Bülleten

Bizdən Soruşun

Bizə Yazın

Haqqımızda

:: AKADEMİK ::

Ana Səhifə

Arxiv

 
 
 
 
 
 

 

Akademik

HƏZİN VƏ YA RİDVAN

Allaha yaxın muqarrəb (yaxınlaşdırılmış) mələklərdən biri də “Həzin”dir. Həzin, Cənnətə nəzarət edən və müşahidə edən mələyin adıdır. Peyğəmbərimiz (səv) bir hədislərində “Həzin”dən bəhs edir və belə buyurur:

“Cənnətin qapısına gəlib açılmasını istəyərəm. Həzin soruşar: “Sən kimsən?” Cavab verirəm: “Mən Məhəmmədəm (səv).” Sonra Həzin belə söyləyər: “Mən bu qapını səndən əvvəl heç kimə açmamaqla əmr olundum”. (1)

“Həzin”in cəm forması “Hazənə”dir. Quran bu ifadəni istifadə edərək Cənnət gözətçilərindən bəhs edir.

“Rəblərinin əzabından qorunanlar da hissə hissə Cənnətə sövq edilərlər. Qapıları daha əvvəl açılmış olan Cənnətə vardıqları zaman onun hazənələri (gözətçi) onlara; “Salam sizə, (nə) xoşsunuz, əbədi qalmaq üzərə buraya girin” dedilər.” (Zümər, 39/73)

Özlərini qoruyanlar, təqva dairəsinə girən möminlər zümrə-zümrə (hissə-hissə), qrup-qrup Cənnətə göndərilirlər. Cənnətə gəlib çatanda qapılarını tamamilə açıq görürlər. Hər qrup, dünyada qazandığı yaxınlığa görə özlərinə məxsus qapıdan da və ridvan yurdu olan Cənnətə, Cənabı Haqqın camalını seyr etmək üzrə girəcəklər. Cənnət nədir? Orada Cənabı Haqqın camal və kamalı necə seyr ediləcək? Bütün bunlar bizim ölçülərimizlə ölçülüb çəkilməyəcək şeylərdir.

Cənnətə girəndə möminlər, mələklərdən salam alacaqlar. Mələklər “nə gözəl yaşadınız, nə gözəl işlər gördünüz, gördünüz və Rəbbinizi razı etdiniz” (Zümər, 39/73) deyəcəklər.

“Tibtum” kəlməsi eyni zamanda insana “kəlimeyi tayyibə”ni xatırladır. Quran “Kəliməyi Tayyibə”ni, “şəcərəi tayyibə”yə, yəni gözəl bir ağaca bənzədir. Kökü sabitdir, budaqları isə səmadadır. Bu ağac hər mövsüm meyvə verir. Möminin əməli də belə nurani ağac kimidir. Mömin beləliklə, qısa dünya həyatına əməllərindəki bərəkətlə əbədiyyət həyatına möhür vurmuşdur. Çünki onun niyyəti əbədi qulluqdur (ibadət). İndi də o, bu niyyətinin mükafatını əbədi Cənnət qazanmaqla əldə etmiş olacaq.

İnsan ki, fanidir. İnsan ki, cismani yöndən hər hansı bir varlıqdan fərqsizdir. Halbuki o belə müvəqqəti həyatı, əbədi etməyi öyrənmişdir. Yəni o, Xaliqin vücudunun kölgəsindən ibarət olan əbədiyyət məvhumunu öyrənmişdir. Beləcə, bu böyük mənanı idrakın mükafatı olaraq, Cənnət qapısında qarşılanmaqda və Cənnət keşikçiləri ona və onun kimi olanlara; “Salam sizə, siz nə gözəl işlər gördünüz, əbədi olaraq indi girin Cənnətə” deməkdədirlər. O Cənnət ki, bütün gözəllər və gözəlliklər camalının bir cilvəsi (naxışı) olan Əzəli və Əbədi Gözəl orada müşahidə ediləcəkdir.

Bəzi hədislərdə, cənnət muhafizlərinin başında olan mələyə “Həzin”, bəzi hədislərdə də “Ridvan” deyilir.

Ridvan, Cənabi Haqqın insanlara verdiyi nemətlərin üfüq nöqtəsidir.

