Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: ƏDƏBİYYAT ::

Ana Səhifə

Ədəbiyyat

 
 
 
 

ƏDƏBİYYAT

Abdulla Şaiq

Yetməyibdirmi zəmani-ittifaq?

Milləti-İslami abad eyləyin,

Həm Xuda, Peyğəmbəri şad eyləyin.

Tərk edin cümlə məzahib söhbətin

Kəsb edin Qurani-Münzəl ülfətin

Tanrı bir, Peyğəmbər və Quran bir

Qiblə bir, Əhkam bir, Fürqan bir,

Bəs nə bais olmuş etmək ixtilaf?

Hərzə-hərzə söyləmək lafü-kəzaf

Bu məzahib söhbətin həp rədd edin.

Ol münafiq kəsləri mürtəd edin

Həm Xuda, Peyğəmbəri yad eyləyin

Şaiq xəstəni şad eyləyin.

 İzahı

 Birliyin vaxtı gəlib çatmayıbmı?

İslam ümmətini abad edin, dirildin,

Həm Allahı, həm də Peyğəmbəri sevindirin.

Bütün məzhəb söhbətlərini bir kənara qoyun

Nazil olmuş Quranın məhəbbətini, dostluğunu qazanın

Allah bir, Peyğəmbər və Quran bir

Qiblə bir, Hökmlər bir, Doğrunu səhvdən ayıran Quran bir,

Bəs nəyə görə ixtilafa düşürsünüz?

Boş-boş danışmayın, bu məzhəblər söhbətini rədd edin.

Münafiqləri, ikiüzlüləri, riyakarları uzaqlaşdırın özünüzdən.

Allahı, Peyğəmbəri anın

Dərdli Şaiqi sevindirin.

 

 

 

 

 

     

© 2005-2008 Bütün Haqları Qorunur - Akademiya.Net