|
ARAŞDIRMA
GÖRÜNMƏZLİK
MÜMKÜNDÜRMÜ?

H.G. Uels, "Görünməz adam" romanında, bir fizika aliminin insan
vücudunu görünməz etməsindən danışır. Bir neçə dəfə kinosu
çəkilən bu fiziki nəzəriyyə doğrudur, ancaq praktikada mümkün
olmayan bəzi məsələlər var.
Əslində insan vücudunu meydana gətirən hər şey başda su olmaqla
birlikdə rəngsiz və şəffafdır.
İnsanda rəngli sadəcə qana rəng verən hemoqlobin ilə dəriyə,
saçlara və gözə rəng verən melanin adlı piqment mövcuddur. Bir
dərmanla bunlar rəngsizləşdirilə bilsə, insanın şəffaf yəni
görünməz olması mümkündür.
Bir cismi görə bilmək üçün, onun üstünə düşən ya əks etdirməsi,
ya udması, ya da sındırması vacibdir. Bunların üçü də olmazsa, o
cismi görmək olmaz.
Kağızı sellulozdan ibarətdir. Selluloz lifləri şəffafdır, ancaq
kağız şəffaf deyil. Eyni formada duz hər biri şəffaf olan kiçik
kristallardan ibarətdir, ancaq bir qaba qoyduqda gözümüzə ağ
rəngdə görünür. Yəni bir cismin üzvlərinin hamısı
şəffaflaşdırılsa da, o cismin hamısı birlikdə şəffaf görünməyə
bilər.
Ölmüş insan və heyvanların bəzi daxili orqanlarını təmizlədikdən
sonra alimlər onu bir bankanın içinə metil salisilatla qoyaraq
görünməz hala çevirə bilmişdilər. Burada illuziya sınma indeksi
çox böyük olan metil salisilatdadır. Ancaq bunu bir canlı bir
insanın bütün vücuduna tətbiq etmək mümkün deyil.
Akvariumu olanlar bilər, bəzi xırda balıqların vücudları rəngsiz
və şəffafdır. Belə ki adi gözlə onların daxili orqanlarını da
görmək olur. Təbiətdə yaşadıqları şəraitə görə kamuflyaj olmaq
üçün istifadə etdikləri bu şəffaf vücudlarında gizlədə
bilmədikləri bir orqanları var. Dərhal diqqəti cəlb edən qara
gözləri.
Görünməz adamın görünməzliyindəki kiçik fəqət həqiqətə zidd ən
önəmli nöqtə də gözləridir. Görünməz adam görülməməlidir, amma o
ətrafını görməlidir. Baxdığı şeyi görməsi, təsvirin gözünün
retinası üzərində meydana gələ bilməsi üçün işığın göz
təbəqələrindən sınaraq da olsa keçməsi, retinaya çatması
vacibdir.
Onda da görünməz adamın, gələn işığın bir qismini udan, bir
qismini isə əks etdirən gözləri görünər.
Meşədə qaranlıqda gizlənən və görülməsi mümkün olmayan bir
heyvanı da elə parıldayan gözləri ələ verər. Tam bir
görünməzliyin olması üçün gözlər olmamalıdır.
Mənbə:
MaximumBilgi
Çap
Versiyası |