Bütün təriflər, bütün həmdlər və sənalar şəriki, ortağı, övladı və bənzəri olmayan hər şeydən böyük olan Allaha məxsusdur. Allahın salavatı və salamı onun rəsulu və qulu, peyğəmbərlərin sonuncusu olan Məhəmmədə (sav) onun ailəsinə olsun və əshabına olsun.
Yaranmasından ölümünə qədər bəşərin yaşadığı müddət – insan ömrü. İnsan bu müvəqqəti həyatını dünyada keçirir; burada Yaradanı tərəfindən ona nemət olaraq verilənlərdən faydalanır. Yaxşı və ya pis işlərlə həyatını keçirir. Bütün bunlardan sonra Allahın hüzuruna qayıdar.
Həyatımızın mənası və məqsədi – bu məvhumlar hamımız üçün mühim, maraqlı və tale yüklüdür. Yəgin ki, hər birimiz nə vaxtsa özümüzə sual vermişik: “biz haradan və nə üçün gəldik?”, “bu dünyada nə üçün yaşayırıq?”, “bizim və başqa canlılarin yaradılmasının məqsəd və mənası nədir?”,
Kainatdakı qəribəliklərdən biri budur: Yaradıcı, böyük işləri çox kiçik hissəciklərə gördürür. Məsələn, insanın 20-ci əsrdə zamana damğasını vurduğu müvəffəqiyyəti elektron kimi kütləsi yox deyilə biləcək qədər az olan (10-31 kg) hissəciklərə hökm etməyə başlamasıdır. Əslində buna hökm demək də olmaz, bir balaca nəzarət edə bilmək demək daha doğru olar. Bu nəzarət bizə nə verdi? Bununla insan elektronikada tranzistor inqilabını həyata keçirdi. Ətrafımızda gördüyümüz hər cür texnologiya bu inqilabın bir hissəsidir. Mikrokompüterlər, superkompüterlər, telekomunikasiya texnologiyaları, peyklər, humanoidlər ağlımıza gələn hər cür texnologiya.. Amma diqqət edilməli bir nöqtə var. Elm adamlarının belə tamamilə qavraya bilmədikləri elektronların, bildiyimiz yalnız bəzi xüsusiyyətləri ilə bunu bacara bildik. Yaradıcının müəzzəm şəkildə yaratdığı bu kiçik olduğu qədər anlaşılmaz və anlaşılmaz olduğu qədər də aciz hissəciklərlə bizə təqdim etdiyi bu gözəllikləri anlayıb heyran olmamaq mümkün deyil!
Dünyamızın ən maraqlı, diqqətçəkən hadisələrindən biri körpənin doğuşudursa, əhəmiyyətinə görə ondan heç də geri qalmayan ikinci hadisə də ölümdür. Uzun və keşməkeşli yol keçdikdən sonra ağlayaraq dünyaya gözlərini açan insan öz harayı ilə sanki bu dünyada başına gələcək bəlalardan, cəfalardan xəbər verir. Doğrudan da, bu dünyada daimi rahatlıq tapmaq mümkün deyildir; hərdən bir biz tərəflərə baş çəkən xoş hadisələr isə yay yağışı kimi yalnız ötəri sərinləməyimizə kömək olur.
Yoxluqdan vücut tapdıq. Bir ana qarnından dünyaya gözlərimi açdıq. Ruzimiz, düz yanımızda süd olaraq göndərildi. Qayğı ilə bəsləndik, şəfqətlə böyüdük.
Əgər o ana şəfqəti və ata sevgisi verilməsəydi, bizim o dözülməz körpəliyimizə kim dözə bilərdi?
Dünyaya gəldiyimiz andan etibarən ətrafımız nemətlərlə dolduruldu. Günəş bizi isitdi, su bizi təmizlədi, qidalar qarnımızı doyurdu, hava tənəffüsümüzü təmin etdi. Və bütün bunları zəhmətsiz və pulsuz istifadə etdik.