|
DUA
SƏHİFƏSİ
Allahım!
Surətimi gözəl etdiyin kimi, əxlaqımı da gözəl eylə!
***
Allahım, Sevgini və
Səni sevənin sevgisini və
Səni sevməyə məni yaxınlaşdıranın sevgisini
mənə nəsib et.
***
Allahım! Bizi səadət, salamat, Quran və iman əhlindən eylə,
amin. Allahım, Peyğəmbərimiz Həz. Məhəmmədə (s.a.v.) və alinə və
əshabına, nüzulundan bu günümüzə qədər Quran oxuyan hər bir
oxuyucunun oxuduğu hər bir kəlmənin, hava dalğalarının aynalarında
Rəhmanın izni ilə əks edən bütün kəlmələrinin bütün hərfləri
ədədincə salat və salam eylə. Və bunlar ədədincə, bizə, ana və
atamıza, kişi və qadın bütün möminlərə rəhmətinlə mərhəmət et, ey
Ərhamurrahimin. amin. Aləmlərin Rəbbi Allaha həmd olsun.
***
Allahım! Var edən Sənsən, yox edən də Sən;
uzaqlaşdıran Sənsən, yaxınlaşdıran da Sən. Sən bizi
biz eləməsəydin biz bu duyduqlarımızı duya bilməz və bizə iman
sevincinin dadını hiss etdirməsəydin bu söylədiklərimizi mırıldana
bilməzdik. Bizə yaxınlığını duyur və mənliyimizdə Sənə
qarşı yaxınlaşma həyəcanlarını hiss etdir..
* * *
Ey Rəbbimiz!
Əfv etməyəcəyin günahdan, ödənilməyəcək borcdan,
asanlaşdırmayacağın çətinlikdən, dəf etməyəcəyin pisliklərdən,
şəfası olmayan xəstəliklərdən, hidayətinə aparmayan çaşqınlıqdan,
sıratına çatdırmayan yollardan, saleh olmayan övladdan, xeyrə
çağırmayan dəvətçilərdən, mərufu əmr etməyən idarəçilərdən,
rəhmətinin olmadığı ölümdən, zəfəri olmayan savaşdan, məmnun
olmayacağın dünya və axirət istəklərimizdən Sənə sığınırıq, ey
mərhəmətlilərin Ən Mərhəmətlisi!
|