Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: BOTANİKA ::

Ana Səhifə

Botanika

 
 
 
 
 
 
 
 

 

Botanika

DÜŞÜNDÜRƏN BAMBUK

Bambuk, böyüməsi ilə çox qəribə olan bir bitkidir: Əvvəlcə toxum əkilir, sonra bu toxum sulanıb gübrələnir. Birinci il toxumda heç bir dəyişiklik olmur. Toxum yenidən sulanıb gübrələnir. Bambuk toxumu ikinci il də boy atmır. Üçüncü və dördüncü illərdə də bambuk toxumu sulanır və gübrələnir. Fəqət inadkar toxum yenə boy atmır. Bu işdə təcrübəsi olan Çinlilər, böyük bir səbrlə beşinci ildə də toxuma su və gübrə verməyə davam edirlər. Və nəhayət beşinci ilin axırına yaxın bambuk toxumu yaşıllaşmağa başlayır və altı həftə kimi qısa bir müddətdə də bambukun boyu təxminən 27 metrə çatır.

Görəsən, bambuk 27 metrə boya altı həftədəmi, yoxsa beş ildəmi çatdı? Bu sualın cavabı təbii ki, beş ildir. Böyük bir səbr və israrla toxum beş il ərzində sulanıb gübrələnməsəydi, bitkinin yetişməsindən danışmaq olardımı? Olmazdı. Deməli, bambuk çəyirdəyinin beş illik bir vaxt ərzində boy atmaması öz-özünə olmayıb, genetik proqram, hava və su kimi səbəblərin bir yerə gətirilməsi və Müsəbbibul Əsbabın (Səbəblərin Yaradıcısı) da o çəyirdəyə Hayy ismi şərifindən həyat verən bir nəfəs ilə “yaşıllaş” əmrini verməsi nəticəsində meydana çıxmaqdadır.

Bəzi fitrətlər həqiqəti tanıma prosesində bambuk kimi olur; çox sərt, çox çətin... gözləyir və gözlədir. Ancaq axırda aradakı məsafəni birdən keçib gedir. Bəzi insanların İslamiyyəti qəbul etməsində də belə bir vəziyyət müşahidə olunur. Bəzi insanlar uzun bir səbr prosesi nəticəsində hidayətə çatdırılır. Söhbət, hədiyyə, ikram, evlilik kimi fəaliyyətlər o insanların hidayətə çatmasında sadəcə bir vəsilə olur. Bizə vəzifəmiz, dinimizin gözəlliklərini həyatın içində nümayiş etdirərək təbliğ və irşad etməklə qavli duaya davam etməkdir. Bəlkə ən böyük əziyyəti çəkənlər ilklərdir. Çünki əsas məsələ yabanı ağaca peyvənd edə bilməkdir.

Rəbbimiz insan həyatına da tədricilik prinsipini qoymuşdur. Bəzi insanların həqiqəti qəbulu, həyatına həyat etməsi və insanlığa çatdırması bu prinsip etibarilə olmaqdadır. Məkkənin fəthindən sonra Müsəlman olanlar bambuk ağacına bənzədilə bilərlər. Peyğəmbərimiz (sas) 610-cu ildən 622-ci ilə qədər Məkkədə bu insanları hərəkətləri ilə imana dəvət etdi. Könüllərini mübarək göz yaşları və alın təri ilə suladı. Sonra isə Mədinədə 8 il səbrlə gözlədi. Nəhayət 630-cu ildə, Peyğəmbərimiz (sas) və Əshabi Kiram (r.anhum) tərəfindən min bir əziyyətlə sulanan könüllərdə iman çəyirdəyi boy atıb çiçək açdı və meyvə yetişməyə başladı. Biz də hidayəti təqdir etmə işini muqaddiri hadi olan Rəbbimizə həvalə edərək, cüzi iradəmizlə üstümüzə düşən məsuliyyətlərimizi yerinə yetirməyə çalışmalıyıq.

 

 

 

     

© 2005 Bütün Haqları Qorunur - Akademiya.Net