|
Akademik
ÖZÜNÜZÜ HEÇ
OXUDUNUZMU?

Ey özünü insan bilən insan, özünü oxu! (S.N)
İnsan ən xariqə bir sənət əsəri və ən mükəmməl bir kitab kimidir.
İnsanın ən önəmli vəzifəsi, özünü oxuması və özünü tanımasıdır.
Elə isə özümüzü çox yaxşı oxuyaq və çox yaxşı tanıyaq.
İnsan vücudu, xariqələrlə dolu möhtəşəm bir bütündən ibarətdir.
İnsanın daxili və xarici orqanları, bir-birini qoruyan, mühafizə
edən, yardım edən müdhiş bir alış-veriş sistemi üzərinə
qurulmuşdur. Belə ki, insan vücudu ən tez və səmərəli nəticə əldə
edə biləcək bir planlaşdırma ilə tərtib edilmişdir. Hər şey çox
müntəzəm və hikmətli bir şəkildə yerləşdirilmiş, birləşdirilmiş və
tənzim edilmişdir.
Əgər insan vücudunu gəzmək mümkün olsaydı, o qədər təəccüblü və
ibrətli hadisələrlə qarşılaşardıq ki, “bu varlığın möhtəşəm
incəliklərindən” xəbərsiz olduğumuz üçün heyfsilənərdik.
İnsan vücuduna daxil olub səyahət etmək mümkün deyil, ancaq bir
bənzətmə texnikası ilə daha yaxından tanımaq imkan daxilindədir.
İnsan vücudunu bir şəhər həyatına oxşadan dəyərli bir tərbiyəçinin
verdiyi misalla hərəkət edərək insan möcüzəsini daha yaxından
tanımağa çalışaq:
Vücudumuz milyonlarla evdən meydana gələn möhtəşəm bir şəhər
kimidir. Bu şəhərin işçiləri olan atomlar, heç dincəlmədən
çalışaraq şəhərciklər, fabriklər və məhəllələr qurur.
Şəhər çox mükəmməl bir yol və kanal şəbəkəsi ilə təchiz edilmişdir.
Bu yol və kanallarda hərəkət edərək hər an vücudu gəzən ərzaq
məmurları hər getdikləri evə qida paketləri qoyurlar və onların
zibil və artıqlarını götürürlər.
Bu
şəhərdəki evlərin hamısı canlıdır. Hər ev bir müddət yaşayıb
çalışdıqdan sonra ölür. Ölənlərin əvəzinə yeniləri gəlir. Şəhər
daxilində hər an minlərlə dağılma və yenidən qurulma baş verir.
Buna baxmayaraq şəhərdə ən kiçik bir intizamsızlıq görülmür.
Şəhərdəki həyatın və evlərdəki fəaliyyətlərin davamı üçün lazımlı
qida maddələri, xaricdən alınıb böyük bir qazanda bişirilir və
paylama şəbəkəsi ilə şəhərə göndərilir. Qida artıqları və zibil
xüsusi fabriklərdə süzülüb çölə atılır.
Şəhərin qida anbarı və deposu, mikrofon və səs kolonkası təchizatı,
telefon kabelləri, müdafiə təşkilatı və həyəcan siqnalı tərtibatı,
istilik sistemləri və məzarlığı da mövcuddur.
Şəhər daxilində mükəmməl bir rabitə sistemi qurulub. Sistemin
idarəsindən məsul kompüter, vücud şəhərinin harasında nə baş
verdiyini dərhal xəbər alır və qərar verir. Bir bölgədə meydana
gələn nasazlıq barədə dərhal əlaqədar mərkəzləri hərəkətə keçirir
və lazımi tədbirlərin yerinə yetirilməsini təmin edir.
Şəhərin xaricə açılan qapıları, xarici müşahidə və dinləmə
cihazları var. Bu cihazlar şəhərin ən üst qismində olan böyük
kompüterə bağlı çalışır.
Şəhəri xaricdən gələ biləcək təhlükələrə qarşı qorumaq üçün hər an
keşik çəkən əsgərlər qoyulub. Bu əsgərlər şəhərin içində quş
uçmağa icazə vermirlər. İçəri daxil olan hər hansı bir düşmən
əsgərini dərhal məhv edirlər.
Bundan başqa şəhərdə çalışan hər xidmətçi, təyin edildiyi yerdə
vəzifəsini yerinə yetirir. Yanılıb ya da üsyan edib başqa bir yerə
getmir. Hər kəs son dərəcə diqqət və itaətlə öz məsul olduğu
vəzifəsini mükəmməl şəkildə yerinə yetirir. Ən xırda bir
itaətsizliyə və ya intizamsızlığa rast gəlinmir.
Bu
hikmətlərlə dolu ehtişamın, təsəvvür edilməz incəliklərin,
qüsursuz işləyən sistemin və mükəmməl hazırlanmış vücud
proqramının ustası kimdir?
Bu
insan möcüzəsinin göz qamaşdıran görüntüsü qarşısında insanın
vəzifəsi nədir?
İnsan vücuduna yerləşdirilən və xariqə işləyən bütün orqan və
cihazlar, kainatdakı bütün gözəlliklər, nemətlər və imkanların
hamısı insanın əmrinə və xidmətinə təqdim edilmişdir... Hər şey
insanın məmnun və rahat olması üçün tənzim edilmişdir...
|