Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif: vilkinson
Mövzu: Tunis
Müəllif: vilkinson
Mövzu: Tailand
Müəllif: vilkinson
Mövzu: Coğrafiya tarixi - 2
Müəllif: vilkinson
Mövzu: Ürək möcüzəsi
Müəllif:
Mövzu: Vətən
Müəllif: NEZ
Mövzu: TƏRAVİH NAMAZI
Müəllif: NEZ
Mövzu: Fotonlar
Müəllif: Aysel
Mövzu: Dəniz cərəyanları
Müəllif: xalid.nagiyev
Mövzu: Marsın Sirləri
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 1
Googlebot

Qonaqlar: 2
Ümumi: 3

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

İSKƏNDƏR MÜNŞİ

 

 

 

 

 

 

alt

Tanınmış Səfəvi tarixçisi, məşhur "Tarixi-aləm arayi-Abbasi" ("Dünyanın bəzəyi olan Abbasın tarixi") əsərinin müəllifi İskəndər bəy Türkmən Məhəmməd Yusif Müvərrix 1560/61-ci ildə sayılan türk soylarından olan Türkmən tayfasının tanınmış ailələrindən birində doğulmuşdur.

Erkən yaşlarında, hələ ilkin təhsilini də bitirməmiş İskəndər o zaman "siyaq" adlanan mühasib sənətini öyrənmək işinə girişir və sonradan buna da peşiman olur. Dövrünün iqtisadi biliklərinin əsaslarını mənimsəyən İskəndər Münşi bir çox dövlət xadimləri ilə bir sırada çalışır, hətta hərbi yürüşlərdə də iştirak edir. Sonradan, professor Əbülhəsən Rəhmaninin də yazdığına görə, o, "yorucu mühasiblik sənətindən üz döndərir və dövrünün oxumuş adamlarının tə'siri altında cidd -cəhdlə katiblik sənətini öyrənməyə girişir. Az sonra epistolyar ustalığın bütün incəliklərinə yiyələnir ki, şah Abbasın dəftərxanasında xidməti işə girə bilsin. "1592/93-cü ildə İskəndər Münşi I şah Abbasın sarayında "böyük katib" (münşi) vəzifəsinə götürülür və paytaxt İsfahana köçürülərkən şahla birlikdə oraya gedir. Burada ev-eşik sahibi olan İskəndər bəy ailəsi ilə bütün ömrünü İsfahana bağlayır.

Münşinin doğulduqu ailə barədə mə'lumatlar çox azdır. Özünün "Tarix"ində İskəndər bəy yaxın qohumlarından biri Gilan vəziri olmuş qardaşı oğlu Məhəmməd Saleh barədə o dövrün ən savadlı adamlarından biri kimi bəhs edir. İskəndər Münşi dostları arasında böyük Azərbaycan alimi Nəsirəddin Tusinin nəslindən olan şahın birinci vəziri Hatəm bəy Ordubadini yada salır. Bə'zi tədqiqatçıların fikrincə, məhz onun himayədarlığı sayəsində İskəndər bəy "münşilər" sırasına daxil ola bilib. İskəndər bəy birinci vəzirin birbaşa rəhbərliyi altında çalışır və Hatəm bəyin ömrünün sonuna qədər (1610/11) hər yerdə onu müşaiyət edir. Onlar I şah Abbasın hərbi yürüşlərində, ölkə daxilindəki səyahətlərində, səfərlərində, ovlarında, saraydakı qəbullarında bir yerdə iştirak edirlər. Hərbi səfərlərdən birində, Hatəm bəy şahı öz vətəni Ordubada də'vət edir. İskəndər bəy də orada olur və Ordubadın "səfalı təbiətini, bərəkətli meyvə bağlarını, şəffaf və xoş sulu bulaqlarını" böyük həvəs və məhəbbətlə təsvir edir. Bundan başqa o öz əsərində Hatəm bəyin şəcərəsini də verir və onun soyunun Səfəvilər dövlətinin yaranıb formalaşmasındakı xidmətlərini göstərir.

