|
ASTRONOMİYA
QARA DƏLİKLƏR

Qaradəlik məvhumunun tarixi nə vaxtdan başlayır? Qaradəlik
məvhumu ilə ümumi nisbilik nəzəriyyəsi arasında nə əlaqə var?
Qaradəlik ancaq bir fərziyyədirmi?
Kosmologiyanın gündəliyini müəyyən edən məvhumlardan biri də
qaradəliklərdir. Bu adı icad edən Con Velerdir. Mövzu Eynşteynin
ümumi nisbilik nəzəriyyəsindən götürülmüşdür. Bu mövzuda iki böyük
aparıcı alim S. Havkinq və R. Penrousdur. Havkingin vurğuladığı
kimi “ümumi nisbilik hər müşahidə ilə ahəng təşkil edən gözəl bir
nəzəriyyədir.” Qara dəliklərin varlığı demək olar ki, müşahidə
olundu. (R. Penrous, 1994)
Kainat anlayışımız dəyişdi. Qədimdə bundan 200-300 il əvvəl
müşahidəsini gözləyən bir maddə tapılırdı və sonra isə kəşf
edilirdi. İndi isə əvvəlcə nəzəriyyəsi və riyaziyyatı tapılır,
ondan sonra da kəşf edilir. XX əsrin sonlarında başqa ulduzlar
ətrafında fırlanan qırxa yaxın planet tapıldı. Bu planetlərin heç
biri həqiqətən müşahidə edilməmişdir, yəni müşahidə edilərək kəşf
edilməmişdir. Bunların varlığı asılı olduqları ulduza olan cazibə
qüvvələri ilə hesablanmışdır. Nyuton qanunları ilə bunu bacara
bilirik. Qısaca, riyazi vasitələrlə görünməyən planetin varlığını
və orbitini təyin edə bilirik. Qaradəlik nəzəriyyəsi də belə bir
əsasa arxalanır.
Albert Eynşteyni Qaradəliyinin könülsüz ixtiraçısı saymaq olar.
Qaradəlik möhtəşəm bir ulduz öldükdə fəza ilə zamanın birləşdiyi
ölü bir andır.
Albert Eynşteynin kütlə cazibə tənlikləri qaradəlik anlayışının
əsasıdır, ancaq qəribə burasıdır ki, Eynşteyn bu tənlikləri
qaradəliklərin olmaması üçün istifadə etmişdir.
Eynşteyn 1939-cu ildə “Annals of mathematics” jurnalında Çox
Sayıda Kütlədən İbarət Kürə Simmetrik Ətalət Bir Sistem Üzərinə
adlı məqalə dərc etdi. Eynşteyn bu məqaləsində qaradəliklərin,
yəni çox olduğu üçün içindən işığın belə keçməsinin qarşısını alan
göy cisimlərinin olmayacağını yazırdı. Bunun üçün də özünün
1916-cı ildə dərc etdirdiyi ümumi nisbilik və kütlə cazibə
nəzəriyyəsini istifadə etdi. Qəribədir ki, bu nəzəriyyə yalnız
qaradəliklərin olma ehtimalı üçün deyil, həm də eyni zamanda bir
çox göy cismi üçün labüd olduğunu göstərmək üçün istifadə olunur.
Eynşteynin qaradəlikləri rəddindən bir neçə ay sonra, ona istinad
etmədən C. Robert Oppenhaymer və tələbəsi Snayder, Davamlı
Kütlə Cazibəli Büzülmə adlı məqalə dərc etdilər. Bu araşdırma,
Eynşteynin nisbilik nəzəriyyəsini müasir fizikada ilk dəfə
qaradəliklərin necə yarandığını göstərmək üçün istifadə edirdi.
Əgər təzyiq, çökməyə dayanacaq qədər güclü deyilsə, ulduzun
radisunun yavaş-yavaş kiçilməsi gözlənilir. 1939-cu ildə
Oppenhaymer və Snayderin hesabladıqları nəzəriyyənin dediyi də bu
idi. Eynşteyn tənliklərinin həllərinin bir qaradəliyi müəyyən edən
ilk açıq nümunəsi bu araşdırma idi. Burada nümunə çökən bir toz
buludu ilə əlaqəli verilmişdi. İçəridə bir fərdilik olmaqla
birlikdə bu, hadisə üfqü ilə əhatəli olduğu üçün xaricdən görülə
bilməz. Bu üfüq öz içindəki hadisələrin, xaricdəki sonsuza siqnal
göndərə bilmədiyi bir müstəvidir.
