Gecə vaxtı açıq havada göy üzünü seyr edərkən müxtəlif rəng və parlaqlıqdakı ulduzların meydana gətirdiyi o inanılmaz və möhtəşəm mənzərənin içindən bir ulduzun parlaq bir cizgi cızaraq sürüşüb getdiyini şübhəsiz ki, görmüsünüz.
Bəziləri ürəyində bir dilək tutar, guya ulduz sürüşəndə o ulduzun öləcəyi və ölmədən əvvəl dilək diləyənin arzusunun yerinə yetəcəyi inancı çoxumuza məlumdur.
Xalq arasında ulduz sürüşməsi kimi tərif edilən bu hadisənin əslində ulduzlarla heç bir əlaqəsi yoxdur. Ulduzlar yerdən milyardlarla
Gecələr səmanı seyr etsək, hələ gecə də aydındırsa, milyonlarla nöqtələr kimi ulduzları görərik və bəzən bu işıqlardan düz və ya əyri xətlər cızıldığını görərik. Xüsusilə avqust aylarında daha çox görə bildiyimiz bu işıqlı oxlar quyruqlu ulduzlar kimi, çoxu onlardan qopmuş, Günəş Sisteminə aid hissələrdir. Əslində ulduzlar çox böyük və çox uzaqdadırlar. Onlar da bir günəşdir, hətta günəşlərin də günəşidirlər. Məsələn, Veqa ulduzu günəşdən 50 dəfə daha böyükdür. Orion Rigel ulduzu isə 50.000 dəfə daha güclüdür.
Günəş sistemi sadəcə “bir ulduz, doqquz planet, planetin peykləri, asteroid və quyruqlu ulduzlar”dan ibarətdir formasında bir tərif desək də, bu, cisimlərin orbitləri ilə əlaqədardır. Ölçülər mövzusunda isə qarşımıza daha qəribə bir portret çıxır. Planetləri böyüklüklərinə görə iki qrupa bölmək olar: Yupiter, Saturn, Uran və Neptunun tərkibində olduğu ilk qrupdakı planetlər, tərkibində Yer kürəsinin də olduğu digər qrupdakı planetlərdən yüz dəfələrlə daha böyük soyuq qaz toplarıdır.
Qaradəlik məvhumunun tarixi nə vaxtdan başlayır? Qaradəlik məvhumu ilə ümumi nisbilik nəzəriyyəsi arasında nə əlaqə var? Qaradəlik ancaq bir fərziyyədirmi?
Kosmologiyanın gündəliyini müəyyən edən məvhumlardan biri də qaradəliklərdir. Bu adı icad edən Con Velerdir. Mövzu Eynşteynin ümumi nisbilik nəzəriyyəsindən götürülmüşdür. Bu mövzuda iki böyük aparıcı alim S. Havkinq və R. Penrousdur. Havkingin vurğuladığı kimi “ümumi nisbilik hər müşahidə ilə ahəng təşkil edən gözəl bir nəzəriyyədir.” Qara dəliklərin varlığı demək olar ki, müşahidə olundu. (R. Penrous, 1994)
NASA tədqiqatçılarının bir qrupu yenidən iddia ediblər ki, Marsı hansısa sivilizasiyanın məhsulu kimi qələmə vermək düz deyil.
NASA-da Marsın tədqiqi ilə uzun illər məşğul olan və beynəlxalq aləmdə kifayət qədər tanınan tədqiqatçıların bir qrupu yenidən iddia ediblər ki, bu sirli planet səthində müşahidə olunan proseslər təbii yollarla baş verir və onu hansısa sivilizasiyanın məhsulu kimi qələmə vermək düz deyil.