İskəndər Münşinin karyerası şah İsmayıl Xətainin yaratdığı möhtəşəm Qızılbaşlar dövləti daxili çəkişmələr və mərkəzi hakimiyyətin zəifləməsi nəticəsində siyasi və iqtisadi böhran keçirdiyi bir vaxtda başlanır. Belə bir vəziyyətdə hakimiyyətə gələn şah Abbas qızılbaş əyanlarının tə'sir dairəsini xeyli daraldır, paytaxtı İsfahana köçürür və keçmiş şöhrətini qaytarmaq uğrunda mübarizəyə başlayır.

İskəndər Münşi şah Abbası onun Azərbaycan uğrunda apardığı 5 illik bütün mübarizəsi boyunca müşaiyət edir. O, Azərbaycanı qarış-qarış gəzir, Təbriz, Ərdəbil, Naxçıvan, Əhər, Xoy, Maku, Gəncə, Ordubad, Şamaxı, Bakı və digər şəhərlərdə olur. Şah Abbasın 1599-1601-ci illərdəki Xorasan və 1625-ci ildəki İraq yürüşlərində iştirak edir. İrana, İraqa və digər yaxın ölkələrə səyahətlər edir, burada baş verən bir çox tarixi hadisələrdən xəbər tutur, şahın qəbullarında, ov səfərlərində onun yanında olur. Bütün bunlar ona özünün şah əsəri olan "Tarixi-aləm arayi-Abbasi" əsərini yazmaq üçün zəngin material verir. Tarixçi həmin əsərində bütün müşahidələrini və Səfəvi dövlətinin ilk dörd hökmdarının zamanında baş verən ictimai-siyasi hadisələri təsvir edir. Bundan başqa o, həmin əsərində öz oxucularını dövrün ən görkəmli siyasətçiləri, din xadimləri, şairləri, rəssamları, xəttatları, musiqiçiləri və müğənniləri ilə tanış edir.

Müəyyən iqqisadi təhsilə yiyələnmiş İskəndər Münşi ölkənin maliyyə problemlərinin həllində də yaxından iştirak edir. Həmin bilikləri bə'zi məqamlarda bu tarixi yazmaqda da ona kömək edir.

İskəndər Münşinin əsəri iki cilddən ibarətdir və Səfəvilər dövlətinin tarixi üzrə olduqca qiymətli bir mənbədir. Bu əsər həmin dövrün oxşar tarixi əsərlərindən fərqlənir. Tanınmış Azərbaycan tarixçisi Oqtay Əfəndiyevin də yazdığı kimi: "O, öz sələflərinin yazdıqlarını sadəcə olaraq, təkrarlamır, çalışır ki, tarixi materialları dərk etsin, bir çox hallarda isə hadisələrə öz yozumunu verir. O, bə'zən hətta ictimai hadisələrin zahiri cəhətlərindən sərf-nəzər edir, xronoloji qeydlərə uymur, əksinə, hadisələrin məzmun və mahiyyətini açmağa cəhd göstərir. Bu mə'nada o, öz dövrünün yalnız faktları sadalamaqla kifayətlənən, bununla da xronist olan digər tarixçilərindən bir baş yuxarıda durur."

Bundan başqa həmin kitabı oxşar əsərlərdən fərqləndirən əsas cəhət bütövlükdə ölkənin və onun ayrı-ayrı vilayətlərinin iqtisadi həyatını dərindən təhlil etmək cəhdidir. Burada şah Abbasın vergi siyasəti, vergilərin yığılması yolları, sənətkarların, tacirlərin və başqa peşə adamlarının maliyyə vəziyyəti, mə'murların maliyyə fırıldaqları barədə mə'lumatlar tapmaq mümkündür. Kitaba xas olan cəhətlərdən biri də tarixçinin şah fərmanlarından, çoxlu sayda rəsmi sənədlərdən sitatlar gətirməsidir.

Münşinin başqa bir əsəri "Zeyli tarixi aləm arayi-Abbasi" (Dünyanın bəzəyi olan Abbasın tarixinin davamı) adlanır. Bu əsər I Səfinin hakimiyyət dövründən bəhs edir. Əsər müəllifin qəfil ölümü ilə tamamlanmamış qalmışdır.