Qurani Kərimdə bu həqiqətə belə işarə edilir: “Mömin kişi və qadınlara altlarından çaylar irmaqlar axan, içində əbədi qalacaqları Cənnətlər və Adn Cənnətlərində gözəl məskənlər vəd edilmişdir. Allahın razı olması isə hamısından böyükdür. Elə böyük nailiyyət də budur.” (Tövbə, 9/72)

Cəhənnəmdən qurtular, Cənnətə girər, Cənabi Haqqın camalını seyr edər, peyğəmbərlərin gül üzlərini görüb özünüzdən gedər və xilqətin qayəsini, fitrətin nəticəsini bütün çılpaqlığı ilə idrak edərsiniz. Amma bütün bunların sonunda, hər an sizin üçün İlahi Qəzəb bəhs mövzusudursa, Cənnətlə birlikdə qovuşduğunuz hər nemət, acı bir əzab hissi də oyandıra bilər. Beləliklə, belə bir atmosfer və iqlimin içində, Cənnətdən də, istənilən ölçüdə zövq ala bilməz və yenə istənilən ölçüdə sevinə bilməzsiniz. Çünki hər an nemətlərin nikmətə (əzaba) çevrilməsi mümkündür. Bu imkan və ehtimal isə başqa deyil, ancaq izdirab və acı yüklüdür. Acı və izdirabın zərrəsi belə olan yerə Cənnət demək olmaz. Elə isə, öz mənası ilə Cənnət, Cənabı Haqqın qəzəb ehtimalının belə olmaması ilə olacaqdır.

Onsuz da İlahi qəzəbin davam etdiyi yerə Cənnət demək mümkün deyil. Çünki İlahi qəzəb dünyada bəla və müsibət olaraq təcəlli etdiyi kimi, axirətdə də Cəhənnəm olaraq təcəlli edəcəkdir. Onun üçündür ki, bir hədisi şərifdə, Cənabı Haqqın Cənnət əhlinə:

“Bundan belə əbədiyyən qəzəblənməyəcəyəm” (2) deyəcəyi rəvayət edilir ki, bu nöqtə çox mühümdür. Yəni Cənnət əhli üçün İlahi qəzəb bəhz mövzusu deyil. Necə ola bilər ki, Cənabi Haqqın riza və məmnunluğu əhatə etmişdir Cənnəti. Və Rəbbin rizasini əldə etmişdir Cənnət əhli. Riza ki, bütün nemətlərin ən böyüyü, ən dəyərlisi, ən qiymətlisi... və Cənnət nemətlərinin də sonu, nəhayəti, nəticəsidir...

Cənnətə girəcək insanlara edilən xitabda da “riza” mənasına xüsusilə işarə edilmişdir. Mutmainnə (əmin) olmuş nəfsə, “Qayıt Rəbbinə, O səndən, sən də Ondan razı olaraq” (Fəcr, 89/27-28) deyilməkdədir. Bundan da anlaşılır ki, Cənnət, bütünü ilə bir “riza” otağıdır. Cənabı Haqq rizası ilə orada təcəlli etməkdə, oraya girəcək insanlar da Rəblərindən razı olaraq oraya girməkdə və Cənnətə “Riza” mənasında “Ridvan” keşikçilik etməkdədir.. və sanki Cənnət naxışlarında həmişə “riza” məkikləri işlənməkdədir.. Dünyada ikən Cənabi Haqqın rizasını qazananlar, Cənnətdə, Cənnət keşikçiləri və onlara nəzarət edən “Ridvan” tərəfindən qarşılanırlar. Bu qarşılama ilə insanın əməli nisbətində olduqda ayrı bir ehtişam qazanır. Şəhid isə, mələklər tərəfindən tamamilə əhatə olunur. Quran, Uhudda şəhid olan və xüsusilə Musab bin Umeyr haqqında nazil olan ayətdə belə buyurur:

“Mələklər də hər qapıdan (onların) yanlarına gedərlər.” (Rad, 13/23)

Yəni, əziz şəhid, güllər və gül dəstələri arasında Cənnətə aparılır. Cənnətə aid bütün pəncərələrdən mələklər başlarını uzadaraq ona “Xoş Gəldin” mənasında “Səlamun aleykum bima sabərtum” deyirlər. Bəzi mələklər isə ona yaxınlaşma sevincini əldə edir. Yanına qədər gəlib onu təbrik edirlər. Salam verib ona aid məqamla gözləri qamaşırmış kimi “Nə gözəl yurd, nə gözəl yuvadır” (Rad, 13/24) sözləri ilə heyrətlərini ifadə edirlər.

 

(1)   Müslim, İman, 333; Müsnəd, 3/136

(2)   Buxari, Rikak, 51; Tövhid, 38; Müslim, Cənnət, 9; Tirmizi, Cənnət, 18

 

 

 

     

© 2005 Bütün Haqları Qorunur - Akademiya.Net