Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: AKADEMİK ::

Ana Səhifə

Arxiv

 
 
 
 
 
 

 

AKADEMİK

BİR DAHA ELM HAQQINDA

Müəllif: Aydın Ucal

“Bilmədiyini bilmək elmə atılan ilk addımdır”. (Disraelli)
“Bir məktəb açmaq bir həbsxana bağlamaq deməkdir”. (Viktor Hüqo)
Elm ruhun bəzəyidir. Ülvi hisslərin toxumları elmlə boy atır. Ruh elmlə səfalətdən xilas olur.
Elm “fikir mədənlərində” parlayan işıqdır. Ən parlaq fikirlər, ən dərin ifadələr elm sayəsində gün işığına çıxır.
Ağıl elmin köməyi ilə həqiqəti dərk edir. Qəlb onunla əbədiyyətə qovuşur. Elmin işığı ilə kainatdakı bütün zülmətlər yox olur.
Fikirlərə yeni üfüqlər açan elm insanları müvəffəqiyyətdən müvəffəqiyyətə aparır. Elm müvəffəqiyyətə aparan yollara işıq saçır.
Elmlə cəmiyyət ümidsizlikdən, bədbinlikdən xilas olur, əzm və cəsarətlə yüksək məfkurələrə can atır.
Cəmiyyətdəki qarışıqlıq cəhalətdən doğur. Cəhalət elmin işığında qərq olduqca hərc-mərcliyin yerini əmin-amanlıq, kin və nifrətin yerini sevgi tutur...
Gələcəyə işıq saçmayan, keçmişin qaranlıqlarını qılınc kimi yarmayan bilik insanın yaddaşında ağır bir yükdür. Həqiqi elm bədbinlikləri qovan, düyünləri açan “sehrli çubuq”dur...
İnsan yalnız elmin köməyi ilə gələcək nəsillərlə ünsiyyət qura biləcək, fikirləri ilə də olsa onların arasında yaşayacaq...
Elm insanın məharətini artırmalı, həyatda qarşısına çıxan bütün maneələri dəf etməyi öyrətməlidir.
Cahillər ən dəhşətli bəla olan cahillik girdabında boğulduqca cəmiyyətdə qarışıqlıqlar başlayır və cəmiyyət bu zülmət ruhlar tərəfindən uçuruma sürüklənir. Çünki “dünyada ən dəhşətli şey cahillikdir”. (Sofokl)
Elm tükənməz xəzinədir. Bu xəzinədən istifadə etdikcə çoxalır, istifadə etmədikcə yavaş-yavaş əriyib yox olur...

 

 

     

© 2005-2008 Bütün Haqları Qorunur - Akademiya.Net