İskəndər Münşi də o dövrün əksər oxumuş adamları kimi şe'rlər yazmış və xəttat sənətinin texnikasına dərindən bələd olmuşdur. Münşinin qələminə məxsus şe'rlərə məşhur tarix əsərinin ayrı-ayrı yerlərində rast gəlinir, ancaq onun ayrıca "Divan"ı olduğu mə'lum deyil. Sənətkarın çağdaşlarından birinin verdiyi mə'lumata görə isə Münşi nəstə'liq xətti ilə gözəl yazmış, sür'ətli yazı qaydalarını kamil bir tərzdə mənimsəmişdi.

İskəndər Münşi 1634-cü ildə Təbrizdə ömrünün 75-ci ilində vəfat etmişdir.

Tarix elminin görkəmli abidəsi sayılan "Tarixi aləm arayi-Abbasi" kitabının müxtəlif əlyazma nüsxələri dünyanın bir çox iri kitabxana və muzeylərində saxlanır. Bu əsər dünyanın bir çox dillərinə tərcümə edilmişdir. Dünyanın ən görkəmli alimləri XVI-XVII əsrlər Azərbaycanının sosial-iqtisadi, siyasi və mədəni həyatına dair ən qiymətli mənbə kimi bu əsərə istinad edirlər.



Mənbə: memorial.aznet.org

 


  • Coğrafiya tarixi
  • TÜRK XALQLARININ COĞRAFİ KƏŞFLƏRİ
  • Coğrafiya tarixi - 2
  • Mahmud Zəncani
  • Memar Əcəmi Naxçivani
  • Güldürən düşündürən insan- Molla N& ...
  • Azərbaycan ordusu dünənimizin, bu günümüz ...
  • Azərbaycan ordusu dünənimizin, bu günümüz ...
  • Öyrənmənin 7 prinsipi
  • Orxan adı haradan gəlir
  • Azərbaycanda kredit sistemi
  • Heliumun kəşfi
  • Marsın Sirləri
  • Şahmat haqqında nə bilirsiniz?..
  • Yaponların kağız əfsanəsi: oriqami
  •  (Səslər #: 6)

     
    Baxılıb: 3106 Müəllif: Admin 16 İyul 2009 Şərhlər (3)

     

    1 Müəllif: special (16 İyul 2009 17:04)
     
    teshekkwrler men hech onu tanimirdim sayenizde oyrendim
     

     

    2 Müəllif: Kudrjashov (15 Avqust 2009 09:55)
     
    Отлично! в ожидании продолжения!
     

     

    3 Müəllif: Виноградов (22 Avqust 2009 01:34)
     
    Прекрасно! ждемс продолжения! есть смысл зайти новости недвижимости
     

     

    Şərh yaz
     

     

    Include security image CAPCHA.
    Kodu yenilə



     
     

     

    Ən Baxımlılar
     
     
    Səs Vermə
     
    Ordan-Burdan
    » İSKƏNDƏR MÜNŞİ
    » Göz möcüzəsi
    » Tailand
    » Tənqid psixolgiyası
    » TƏRAVİH NAMAZI
    » Beyin fırtınası və düşünc ...
    » Şifrəmiz vücudumuzdur
    » Gözlənilən xilaskar
    » Allah-Təalaya yaxınlaşma fürsəti
    » Güldürən düşündürən ins ...
     
    Təqvim
    «    May 2012    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     
     
     
    Statistika
    Top Contributors:
      1    Admin 83
      2    hazin 5


    Articles:
      This Hour: 0
      Today: 0
      This Month: 0
      All Time: 86


    Membership:
      Registered Today :0
      This Hour:0
      This Month:0
      Total:25
      Banned:0

    Yeni Üzvlərimiz:
    lsiurog3
    arcer
    habroider
    laztmf207
    Dron_kss_1
    Profinol
    serjksomov
    Titanolic
    chekushka
    Starters