Afrikanın cənubunda yerləşən Tunisə qısa səyahətə hazırlaşın. Aralıq Dənizinin incisi olan Tunisdəyik.
Nə şərqlidir, nə qərbli; əslində Tunis şərqdən yüksələn və üzünü qərbə çevirən bir ölkədir. Aralıq dənizinin möhtəşəm mavisini, Afrikanın dayanılmaz istisini və Ərəb coğrafiyasının əsrarəngiz havasını tapacaqsınız bu torpaqlarda.
Tailand - bacarıqlı filləri, əhlilləşdirilmiş timsahları, təbii gözəllikləri və müasir mənzərəsi ilə yanaşı, fərqli mədəniyyəti ilə nəzərlərimizi cəlb edən bir ölkədir.
Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası “mələklər şəhəri”dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri Siyam Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən önəmli şəhərlərindən biridir.
Kanallar şəhəri olan Banqkok qədimdə uzaq şərqin Venesiyası kimi tanınırmış. “Suların ən soylu anası” mənasında Çau Praya ilə şəhər iki yerə bölünür. Bu çayı Banqkokdan ayrı düşünmək mümkün deyil. Məhsuldar ovalar Çau Praya çayı ilə canlanmış və məhsul vermişdir.
Şəhərin hər tərəfində məbədlər və saraylar görünür. Yalnız Banqkok şəhərində 400 ətrafında Budist məbədi olduğu deyilir.
Ingilis ordusunun keçmiş zabitiRoy Bates 1967-ci ildə neft platformasını işğal edərək "Sealand" adını verdiyi ölkəsini qurdu.İngilis Kral Donanması Royu adadan çıxartmağa çalışdı, ancaq platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan əsgərlərin adaya girməsi mümkün olmadı. Məhkəmə həbs olunan Royu hadisə İngiltərə sərhədlərinin xaricində olmuş deyə azad etdi. Daha sonra...
Aparılan ekspedisiyalar və ayrı-ayrı səyyahlar tərəfindən həyata keçirilən coğrafi kəşflər bizim elmə gələcəkdə nəzəri və praktiki ümumiləşdirmələr aparmaq üçün lazım olan iri həcmdə material toplamağa imkan verir.
Böyük Coğrafi kəşflərin başlıca məqsədi yüzlərlə səyahətlər nəticəsində dünyanın fiziki xəritəsinin müasir görünüşünün alınması olmuşdur. Bizim zəmanəmizdə dünya xəritəsində artıq «ağ ləkələr» qalmamışdır.
Coğrafiya Yer səthini və təbiətlə cəmiyyətin qarşılıqlı təsiri gedişində onda yaranan təbii-təsərrüfat ərazi sistemlərinin inkişafı və idarə olunmasının qanunauyğunluqlarını öyrənən yeganə elmdir. Bu elmin üfüqləri getdikcə genişlənir, nəzəri və təcrübi əhəmiyyəti artır. Ona görə də coğrafiya elminin müxtəlif sahələrinə, o cümlədən tarixinə maraq xeyli artmışdır.
Avstraliyanın 1600 km cənub şərqindəki Yeni Zelandiya, iki adadan ibarətdir: Şimal və Cənub adaları. Bunlardan başqa bir düjün (on iki ədəd) də kiçik ada var. Bu adalar gəmi ilə bir neçə saat uzaqlıqda yerləşir.
Yeni Zelandiyanın paytaxtı Vellinqton, ən böyük şəhəri isə Ouklanddır. Bir vaxtlar İngilis hegemonluğunda olan ölkə artıq müstəqildir.
Qədim zamanlardan başlayaraq dünyanın ən böyük materiki olan Avrasiya məkanında formalaşan, onu öyrənən, kəskin təzadlı təbii mühitinə uyğunlaşan, təsərrüfat sahələrini mənimsəyən və ucsuz-bucaqsız bu yerlərə al-əlvan coğrafi adlar verən məhz türk xalqları olmuşdur. Onların formalaşdığı ərazilər qərbdə Aralıq dənizindən başlayaraq şərqdə Sakit okeana, şimalda Buzlu okeandan cənubda Kərkük-Həmədan istiqamətində keçən 35 şim.e. qədər uzanırdı.