Eynşteyn
kvant statistikasını icad edərkən o vaxtlar çox tanınmayan hind
fizik Satyendra Nat Bousdan 1924-cü ilin iyununda aldığı bir
məktubdan təsirləndi. Bousun məktubu ilə birlikdə bir İngilis elm
jurnalının rədd etdiyi bir məqalə mətni də gəldi. Eynşteyn
məqaləni oxuduqdan sonra Alman dilinə tərcümə etdi və məşhur bir
fizika jurnalına göndərdi. Eynşteyn niyə məqalənin əhəmiyyətli
olduğunu düşündü? 20 il boyunca elektromaqnetik şüalanmanın
təbiəti ilə məşğul olurdu, xüsusilə kənarı ilə eyni istilikdəki
bir qabın içinə sıxışdırılmış şüalanma ilə. Əsrin əvvəlində Alman
fizik Maks Plank, bu “qara cisim” şüalanmasının fərqli dalğa
uzunluqlarının ya da rənglərinin ümumiyyətlə necə dəyişdiyini
göstərən riyazi bağlantını tapmışdı. Şüalanma spektrumunun
formasının qabın kənarlarının düzəldildiyi maddədən asılı olmadığı
məlum oldu. Şüalanmanın ancaq istilikdən asılıdır. Qara cisim
şüalanmasının bir nümunəsi bütün kainatın qabın yerinə keçdiyi
şəraitdə böyük partlayışdan sonra artıq qalan fotonlardır. Bu
fotonların istiliyi 2.7260002 Kelvindir.
Bous az çox təsadüflə qara cisim şüalanmasının statistiki
mexanikasını hesablamışdı. Yəni Bous, Plank qanununu, riyazi
olaraq kvant mexanikasından çıxarmışdı. Elə bu da Eynşteynin
nəzərini cəlb etmişdi. Ancaq Eynşteyn məsələni daha irəli apardı.
Bousun fotonlar üçün istifadə etdiyi metoda bənzər bir yolla ağır
molekulların qazının statistiki mexanikasını dəqiqləşdirməkdə
istifadə etdi. Plank qanununun bənzərini bu durum üçün hesabladı.
Beləliklə də qəribə bir şey icad etdi: hissəcik qazı,
Bous-Eynşteyn statistikasına uyğun olaraq soyudularsa, müəyyən
kritik bir temperaturda bütün molekullar ani olaraq özlərini
degenerasiya edərlər. Bu da Bous-Eynşteyn sıxlaşması adlanır. Bəs
kvant statistikasının ulduzlarla əlaqəsi nədir? Əsrin əvvəllərində
astronomlar, kiçik və qeyri-müəyyən qəribə bir ulduz sinifi
haqqında yazmağa başladı: Bəyaz Cırtdanlar. Bunlar Günəşlə eyni
kütləyə sahibdir. İşığının 360-da birini yayan ən parlaq ulduz
Siriusla bərabər olan ulduzlardır. Bəyaz cırtdanlar müəzzəm
dərəcədə yoğun olmalı idi. Siriusun bərabərindəki cırtdan sudan 61
dəfə daha yoğun idi. Nə idi bu qərib göy cisimləri? Bu vaxtı Ser
Artur Eddinqton meydana çıxır. Eddinqton ilk dəfə bu bəyaz
cırtdanlar haqqında daha doğru və dəqiq araşdırmalar aparmışdı.
Bununla yanaşı Ceyms Çadvik, Fritz Zviki, Lev Landau, Nils Bor
kimi araşdırmaçı alim fiziklər də qaradəliklər haqqında önəmli
fikirlər irəli sürdülər. Daha sonra II Dünya Müharibəsi başladı və
bu istiqamətdə araşdırmalar bir az dayandı. Yalnız 1960-cı illərdə
ulduzların gizli taleyi alimlərin marağını yenidən cəlb etdi.
Qaynaq:
1.Bernstein,Jeremy 1996, Bilim ve Teknik, Eylül 1996 346. sayı
2.Hawking,Stephen, Qara Dəliklər və Minik Kainatlar (1993)
3.Hawkingi,Stephen, Qoz Qabığındakı Kainat (2001)
4.Osserman,Robert; Kainatın Şeri (1995)
5.Penrose,Roger; Böyük,Kiçik və İnsan Zehni (1998)
6. Penrose,Roger; Fizikanın Əsrarı (1989)
7. atominsan.com |