Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: ARAŞDIRMA ::

Ana Səhifə

Araşdırma

 
 
 
 
 

 

ARAŞDIRMA

"ELMİ METOD" ƏFSANƏSİ

Müasir elm özünün "elmi" olduğunu qəbul edir, çünki müəyyən metodologiyadan istifadə etməkdədir. Bu metodologiya əsasən kəmiyyətcildir və ölçülə bilən faktları əhatə edir.

Tətbiq edənlər də tərəfsiz və "qüsursuz"durlar. Fikir adamları doqmalar ətrafında düşünür və onları əleyhinə olan düşüncələrə qarşı müdafiə edərkən; elm adamları "hipoteza"larla çalışmaqdadır. Əldə olunmuş dəlillərə əsasən bu hipotezalar dəyişə bilər.

Elmi üsulun standard tərifi, makina nizamında işləyən bir prosesi xatırladır. Bu prosesdə ardıcıl surətdə doğru yanlışdan ayrılır və bu addımlar atılır:

1. Bəzi faktları müşahidə etmək və tərif etmək.

2. O faktları və münasibətləri izah etmək üçün riyazi düsturlara oxşayan hipotezalar qurmaq.

3. Hipotezaların işığında proqnozlar vermək.

4. Təxminlərin doğruluğunu aparılan təcrübələrlə sınamaq.

5. Əgər təcrübələr doğruluğu isbat etməsə, hipotezanı yeniləmək.

Fizika professoru Frenk Uolfsa görə, bu prosesdə əsas məsələ təbii hadisələri şərh etməyə təsir edən mədəni inanc və fikirlərimizin təsirini ən aza endirməkdir. Bunun üçün də elm adamının etdiyi təxminləri davamlı təcrübələrlə yoxlaması vacibdir. Bu səbəbdən Uolfsa görə, "Elmdə əsas təcrübədir."

İndi isə gəlin haradasa ümumdünyəvi qəbul edilən elmi metod anlayışının təcrübələrlə bir əfsanə olduğuna baxaq. Bu əfsanə, nisbətən yaxın bir dövrdə, 1800-ci illərdə statistikaçı olan Karl Pearson tərəfindən ortaya atılmışdır!

Adını elm tarixləri kitabının başında yazdığımız Kopernik, heç vaxt yuxarıdakına bənzəyən bir elmi üsuldan istifadə etmədi. İsax Nyuton ya da Çarlz Darvin də belə bir üsula müraciət etmədi. Fransız filosof və riyaziyyatçı Rene Dekart, "Metod haqqında" kitabı ilə elmi araşdırma çağını açan insan kimi tanınır. Ancaq Dekartın metodu yuxarıda göstərilən forma bir münasibət prosesini heç vaxt tərif etməmişdir.

"Benzol" adlı maddənin molekul quruluşu, ilk dəfə bir laboratoriyada deyil, bir yuxu ilə hipoteza halına gətirildi. Dövrümüzdəki bir çox nəzəriyyə, yuxarıda göstərilən laboratoriya təcrübələrindən deyil, ani ilhamlar nəticəsində meydana çıxdı. Onsuz da, bir elm adamının düşünmə prosesi nə qədər zəngin və qarışıqdırsa, qaçınılmaz olaraq standard elmi metod mərhələlərindən o qədər uzaqlaşır.

Əsasən elm bir insan işidir və elm adamları xəyali gücləri, yenilikçi baxışları, əvvəlki biliyi, kitabxana araşdırmaları və bəzən də verilən fürsətlərlə gördükləri işə yaxınlaşır. Əslində bütün bunlar elm adamı olsa da olmasa da hər insanın istifadə edə biləcəyi bir şeydir.

Bu çox aydındır ki, keçən əsrdə elmin istiqamətini müəyyən edən ən təsirli faktor, elmi araşdırmaların hökumət və sənaye quruluşlarına bağlı olması oldu. Ondoqquzuncu əsrin nisbətən mali baxımdan müstəqil və namuslu elm adamlarının yerinə, iyirminci əsrdə bahalı fondlara ehtiyacı olan araşdırmaların altında əzilən elm adamları keçdi. Bu vəziyyətə hökumətlər, elmi araşdırmaların hərbiyə keçməsi, beynəlxalq şirkətlərin meydana çıxması kimi xeyli faktor səbəb olmuşdur.

Nəticədə, yuxarıda da sadalanan bir çox faktorun da təsiri ilə elmi araşdırmalar tərəfsiz aparılmamaqdadır.
 

Mənbə: Bu məqalə, Şeldon Rempton və Con Ştauberin Loka Alert saytındakı yazısından qısaldılaraq alınmışdır.

 

 

     

© 2005-2007 Bütün Haqları Qorunur - Akademiya.Net