|
COĞRAFİYA
İKİ ADA BİR ÖLKƏ

Avstraliyanın 1600 km cənub şərqindəki Yeni Zelandiya, iki
adadan ibarətdir: Şimal və Cənub adaları. Bunlardan başqa bir
düjün (on iki ədəd) də kiçik ada var. Bu adalar gəmi ilə bir
neçə saat uzaqlıqda yerləşir.
Yeni Zelandiyanın paytaxtı Vellinqton, ən böyük şəhəri isə
Ouklanddır. Bir vaxtlar İngilis hegemonluğunda olan ölkə artıq
müstəqildir.
Yeni Zelandiya qarlı dağları, yaşıl meydanları, sahilləri,
gölləri və şəlalələri ilə möhtəşəm mənzərələrə malikdir.
Yeni Zelandiyanın ilk insanları Maorilərdir. Avropalılar buranı
1642-ci ildə kəşf ediblər. Ancaq 1700-ci ilə qədər
yerləşməmişlər. Bu gün əhalinin əksəriyyəti Avropa mənşəlidir.
Yalnız 15%-i maorilərdən ibarətdir. Avropa mənşəli Yeni
Zelandiyalılara “pakeha” deyilir. Pakeha, maori dilində “ağ
adam” mənasını daşıyır.
Yeni
Zelandiyadakı həyat standardı, dünyanın ən yüksək standardlarından
biridir. İqtisadiyyat neçə illər idi ki, kənd təsərrüfatı ilə
yaşayırdı. Bu gün isə kənd təsərrüfatı ilə birlikdə istehsalat
da inkişaf edir. Ticarət önəmli yerə malikdir. Xüsusilə
Yaponiya, Avstraliya, İngiltərə və ABŞ ilə ticarət əlaqələri
mövcuddur.
Yeni Zelandiyanın mülayim və rütubətli bir iqlimi var. Ən soyuq
ay İyul, ən isti aylar isə Yanvar və Fevraldır. Yayda temperatur
18-29 dərəcə, qışda isə 2-13 dərəcə arasında olur. Yağışlar çox
tez-tez yağır. Bir günün içində hava günəşli olduğu halda,
qəflətən yağış başlayıb, ardınca yenidən günəş çıxa bilər.
Mənbə:
-
Showtvnet - Gezi
|