Ən qiymətli şey

Qoca səyyah çayın kənarında qiymətli bir daş tapmışdı. Ertəsi gün o, başqa bir səyyahla qarşılaşdı. Səyyah çox ac idi. Qocadan yemək üçün bir şey istədi. Qoca ona yemək vermək üçün çantasını açanda səyyah qiymətli daşı gördü. Qocadan o daşı ona verməyi xahiş etdi. Qoca heç bir tərəddüdsüz daşı götürüb səyyaha verdi. Nəhayət, bəxti səyyahın üzünə gülmüşdü. Bunları düşünə-düşünə sevinclə qocadan ayrıldı. Ancaq bir neçə gün keçməmişdi ki, yenə qayıtdı. Və qocanı taparaq daşı ona qaytardı. Səyyah qocaya: “Mənə verdiyin daşın nə qədər qiymətli olduğunu bilirəm”, - dedi, - “ancaq səndə bu daşdan daha qiymətli bir şey var. Bu daşı sənin gözündə adiləşdirən şey... Onu mənə verə bilərsənmi?..”

 

("Ailəm" jurnalı)

3209 dəfə oxundu







Cavan hər nə etsə də ayıb tutulmaz ona,
Min bir ayıb tutular qocalıqda insana.

Nizami Gəncəvi

Səs ver

Saytımızda daha çox necə yazılar görmək istərdiniz?