsində olmuş, Çatırgöl və Siziç (Songöl) gölünü qeydə almışdır. «Divan»ın sonuna əlavə olunmuş xəritə Mahmud Kaşqari dövründə türkdilli xalqların yaşadığı ərazilərin təsvirini verən ilk xəritədir. O, bir sıra paralel formada düzülmüş Qərbi Tyan-Şan dağ sistemini öz xəritəsində daha düzgün əks etdirmişdir. Kaşqari Manqışlak (Manqıstan) yarımadası ilə də tanış idi – bu yarımadaya ilk dəfə məhz onun xəritəsində rast gəlinir.

Türk xalqlarının tarixi coğrafiyanın formalaşmasında Azərbaycan alimləri də gözəl töhfələr vermişlər. Orta əsrlərin məşhur Azərbaycan astronomu, riyaziyyatçısı, Marağa rəsədxanasının əsasını qoyan Məhəmməd Nəsrəddin Tusi (1201-1274) Yerin fəzada vəziyyətini göstərmiş və dərəcə torunu tərtib etmişdir. Astronomiya və coğrafiyaya aid qiymətli mülahizələr irəli sürmüşdür. Tusinin Təbriz yaxınlığındakı rəsədxanası uzun illər ali tədris mərkəzi kimi fəaliyyət göstərmişdir. M.N.Tusi triqonometriyanın əsasını qoymuşdur. Onun ölkə iqtisadiyyatına, idarəetməyə, şəhər təsərrüfatının təşkilinə aid qiymətli fikirləri olmuşdur.

XV əsrdə yaşamış ərəb və fars dillərində yazmış Azərbaycan alimi Əbdürrəşid İbn-Saleh Bakuvini (1402-1473) coğrafiyaya aid bir sıra qiymətli əsərləri bizə gəlib çatmışdır. Onun «Abidələrin» xülasəsi və qüdrətli hökmdarın möcüzələri kitabı akad. Z.M.Bünyadzadə tərəfindən ərəb dilindən rus və azərbaycan dillərinə tərcümə edilmişdir. Bu kitabda Yer səthi yeddi iqlim qurşağına ayrılmış, bu qurşaqların əhatə etdiyi ölkələr, şəhərlər, iri yaşayış yerləri və tarixi abidələri haqqında müxtəlif məlumatlar verilmişdir.

Bakı haqqındakı məsələlərə geniş yer verilmiş, müəllif barədə qiymətli mülahizələr yazılmışdır. O, Bakıda anadan olmuş və Qahirədə vəfat etmişdir.

 

Mənbə:

- "Coğrafiya tarixi", Tapdıq Həsənov, Əbdürrəhim Hacızadə, Bakı, 2001


  • Coğrafiya tarixi - 2
  • Coğrafiya tarixi
  • İSKƏNDƏR MÜNŞİ
  • Orxan adı haradan gəlir
  • Mahmud Zəncani
  • Güldürən düşündürən insan- Molla N& ...
  • Memar Əcəmi Naxçivani
  • Azərbaycan ordusu dünənimizin, bu günümüz ...
  • Dəniz cərəyanları
  • Azərbaycan ordusu dünənimizin, bu günümüz ...
  • Şahmat haqqında nə bilirsiniz?..
  • Mühəndislik perspektivindən qiyamət
  • Bekkerelin Sələfi
  • Ulduzların sirləri
  • Öyrənmənin 7 prinsipi
  •  (Səslər #: 15)

     
    Baxılıb: 5008 Müəllif: Admin 13 İyun 2009 Şərhlər (3)

     

    1 Müəllif: Secret of a Castle (15 Oktyabr 2009 14:51)
     
    VI əsrin ortalarndan başlayaraq Asiyann siyasi səhnəsini yeni fəal qüvvə kimi Türk xanları daxil olur. Göstərilən dövrdə türklər xüsusi Orxon yazı icad edirlər

    Bu fikir sıhvdir. çünki, hl miladdan öncə 5ci yüzilliyə aid Esik kurqanindan bu yaziyla yazilmış mətn aşkarlanıb.
     

     

    2 Müəllif: gunay mirzeyeva (13 Noyabr 2009 00:25)
     
    salamlar.bu gozel melumat lara cox saq olun.size derin tesekkurlerimi bildirirem.tapa bilmediklerimi burda tapdim
     

     

    3 Müəllif: Fizuli Sardarov (24 May 2010 15:04)
     
    Her seye gore tesekkur!
     

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » Coğrafiya tarixi - 2
    » “Allah” sözündəki möcüzə
    » RAMAZANI NECƏ BAŞA DÜŞƏK
    » Ürək möcüzəsi
    » Ulduzların sirləri
    » Bal pətəyinin riyazi sirləri
    » Fotonlar
    » Tənqid psixolgiyası
    » Nizami Gəncəvinin qələmindən Allah - 1
    » Tailand
     
    Təqvim
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters