|
AKADEMİK
HƏR YERDƏ O
Hər yerdə…
Bir gün bir nəfər Allaha yalvarıb yaxardı,
“Allahım, danış mənimlə”
Və bir bülbül cəh-cəh vurdu.
Amma o eşitmədi.
O şəxs yenə səsləndi,
“Allahım danış mənimlə”
Və o an bir şimşək çaxdı səmada
Amma o dinləmədi.
Ətrafına bir göz gəzdirdi və haray saldı,
“Allahım icazə ver Səni görüm”
Və bir ulduz göydə parıldadı.
Amma o fərqinə varmadı.
O təkrar haray saldı
“Allahım mənə bir möcüzə göstər!”
Və dünyaya yeni bir can gəldi
Amma onun xəbəri olmadı
Və axırda o ümidsizcə hayqırdı
“Toxun mənə Allahım və mənə orada olduğunu bildir!”
Və Allah uzanaraq ona toxundu
Amma o çiyninə qonan kəpənəyi əli ilə qovdu
Və yoluna davam etdi, heç bir şeyi anlamadan...
Bəli, Allahımız, bizim varlığımıza səbəb olan O Sevgili bizə şah
damarımızdan da yaxındır. O bir yarpağın küləkdəki rəksində,
quşların ahənglə qanad açmasında, dəniz ləpələrinin
çırpıntısında, ayaq altındakı ağappaq qarın xışırtısındadır. Hər
insan övladı bu dünyaya gözlərini açandan bəri Onun varlığı ilə
tanış olma səyahətinə addımını atır. Bəziləri Onu tapır sonsuz
eşqin dəryasında qərq olur Mövlana kimi, bəziləri isə Onsuz
keçən talesiz bir ömür yoluna bu aləmə gözlərini yumur. Halbuki,
O hər yerdədir. Hər şey Onun nəğməsini söyləyir, yenə də Onun
verdiyi səslə. Çiçəyin ləçəyindəki sənət ehtişamı O misilsiz
Sanidən, insan simasındaki heyrətamiz nizam Nazzam xəbər verir.
Baxın Kainat Kitabına, görməyə çalışın Onu. Axı O hər yerdədir.
O sisə sizdən daha yaxındır. Gözlərinizi yumun vicdanınızı
dinləyin o sizə o Sevgilini göstərəcəkdir.
|