|
COĞRAFİYA
TAİLAND

Tailand - bacarıqlı filləri, əhlilləşdirilmiş timsahları, təbii
gözəllikləri və müasir mənzərəsi ilə yanaşı, fərqli mədəniyyəti
ilə nəzərlərimizi cəlb edən bir ölkədir.
Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand
adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası “mələklər
şəhəri”dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri Siyam
Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən önəmli
şəhərlərindən biridir.

Kanallar şəhəri olan Banqkok qədimdə uzaq şərqin Venesiyası kimi
tanınırmış. “Suların ən soylu anası” mənasında Çau Praya ilə şəhər
iki yerə bölünür. Bu çayı Banqkokdan ayrı düşünmək mümkün deyil.
Məhsuldar ovalar Çau Praya çayı ilə canlanmış və məhsul vermişdir.
Şəhərin hər tərəfində məbədlər və saraylar görünür. Yalnız Banqkok
şəhərində 400 ətrafında Budist məbədi olduğu deyilir.

Bir Budda məbədində Buddaya təqdim olunan yeməklər, çiçəklər,
yandırılan tüstülər ilə qarşılaşmaq olar. Qəribə bir şeylə
qarşılaşmaq da olar. Məsələn, ibadət etməyə gələn insan, məbəddəki
rəqqaslarından birinə pul verib onu özü üçün xüsusi olaraq rəqs və
dua etdirə bilər. Burada rəqs ibadətin bir hissəsidir, rəqsin
uzunluğunu və neçə nəfərin edəcəyini verilən pul müəyyən edir.

Digər bir dayanacaq yeri isə “üzən bazar”dır. Suyun üstündə
qurulmuş bu bazarda alış-veriş etmək üçün bir qayıq kirayə
götürmək lazımdır. Quruluşunda təbii şərtlər təsirli olsa da, üzən
bazar Banqkokun ən çox turist cəlb edən yeridir.
Sampranq Tamaşa Mərkəzində dünyanın ən böyük fil şousu və timsah
nümayişləri göstərilir. Təlimçilər ev heyvanları kimi timsahlar və
fillərlə şou göstərirlər.
Tailandlılara görə fillər müqəddəs heyvandır. Savaşlarda, yük
daşımada həmişə yanındadırlar. Həmin fillər şou vaxtında da
birlikdədirlər. Pop musiqisi ilə rəqs edən fillər, həm də musiqi
ilə ritm tuturlar. Rəqsdən fillərin futbol oyunu başlayır. 11
metrlik cərimə zərbələri ilə fillər, ard-arda qol atmağa davam
edirlər. Düzgün oynamadıqları zaman, təlimçiləri hakim kimi onlara
sarı vərəqə göstərir və onları oyundan çıxarır.
Qaynaq:
- Ayna
Telejurnalı
|